MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


TMS qəbuledicilərinin xüsusiyyətləri



Yüklə 1,39 Mb.
səhifə3/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

TMS qəbuledicilərinin xüsusiyyətləri
Tezlik modulyasiyası amplitud modulyasiyasına nəzərən bir sıra üstünlüklərə ma­likdir. Bunlardan: Radioverici qurğu maksimal şüalanma gücü rejimində işlədiyi üçün energetik uduş alınır. Radioqəbula maneələrin təsiri daha az olur. Belə ki tezlik detektoru giriş gərginliyinin amplitudasına həssas olmur. Bu isə eyni fazalı maneə komponentlərinin təsirini yox edir. Böyük modulyasiya indeksi detektorun çıxışında siqnal-maneə nisbətini daha da yaxşılaşdırır, belə ki vericinin modulyasiyalı radiosiqnalı daha böyük tezlik deviasiyasına malikdir, nəinki additiv maneənin yaratdığı tezlik deviasiyası.
Böyük modulyasiya indekslərində tezlik modulyasiyasının üstünlükləri daha əhəmiyyətli olur. Ona görə tezlik modulyasiyasından ultra qısa dalğa diapazonunda istifadə edilir. Bu diapazonda geniş tezlik zolağı şüalandırmaq mümkündür.
UQD diapazonunda TM radioqəbuledicilər yerüstü, kosmik, peyk, troposfer, ionosfer, meteor və radiorabitə xətti sistemlərində istifadə edilir.
Tezlik modulyasiyalı siqnal qəbuledicisinin struktur sxemi şəkil 1-də təsvir edilir.

Göründüyü kimi bu qəbuledicinin yüksək tezlikli traktı (YT) AMS qəbuledicisinin YT –n qurulduğu prinsip üzrə qurulur.
Məlumdur ki, TMS spektrinin eni nəzəri olaraq sonsuzdur və onun təşkiledicilə­rinin intensivliyi tezlik meyli ilə və modulyasiya tezliyi ilə təyin edilir.
Dar zolalı TM halında ( və ya ) spektrin eni .
Geniş zolaqlı TM halında ( və ya ) .
Spektrə yalnız səviyyələri daşıyıcının səviyyəsinin 1% dən böyük olan təşkil­edicilərin daxil olduğunu qəbul edərək hesabat üçün E.İ. Manayev düsturundan istifadə etmək olar:
,
burada -maksimal modulyasiya tezliyi, modulyasiya əmsalıdır.
TMS qəbuledicisi AMS qəbuledicisindən çıxış gərginliyi və ya cərəyanı giriş gər­ginliyi tezliyinin dəyişmə qanunu təkrarlayan tezlik detektorunun olması ilə fərqlənir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə