MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


AM siqnalın qeyri-xətti təhrifləri



Yüklə 1,39 Mb.
səhifə2/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

AM siqnalın qeyri-xətti təhrifləri. Məlumdur ki, qəbuledicinin yüksək tezlik traktın­da istifadə edilən cihazlar qeyri-xətti xarakteristikaya malikdir. Nəticədə yüksək tezlikli traktda qeyri-xətti təhriflər alınır. Qurşayanın qeyri-xətti təhriflərini qiymətləndirək.
Fərz edək ki, tezlik traktının girişinə şəkilli amplitud mo­dulyasiyalı siqnal təsir göstərir. Çıxış cərəyanının birinci harmonikasının amplitudası
,
burada - çıxış cərəyanı qurşayanının birinci harmonikasının amplitudası; - ikinci harmonikasının amplitudası; - üçüncü harmonikasının amplitudasıdır. Adətən . Ona görədə harmonika əmsalı
.
Göründüyü kimi harmonika əmsalını azaltmaq üçün qeyri-xəttilik parametri kiçik olan cihazlardan istifadə etməli və, imkan daxilində aktiv cihazların giriş gərginliyinin kiçik amplitudalarında işləmək lazımdır.


Bir zolaqlı radioqəbulun xüsusiyyətləri
Tonal amplitud modulyasiyalı siqnalın spektri üç təşkiledicidən (daşıyıcı rəqs, yuxarı və aşağı yan rəqslər) ibarətdir. Spektrinin eni olan ilkin siqnal ilə amplitud modulyasiya halında daşıyıcı rəqs­lərdən yuxarıda və aşağıda yerləşən yan zolaqlar alınır. Amplitud modulyasiyalı siqnalın sabit amplitudalı sinu­soidal gərginlikdən ibarət daşıyıcısı, onun tezliyi məlum olduqda əhəmiyyətli bir məlumat daşımır.
İlk modulyasiyaedici siqnal öz amplitud- və faza-tezlik spektrləri ilə təyin edilir. Onun bu xarakteristikaları yan zolaqların hər birinin tərkibinə daxildir. Bir yan zolaq əsasında ilk siqnalın formasını bərpa etmək olar, yəni ötürülən məlumatı qəbul etmək mümkündür.
Buradan bir zolaqlı rabitənin əsas üstün cəhəti görünür - vericinin şüalanma spektrinin eni iki dəfə daralır. Bu istifadə edilən radiotezlik zolağının buraxma qabiliyyətini iki dəfə artırmağa imkan verir.
Bir zolaqlı rabitənin ikinci əsas müsbət cəhəti radiovericinin əlverişli elektrik rejimində işləməsidir. Amplitud modulyasiyalı rəqslərin tam spektri ötürülərkən, yan zolaqların şüalanmasına vericinin gücünün az bir hissəsi sərf edilir. Əsas hissəsi isə daşı­yıcı rəqslərin şüalanmasına sərf edilir. Birzolaqlı rabitədə radioverici qurğu yalnız mo­dulyasiya olduğu halda enerji şüalandırır. Birzolaqlı rabitənin üçüncü müsbət cəhəti siq­nal-hamar maneə nisbətinin artmasıdır. Bu qəbuledicinin buraxma zolağının daralması ilə əlaqədardır. Bir zolaqlı rabitə qəbuledicilərinin yüksək tezlikli traktı amplitud modulyasi­yalı siqnal qəbuledicilərindəki kimi qurulur. Lakin eyni məlumat ötürülərkən bir zolaqlı rabitə qəbuledicisinin buraxma zolağı amplitud modulyasiyalı siqnal qəbuledicisinin buraxma zolağından iki dəfə dar olur. Bir zolaqlı rabitə qəbuledicisinin buraxma zolağı elə seçilir ki, daşıyıcı tezlik onun sərhədinə düşür. Bu rabitə sistemlərində daşıyıcı tezlik tamamilə zəiflədilir və qəbul məntəqəsində yenidən bərpa edilir. Qəbul edilmiş radio siq­nalla daşıyıcı rəqsin döyünməsi modulyasiya tezliyi spektrini ayırmağa imkan verir. Daşıyıcı rəqsi qəbul məntəqəsində bərpa etmək və avtomatik tənzimləmə sistemlə­rinin normal işini təmin etmək üçün verici qurğu yan zolaqdan əlavə pilot-siqnal adlanan köməkçi komponent də şüalandırır. Əsasən pilot-siqnal kimi vericinin zəiflədilmiş daşıyıcı tezliyindən istifadə edilir. Pilot-siqnalın amplitudası elə seçilir ki, onun şüalanmasına veri­cinin gücünün az bir hissəsi sərf edilir. Bir zolaqlı rabitə qəbuledicisinin struktur sxemi şəkil 1-də əks etdirilmişdir. Bu qəbuledici bir neçə tezlik çevirməli superheterodin prinsipi üzrə qurulmuşdur. Bir zolaqlı siqnal yan zolaq süzgəci (YZS) vasitəsi ilə ayrılır və detek­tora verilir. Detektorun ikinci girişinə yerli heterodinin (YH) - daşıyıcı rəqslər bərpaedici­sinin çıxış gərginliyi verilir. YH-pilot siqnalla sinxronlaşdırılır.

Pilot-siqnal dar zolaqlı süzgəclə, adətən kvars süzgəci ilə (KS) ayrılır. Birinci hete­ro­dinin tezliyinin və traktın güclənməsinin avtomatik tənzimləmələri pilot siqnal üzrə aparılır. Qısa dalğa diapazonunda bir zolaqlı rabitə zamanı tezliyin avtomatik tənzimləmə sistemi yaddaşa malik olamalıdır. Beləki bu diapazonda pilot-siqnalın itmə ehtimalı böyükdür.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə