MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular



Yüklə 1,39 Mb.
səhifə10/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

Stereofonik yayım qəbulu
Səs məlumatı mənbənin yanındakı rele səs sahəsinin böyük məsafələrdə yerləşən qəbul məntəqəsinə ötürmək üçün sterofonik radioyayımdan istifadə edilir. Bu halda dinləyici səs mənbələrinin fəzadakı vəziyyətini təyin etmək imkanı olur və bu səs məlumatının mənimsənilməsini yaxşılaşdırır.
Tədqiqatlar göstərir ki, ikikanallı sterofonik r/yayım ,aparaturanın təmin edə biləcək mürəkkəbliyi ilə keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təsir edir.
Bu sistemlərdə səs mənbəyinin yanında bir-birindən 1.5-2 m məsafədə həssaslıq və istiqamətlənmə xarakteristikaları eyni olan iki mikrafon qoyulur.
Radio siqnalların modulyasiya növünün seçilməsi zamanı əsas məsələ birləşdirmə probleminin həllidir, yəni sterofonik radiostansiyanın adi monofonik qurğu ilə qəbulunun təmin edilməsidir.
Polyar modulyasiyalı stereofonik radioyayım sistemi işlənib qəbul edil­mişdir. Bu sistemdə radiokanalla mürəkkəb spektrli kompleks stereosiqnal (KSS) ötürülür. KSS –nın tərkibinə mikrafonlar stereocütünün rəqslərinin cəmi və altdaşıyıcı tezliyə sürüşdürülmüş fərqi daxildirlər. Altdaşıyıcı tezlik f=31.25 kHs. Sterocüt rəqslərinin cəmi A+B 30-1500Hs tezlik diapazonuna daxil olan təşkiledicilərdən ibarətdir. Fərq siqnal A-B polyar modulyasiya üsulu ilə f=31.25 kHs tezlikli altdaşıyıcı rəqslərə gətirilir.

Polyar modulyasiya halında bu rəqslərin müsbət yarım dövrələri birinci kanalın A siqnalı ilə, ikinci kanalın B siqnalı ilə modulyasiya olunur. Yarımdaşıyıcı rəqslər 14 dB zəiflədilirlər (şəkil 2).
Sterocütün cəm A+B və fərq A-B siqnallarının təşkil ediciləri kanalların hər birində τ=50 msn zaman sabitli xüsusi dövrələrin köməyi ilə ilk təhrifə uğradılır.
Beləliklə KSS-n spektri 0-46.25 kHs tezlik zolağını tutur, yəni monofonik veriliş zamanı ötürülən səs tezlikləri spektrindən üç dəfə enlidir.
Steroyayım qəbuledicisinin yüksək tezlikli traktının struktur sxemi, TMS qəbul edicisinin struktur sxemindən fərqlənir. Steroyayım qəbuledicisinin aralıq tezlik traktının buraxma tezliyinin enini hesablayaq : ən böyük tezlik meyli f=50 kHs vericinin modulyatorunda qeyd olunur. Beləliklə P=2(fmax+Fmax)=192.5 kHs.
Sterofonik yayım qəbuledicisinin ümumiləşdirilmiş struktur sxemi şəkil 3-də təsvir edilmişdir.

Sterodekoder (SD) sterocütlərin sağ A və sol B kanalları siqnallarını ayırır. Uçadan danışanlar elə yerləşdirilirlər ki, lazımı effekt yaransın.
Sd-də aşağıdakı əməliyyatlar yerinə yetirilir: qəbuledicinin yüksək tezlik traktında KSS xətti təhriflərinin korreksiyası; yarımdaşıyıcı rəqslərin amplitudalarının bərpası; pol­yar modulyasiyalı rəqslərin detektorlanması; siqnalın ilk təhriflərinin korreksiyası. SD də adətən, stereoçütlərin siqnallarının ayırmaq üçün aşağıdakı prinsiplərdən istifadə olunur:
1. polyar modulyasiyalı siqnalın diod detektorlanması;
2. KSS-n tonal və üst tonal təşkiledicilərinin ayrılması və işlənməsi;
3. Polyar modulyasiyalı rəqslərin AM rəqslərə çevrilməsi və sterokanal siqnallarının ayrılması.
İşi KSS tonal və üst tonal təşkiledicilərinin ayrılması və işlənməsi prinsipinə əsasla­nan SD-nin struktur sxemi Şəkil 4 –də təsvir edilmişdir.

Şəkil 5-də ali sinifə mənsub q/qəbuledicilərdə istifadə olunan sterodetektorun prinsipial sxemi təsvir olunub.

T1 üzərində yığılmış birinci pillədə KSS spektrinin yüksək tezliklər oblastında güc­lənmənin artması R1C2 dövrəsi vasitəsi ilə təmin olunur. Yarımdaşıyıcı rəqslərin amplitudasının f=31.25 kHs tezliyinə köklənmiş L1C3 konturu vasitəsi ilə təmin olunur. Bu konturun ekvivalent müqaviməti R6 dəyişən rezistoru ilə tənzimlənə bilir. Yan modulyasiya tezliklərində güclənmə əmsalı ekvivalent müqavimətin azalması ilə azalaraq R4 müqaviməti ilə təyin olunan qiymətə çatır.
T2 üzərində yığılmış rezonans gücləndiricisi iki taktlı simmetrik diod detektoruna işləyir. Bu detektorda əlaqəsiz iş rejimindən istifadə olunur. Bu rejimin R12-R15 yük müqa­vimətlərinə tutumla şuntlanması ilə təmin edilir. R12 və R14 rezistorlarının tənzimlənməsini elə seçmək olar ki, 1və 2 düyünlərinə sterocütlərin qiymətcə bərabər və polyarlığı əks olunan siqnalları verilsin. 1 və 2 düyünlərinə eyni zamanda sterocütlərin cəm gərginliyi verilir. Bu gərginlik R20, R21 gərginlik bölücüləri vasitəsi ilə ötürülür. R21 müqaviməti C7 kondensatoru vasitəsi ilə şuntlanır və bununla da KSS-in yüksək tezlikli şuntlanması təmin olunur.
Beləliklə 1-3 düyünlərinə ((1/2)(UA+UB)+ (1/2)(UA-UB)) a=a UA siqnalı və 2-3 düyünlərinə ((1/2)(UA+UB)- (1/2)(UA-UB)) a=a UB siqnalı verilir. Burada a cəmləyicinin ötürmə əmsalıdır.




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə