MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


Dekametrlik dalğa diapazonunda işləyən magistral qəbuledicilərin xüsusiyyətləri



Yüklə 1,39 Mb.
səhifə6/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

Dekametrlik dalğa diapazonunda işləyən magistral qəbuledicilərin xüsusiyyətləri
Böyük məsafələrə çoxlu miqdarda məlumatın ötürülməsi üçün istifadə oluna rabitə xətlərinə magistral xətlər deyilir.
Magistral rabitənin fərqləndirici xüsusiyyətləri aşağıdakılardır: rabitə xəttinin böyük uzunluğu (min və on minlərlə kilometr) məlumat qəbulunun keyfiyyətinə böyük tələblər, ötürülən məlumatın böyük həcmi.
Magistral rabitə qəbuledicilərinə yüksək tələblər qoyulur: Bunlardan : yüksək həssaslıq, məlumatın maksimal canlandırılma dəqiqliyi, traktın universallığı (müxtəlif məlumat növlərinin qəbulunu təmin etməsidir) və s.
Dekametrlik dalğa diapazonunda magistral rabitə qəbul ediciləri QOST 14663-75 nəzərən üç sinfə bölünürlər. Birinci sinif qəbuledicilər ən yüksək elektrik xarakteristika­la­rına və çoxlu miqdarda köməkçi qurğulara malikdirlər. Adətən bu qəbuledicilər axtarışsız rabitə təmin edirlər. Bundan əlavə əllə və ya məsafədən idarə halında müxtəlif modulyasi­yalı siqnalların qəbulu mümkündür. Bunun üçün çoxlu avtomatik tənzimləmələrdən istifadə edilir.
İkinci sinif qəbuledicilər nisbətən sadədirlər və çox yayılmış siqnal növlərinin qəbulunu təmin edirlər. Birinci sinif qəbuledicilərdə istifadə edilən köməkçi qurğuların əksəriyyəti ikinci sinif qəbuledicilərdə olmurlar. Məsələn məsafədən idarə üçün giriş; dayaq generatorunun çıxışı; xarici dayaq generatoru üçün giriş; daxili və xarici dayaq generatorları üçün açar, telefona çıxış və s.
AM telefon və teleqraf siqnallarının yalnız eşitmə qəbulu üçün işlədilən III sinif qəbuledicilər ən sadə konstruksiyaya malikdirlər. Bu qəbuledicilərdə ikinci sinif qəbuledi­cilər üçün məcburi olmayan qurğulardan əlavə iş növü çeviricisi, buraxma zolağı tənzimləyicisi, GAT çeviricisi və s. olmaya bilər.
Şəkil 1-də magistral qəbuledicinin struktur sxemi əks etdirilmişdir.

Qəbuledicinin əsas traktı (QƏT) faydalı siqnalın ilk seçilməsini, onun güclənməsini və onun spektrinin, siqnal və maneə qatışığının optimal işlənməsi üçün məqsədə uyğun olan tezlik oblastına keçirilməsini təmin edir.
Çıxış qurğusu (ÇQ) siqnalın optimal işlənməsini (demodulyasiya, dekodlayıcı) həyata keçirir.
İdarə sistemi (İS) qəbul edicinin faydalı stansiyaya köklənməsini, qəbul edilən siqnalın növündən asılı olaraq iş növünün dəyişilməsini, traktın optimal rejiminin qoyulmasını təmin edir.
Köklənmə tezliyinin diskret qoymaq və onun stabilliyini təmin etmək üçün I və II sinif qəbul edicilərdə tezlik sintezatorlarından (TS) istifadə edilir.
Qəbuledicinin işinə nəzarət etmək üçün nəzarət sistemindən (NS) istifadə edilir. Bu sistem qəbuledicinin iş keyfiyyətini qiymətləndirməyə, nasazlıqları aşkar edib, düzəltməyə imkan verir.
aAdətən magistral qəbuledicisinin əsas traktı iki qat və üç qat çevirici superhete­rodin sxemi üzrə qurulur. Aşağıdakı iki sxemdən daha çox istifadə edilir.
1. Köklənmə zamanı birinci heterodinin tezliyi (fh1) səlis dəyişir, aralıq tezliklər fn1,fn2 və ikinci heterodinin tezliyi (fh2) sabit qalırlar (şəkil 2).

Bu sxem artıq birinci çeviricidən sonra yüksək seçicilik təmin edir (əsas müsbət cəhəti). Lakin bu halda birinci heterodinin tezliyinin stabilliyinə qoyulan tələb çox yüksək olur. Tezlik toru kiçik addımlı olduğu üçün (100 Hs-dən az) tezlik sintezatorunun çıxı­şında yan tezlikləri zəiflətmək çox çətin olur. Nəticədə bu tezliklər geniş zolaqlı maneə­lərlə (preselektordan sonra) qarşılıqlı təsirə girərək onların aralıq tezlik gücləndiricisinin tezlik zolağına düşməsinə səbəb olur.
2. Birinci heterodinin tezliyi yalnız y/diapazonundan o birisinə keçərkən pilləvari dəyişir, birinci aralıq tezlik fn1 hər yarım diapazonda bərabər intervalda fnn –fnb dəyişir, eyni zamanda ikinci heterodinin tezliyi fh2 dəyişdirilir, belə ki fn2 = fQ2- fn1 =const bərabərliyi ödənilməlidir.(şəkil3)

Bu halda sintizatorda yan tezliklərin asanlaşır, Belə ki, tezlik addımı bir necə mHs seçilir. İkinci hetrodində yan tezliklərin olması az təhlükəlidir, belə ki maneə aralıq tezlik gücləndiricisindən sonra nisbətən dar zolaqlı olur. Bu ikinci sistemin əsas üstün cəhətidir.
İkinci variantın mənfi cəhətləri
- mürəkkəblik;
-y/dapazon daxilində Ar TG xarakteristikalarının dəyişilməsi.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə