MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


TMS-ın radioqəbuledicidə təhrifləri



Yüklə 1,39 Mb.
səhifə4/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

TMS-ın radioqəbuledicidə təhrifləri. TMS radioqəbuledicidə xətti və qeyri-xətti təhriflərə uğrayır. Xətti təhriflər traktın amplitud- və faza-tezlik xarakteristikalarının ideal formadan fərqlənməsi nəticəsində yara­nır. Qeyri-xətti təhriflər xətti təhrifli siqnalın detektorlanması prosesi və detektor xarakte­ristikasının qeyri-xəttiliyi ilə izah edilir. Bundan əlavə, xətti təhriflər aşağı tezlik traktındada yarana bilər.
Qəbuledicinin radiotezlik traktında yaranan təhrifləri nəzərdən keçirək. Fərz edək ki, traktın girişinə təmiz tonla modulyasiya edilmiş radiosiqnal təsir göstərir:
. (1)
Sonuncu ifadənin sağ tərəfini iki həddin cəmi kimi göstərək:
. (2)
Dar zolaqlı modulyasiya halında aşağıdakı təqribi bərabərlikləri yazmaq olar: və .
Beləliklə
. (4)
Beləliklə dar zolaqlı TM siqnalın spektri amplitudalı daşıyıcı rəqsdən və tezlikli amplitudalı yan rəqslərdən ibarətdir.
Göründüyü kimi bu halda TMS –n spektiri AMS spektirindən fərqlənmir. Ona görə də AMS qəbuledicisinin yüksək tezlikli traktında təhriflərin analizindən alınan nəticələri TMS -ə aid etmək olar. Dar zolaqlı TMS seçici dövrələrdən keçərkən tezlik meylinin ləngiməsi və modulyasiya dərinliyinin dəyişməsi baş verir. Bu nisbi ötürmə əmsalının modulyasiya tezliyindən asılılığı ilə izah edilir.
Geniş zolaqlı modulyasiya halında TMS spektrinin əhəmiyyətli təşkiledicilərinin miqdarının çox olduğu üçün təhriflərin hesabatı mürəkkəbləşir.
İlk təhriflər və onların qəbuledicidə korreksiyası. Harmonik və fluktasiya manelərinin təsirinin TMS qəbulu üçün analizi göstərir ki, tezlik modulyasiyalı siqnalın tezlik meylinin artması və aşağı tezlikli traktın buraxma zolağının maksimal tezliyinin artması ilə qəbuledicinin çıxışındakı, siqnal-maneə nisbəti yaxşılaşır. Faydalı məlumatı təhrifə uğratmadan aşağı tezlikli traktın effektiv buraxma zolağını azaltmaq üçün radiovericidə modulyasiya edici rəqslərin spektrini standart qanun üzrə ilk təhrifə uğratmaq lazımdır (şəkil 1).

Mikrafonla (M) vericinin tezlik modulyatoru arasında, modulyasiya tezliyinin () artması ilə tezlik meylinin artmasını təmin edən qurğu qoşulur. Bu qurğu tezlik meylini  münasibətinə uyğun qanunla dəyişdirir. Burada aşağı tezliklərdə modulyasiyada tezlik meylidir.
Qəbuledicidə tezlik detektoru ilə aşağı tezlik gücləndiricisi arasında ötürmə əmsalı əks qanunla dəyişən elektrik dövrəsi qoşulur (şəkil 2):
.
Belə dövrə kimi τ zaman sabitinə malik RC inteqrallayıcı dövrədən istifadə etmək olar (şəkil 3).
İnteqrallayıcı dövrənin qəbuledicinin detektordan sonrakı traktının effektiv buraxma zolağını azaldır. Ona görə max azalır.Bu halda siq./maneə nisbətindəki uduş aşağıdakı ifadə ilə təyin edilir:
 
TM radioyayım sistemlərində τ=50 mks qəbul edilərsə aşağı tezlik traktının buraxma zolağı 3dB səviyyəsində 3.2 kHs və effektiv küy zolağı 5 kHs olur. Radioyayım sistemlərində olduğunu nəzərə alsaq, uduş
  olar.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə