MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


TM qəbuledicilərində hədd effekti və həddin azaldılması üsulları



Yüklə 1,39 Mb.
səhifə5/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

TM qəbuledicilərində hədd effekti və həddin azaldılması üsulları. Detektorun çıxışındakı, siqnal-maneə nisbətinin giriş siqnalı səviyyəsindən asılılığı şəkil 1-də əks etdirilmişdir. Əgər siqnal hədd qiymətimdən böyük olarsa detektorun çıxışındakı siqnal-maneə nisbəti giriş siqnalı amplitudasının artması ilə xətti artır. TM tətbiqi amplitud modulyasiyasına nəzərən, modulyasiya indeksindən asılı olan, böyük siqnal-maneə nisbətini təmin edir. Detektorun çıxışındakı siqnal-maneə nisbəti modulyasiya indeksinin artması ilə yalnız giriş siqnalının kifayət qədər böyük səviyyəsində artır. Verilmiş modulyasiya indeksində elə hədd siqnalı Us.min mövcuddur ki, ondan yuxarıda siqnal-maneə nisbəti yaxşılaşır. Modulyasiya indeksi artdıqca hədd siqnalı artır (şəkil 1).

Böyük modulyasiya indeksli TM-in verdiyi uduşu saxlamaq və hədd səviyyəsini Us.min darzolaqlı TM halına uyğun qiymətə qədər azaltmaq daha əlverişlidir. Bu məqsəd üçün köklənməsi girişdəki TM siqnalın tezliyinin ani qiymətini izləyən izləyici süzgəcdən istifadə etmək təklif edilmişdir. Aralıq tezliyə köklənmiş izləyici süzgəcli TM siqnal qəbuledicisinin struktur sxemi şəkil 2-də əks etdirilmişdir.

Superheterodin sxemli TMC qəbuledicisinin aralıq tezlikli traktına darzolaqlı süz­gəc qoşulur. Bu süzgəcin köklənmə tezliyi tezlik detektorunun çıxış gərginliyi ilə idarə edilir.
Çeviricinin giriş siqnalının tezliyi ω qədər dəyişərsə çevrilmiş tezlikdə dəyişər, nəticədə tezlik detektorunun çıxışında idarə edici gərginlik yaranır. Bu gərginlik aralıq tezlikli süzgəcin köklənmə tezliyini elə dəyişəcək ki, onun köklənməsi giriş siqnalının çevrilmiş tezliyinə bərabərləşəcək. Təbidir ki, izləyici süzgəcin buraxma zolağını giriş siqnalının tezliyindən kiçik götürmək olar. Bu halda tezlik detektoruna verilən hamar radiomaneə gərginliyi az olur. nəticədə hədd gərginliyi azalır.
Dar zolaqlı idarəedici süzgəcin köklənmə tezliyinin dəyişdirilməsi bir sıra texniki çətinliklərlə əlaqədardır. İzləyici qəbul heterodin tezliyinin dəyişdirilməsi ilə daha asan olur. Bu halda aralıq tezlik (geniş zolaqlı modulyasiya halında) sabit tezliyə köklənmiş dar zolaqlı süzgəcin buraxma zolağına düşməlidir. Bu sistemdə tezlik üzrə mənfi əks rabitədən istifadə edilir (şəkil 3).

Bu tezliyi avtomatik tənzimləmə sistemində olduğu kimi aralıq tezlik traktında siqnalın tezlik meylini azaldır. Çevrilmiş siqnalın qalıq tezlik meyli
ωqalıq=ω/(1+SfSi Ks),
burada Sf, Si -uyğun olaraq fərqləndiricinin və idarəedicinin xarakteristikasının dikli­yidir, Ks rabitə dövrəsinin ötürmə əmsalıdır. Tezliy meylinin azalması modulyasiya indek­sinin azalmasına gətirir. Beləliklə süzgəc kiçik modulyasiya indeksli TMS-in təsiri altında olur.
m....= m /(1+SfSi Ks)
Bu halda TMS-nın spektrinin eni ilkin modulyasiya tezliyinə bərabər olur. Deməli aralıq tezlik traktının buraxma zolağının enini 2Fmax seçmək kifayətdir. Bu qəbuledicinin hədd xarakteristikalarının yaxşılaşmasını təyin edir.
TMS-in tezlik üzrə əks rabitəli izləyici qəbulunu faza üzrə avtomatik tənzimləmə əsasında qurmaq olar.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə