Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

94
əslində, dəyişkən mədəni atmosfer olaraq onlar arasında mə­
nəvi telləri də tez­tez dəyişdirir.
İnformasiya  cəmiyyətinin  bu  kimi  meyilləri  ilə  heç  də 
hamı razı deyildir. Çünki bu mədəniyyətlə bərabər insanların 
vərdiş etdiyi həyat tərzi də dəyişir. Proseslər göstərir ki, belə 
bir  mədəni  münaqişə  yalnız  mədəni  tolerantlıq  və  dialoq 
vasitəsilə həll oluna bilər.
Mədəniyyət  insanları  bir­birindən  ayırmaq  üçün  deyil, 
onları yaxınlaşdırmaq üçün yaradılmışdır. Mədəni təcrübələr 
tarixən bir­birindən qidalanmışdır. Məsələn, Avropada mədə­
Mədəniyyətlərarası münasibətlərin for malaşmasında informasiyaların dün ya­
nın hər yerinə bərabər şəkildə  ötürülməsinin nə kimi əhəmiyyəti vardır?
Siz mədəniyyətlərin bir­biri ilə dialoqunu əsaslandırın. Bu dialoqun əhəmiy­
yətini təhlil edin.
LAYİHƏ


95
niyyətin inkişafına islam alimlərinin əsərləri böyük təsir gös­
tərmişdir. Müasir dövrümüzdə mədəniyyətlərin bu kimi təması 
və ya dialoqu daha sürətlə baş verir. Sadə bir misal çəkək. Bu 
gün dünyada hamının istifadə etdiyi çay Çin mədəniyyətinin, 
qəhvə ərəb, şalvar və hündür dabanlı ayaqqabılar qədim türk 
mədəniyyətinin  ünsürləridir.  Bu  kimi  faktları  daha  da  artır­
maq olar.
İnternet  və  digər  mənbələrdən  istifadə  etməklə  araşdırma  aparın  və  siya­
hıya əlavələr edin.
LAYİHƏ


96
Bu mənada dünyanın mədəni müxtəlifliyi və bu müxtə lif­
liyin daim bir­biri ilə əlaqədə olması təbii bir hadisədir. Dün­
yada mədəni ənənələr nə qədər zəngin və genişdirsə, bütöv­
lükdə mənəvi həyat da bir o qədər zən gindir. Çünki mədəni 
sərvətlər mədəniyyətin yalnız xarici formasıdır, onun əsl məz­
munu isə insanın özünün inkişafıdır. 
Tolerantlıq öz mahiyyətinə görə geniş fəaliyyət istiqa mə­
tinə malikdir, belə ki bu anlayış passiv dözüm deyil, əksinə, 
aktiv  əxlaqi  yanaşmadır.  İnsan  digərlərinin  mədəniy yətinə 
dözümlə, hörmətlə yanaşmaqla öz mədəniyyətini baş qalarına 
zorla yeritmir, əksinə, onun təbliğatçısına çevrilir, fərqli özü­
nüinkişaf modelini yaradır. 
Mədəni  tolerantlıq  mənəvi  xüsusiyyətdir.  O,  baş qa la­
rının  maraqlarına,  əqidəsinə,  inamına,  vərdişlərinə 
dözümlü münasibətlə xarakterizə olunur. Mə dəni tole­
rantlıq digər insana hörmət, onun şəxsi əqidə sinin var­
lığını qəbul etmə deməkdir. Tolerantlıq həm də bizdən 
fərqli insanların olduğu kimi qəbul edilməsidir. O özü­
nəinamın  təzahürü  olub,  insanın  digər  fikir  və  əqidə 
qarşısında inamını, mənəvi rəqabətdən çəkinmə mə sini 
və şəxsi mövqeyinin dayanıqlığını ifadə edir.
LAYİHƏ


97
1.  Xalqımızın  hansı  maddi  və  mənəvi  mədəniyyət  nümunələrini  tanıyırsınız? 
Sistemləşdirilmiş cədvəldə qeydlərinizi aparın.
2. “Mədəni müxtəliflik” anlayışını necə başa düşürsünüz? Fikrinizi əsaslandırın.
3.  Həyatımıza digər xalqların hansı mədəni ünsürləri daxil olmuşdur? Onlardan 
milli­mənəvi keyfiyyətlərimizə xələl gətirməyənləri seçə bilərsinizmi?
4. “Planetin mədəni xəritəsi” adlı  təqdimat hazırlayın.
5.  Avropa oyunlarının ölkəmizdə keçirilməsinin mədəniyyətlərarası tolerantlığın 
nümunəsi olduğunu faktlarla sübut edin.
6.  Təşkil edilən müxtəlif yarışmaların, eləcə də Avroviziya musiqi yarışmasının 
ölkələr üçün əhəmiyyəti nədir? İzah edin.
Bu gün Azərbaycan da dünyanın mədəni həyatında yaxın­
dan iştirak etməkdə davam edir. Son illər ölkəmizin mədəni 
həyatında baş verən hadisələr, o cümlədən Avroviziya mahnı 
müsabiqəsinin  keçirilməsi,  Avropa  oyunlarının  təşkili  kimi 
böyük  mədəni  tədbirlər,  müxtəlif  festivallar,  müsabiqələr, 
konfranslar bunu deməyə əsas verir. Ölkəmizin başçısı İlham 
Əliyev və onun xanımı Mehriban Əliyeva da Azərbaycanın 
qlobal dünyada çoxmədəniyyətliliyin və mədəni tolerantlığın 
nümunəsinə çevrilməsi üçün əllərindən gələni edirlər.
Mədəniyyətlərə tolerant  yanaşmanı dini tolerantlıqla müqayisə edin.
LAYİHƏ


98
Demokratik  cəmiyyət  digərlərindən  onunla  fərqlənir  ki, 
bu cəmiyyətdə insanların şərəf və ləyaqəti qorunur. Mil lə tin­
dən, dinindən, irqindən, cinsindən, yaşından, sosial statu sundan 
asılı olmayaraq insan hüquqlarına riayət olunur. Belə cəmiy­
yətlərdə sosial və hüquqi ədalətsizlik, milli, irqi və dini ayrı­
seçkilik  yolverilməzdir;  bütün  münaqişələr  və  mü bahisələr 
optimal yolların axtarılmasına istiqamətlənən dialoq və qar­
şılıqlı əməkdaşlıq mühitində, qanun və dəyərlərin aliliyi çər­
çivə sində həll olunur. Buna görə də dözümlülük bəşəri məna 
kəsb edir. Tolerant olmaq bu gün hərbi və dini müna qişələrlə 
çalxalanan planetimizin, siviliza siyanın təhlükəsizliyinə xid­
mət edən başlıca amillərdən biridir.
3. DİNİ TOLeRANTLIQ
2001­ci il yanvarın 5­də rus pravoslav icmasının nüma­
yəndələri ilə görüşündə Ümummilli lider Heydər Əliyev 
demişdir: “Azərbaycan dünyanın bütün səmavi dinlərinin 
yüksək mənəvi dəyərləri özündə əks etdirən zəngin mə­
nəvi irsə malikdir. Məhz buna görə də dia loqa səs ləyən 
çağırışlar, dini və etnik mənsubiyyətdən asılı olmayaraq, 
hər bir azərbaycanlı tərəfindən tam dəstəklənir … dost­
luq və əməkdaşlıq ab­havasının həmişə hökm sürdüyü 
ölkəmizdə dini dözümlülük və tolerantlıq artıq xalqımı­
zın … bir həyat tərzinə çevril məkdədir”.
Ulu  öndərin  fikrinə  münasibət  bildirin.  azərbayca­
nın dini tolerantlıqda mövqeyi nədən ibarətdir? 
Nə üçün demok­
ratik cəmiyyətdə 
tolerant lığın ol­
ması başlıca 
amil hesab 
edilir?
1 – 2003­cü ildə 
Bakıda rus pravos­
lav kilsəsinin açılışı
2 – Bakıda Baş 
Kafedral kilsənin 
açılışı
1
2
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə