MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular


Dalğaların çox şüalı yayılması nəticəsində alınan təhriflər və onlarla mübarizə üsulları



Yüklə 1,39 Mb.
səhifə7/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)

Dalğaların çox şüalı yayılması nəticəsində alınan təhriflər və onlarla mübarizə üsulları
Qəbul məntəqəsində çox fərqli yollar keçmiş şüallarla yaranmasına radioşüaların çox şüalı yayılması deyilir.Bu şuallar fazaca fərqlənirlər ona görə də interferensiya olurlar.Modulyasiya tezliyindən çox kiçik tezliklərdə alınan yavaş susmalar güclənmənin avtomayik tənzimləmə sisteminin təsiri ilə yox edilir.GAT –sistemi sürətli dəyişmələrdə siqnalın təhriflərini yox edə bilmir.Bu təhriflər aralı qəbul sistemlərinin köməyi ilə yox edilirlər.Bu sistemlərdə eyni stansiyanın siqnallarının susmalarının korelyasiyası olmasından istifadə edilir.Beləliklə siqnalların konbinasiyasından istifadə edərək keyfiyyətli qəbul təmin etmək olar.
Aşağıdakı sistemləri fərqləndirirlər: 1. Yaxşı siqnalın avtomatik seçilməsinə əsaslanan sistem; 2. Optimal toplama sistemi.
Aparılma yerinə görə: 1. Detektora qədər toplama sistemi; 2. Detektordan sonra toplama sistemi.
Detektora qədər toplama sistemlərində detktorun girişində siqnalın qəbulu şəraiti yaxşılaşır. Lakin bu halda siqnalları 10-15 dən böyük olmayan faza təhriflərinə qədər fazalaşdıran xüsusi qurğulardan istifadə etmək lazım gəlir.Binin üçün fazanın avtomatik tənzimləmə sistemlərindən istifadə edilir.Dayaq rəqsləri kimi yerli geterodin gərginliyindən istifadə edilir .Siqnalların toplanmasını aralıq tezlikdə aparırlar.
Detektordan sonra yaxşı siqnalın avtomatik seçilməsini təmin edən qurğunun struktur sxemini nəzərdən keçirək (Şəkil 1)

Fərz edək ki baxdığımız anda siqnal A1 antenasında daha böyükdür. Bu halda birinci qəbuledicinin çıxış gərginliyi Um1 > Um2 .VD1 diodu cərəyanı Rn ,Cn yük müqaviməti üzərində Um1 -ə yaxın gərginlik yaradır.
Nəticədə VD2 bağlanır. Ona görə yük üzərində gərginlik daha güclü siqnal dövrəsinə qoşulmuş VD1 təsirindən yaranacaq.
Məlumdur ki,müasir qəbuledicilər güclənmə üzrə böyük ehtiyata və effektiv GAT sisteminə malikdir. Ona görə qəbul edicilərdən birinin girişində siqnal azalarkən, onun güclənmə əmsalı artır və çıxış gərginliyi çox az dəyişir. Lakin bu trakda s/m nisbəti azalmış olur. Əgər qısa müddətdə maneə siqnaldan böyük olarsa zəif siqnallı kanal açılır və detektorun yükündə maneə yaranır. Bu mənfi cəhəti aradan qaldırmaq üçün iki qəbul edicinin güclənmə əmsalının daha güclü siqnalla təyin edilməsi daha məqsədə uyğundur. Bu rejim gərginliklərin toplanması ilə əldə edilir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə