Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   2   3   4   5   6   7   8   9   ...   32

8
Azərbaycan  Respublikası  Baş  Dövlət Yol  Polisi  İdarəsi 
insan  həyatına  son  qoyan  qəza ların  sayının  azalması  məq­
sədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublika sının 
Qanu nunun 18­ci maddəsini rəhbər tutaraq müvafiq tədbirlər 
həyata keçirir, reklam xarakterli video çarx lar nümayiş etdi­
rir. Tədbirlərin görülməsi yollarda təhlükəli hadisələrin azal­
masında müstəsna rol oynasa da, qəzaların baş verməsi da vam 
edir. Bu halların baş verməməsi üçün
sürücü  sürü cülük  mədəniy yətinə,  piyada  yolu  keç mək 
mədəniyyətinə malik olmalıdır.
Sürücülük  mədəniyyəti  yolla rın  təhlükəsizliyi  baxımın­
dan olduqca vacibdir. Mədəni sürücü digər hərə kət iştirakçı­
larına kömək edir, özü yol hərəkəti qaydalarını, vəzifələ rini 
bilir və onlara əməl edir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstə­
rişinə əsasən yeni dərs ilinin başlan ması ilə əlaqədar respub li­
kada “Diqqət, uşaqlar!” adı altında “Hərəkə tin təhlükəsiz liyi” 
aylığı keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd bun lardır: 
uşaq və yeniyetmələrin iştirakı ilə yol­nəqliyyat hadisələri nin 
qarşısı nın alınması istiqamətində profilaktik tədbirləri güclən­
dirmək; ümumtəhsil məktəblərində şagirdlərdə təhlü kəsiz dav­
ranış vərdişləri formalaşdırmaq; tədris prosesinin effektliliyi­
nin yüksəldilməsinə Dövlət Yol Polisinin kömə yini artırmaq.
Unutmayın ki, yollardakı işarələr, işıqforlar, müxtəlif qur­
ğular  sürücü  və  piyadaların  –  bir  sözlə,  bütün  hərəkət  işti­
rakçılarının  qa nuna  əməl  etməsinə,  insanların  təhlükəsiz li­
yinə xidmət edir. Hər kəs buna bir nəfər kimi əməl etməyə 
Yol hərəkəti qaydasını pozmaq, sükan arxa­
sına sərxoş və ziyyətdə əyləşmək, kəmər dən 
istifadə etməmək, qoyulan normadan artıq sü­
rətlə avto mobili idarə etmək, dəmir yol plat­
formasında  və  ya  münasib  olma yan  yerdə 
yolu  keç mək  hansı  fəsadlara  gətirib  çıxara 
bilər?  Bu  barədə  fikirlə rinizi  yoldaş la rınızla 
müzakirə edib nəticələri təqdim edin.
Sizcə, bu tədbir­
lərdə hansı mə­
dəni dav ranış 
qaydaları müza­
kirə obyektinə 
çevrilə bilər? Siz 
hansı məsə lələrin 
mək təb lilərin nə­
zə rinə çat dırıl­
masını vacib 
hesab edirsiniz?
LAYİHƏ


9
borcludur. Lakin çox vaxt piyadalar piyada keçidindən isti fadə 
etməzdən  əvvəl  vəziyyəti  dəyərləndirmirlər.  Piyada  nəzərə 
almalıdır ki, maşın sürətlə hərəkət edə bilər və yaxud sürü­
cünün fikri yayındığından yoldakı ani dəyişikliyə hazır olmaz. 
Ona görə də piyada keçidindən istifadə etməzdən qabaq sürü­
cünün sizə yol verəcəyinə əmin olmağınız vacibdir.
Payız  fəslində  gündüzlər  qısalır. 
Axşam tez dü şür. Bu halda günün 
qaran lıq vaxtı qara və ya tünd ge­
yimlər dən isti fadə etmək arzu edil­
məzdir.  Çünki  bu  halda  sürücülər 
uzaq məsafədən piyadanı gör mək­
də  çətinlik  çəkirlər.  Yaxşı  olar  ki, 
sürücünün  sizi  uzaq  məsafə dən 
görə bilməsi üçün işığı əks etdirən 
aksesuarlardan istifadə edəsi niz.
Avtobus lara minmə və düşmə vərdişlərinin olması da olduqca va cibdir. Bəzən uşaq­
lar, hətta böyüklər də sürücü avtobusu daya nacaqda saxlamağa imkan tapmamış 
cəld düşməyə və ya minməyə çalışırlar. Yaxud da bəzən nəqliyyatda sürücünün diq­
qətini yayındıra biləcək söhbətlərə, hərəkətlərə yol verirlər.
Unutma yın ki, piyada keçidləri varsa, mütləq bu keçidlərdən istifadə olun malıdır.
LAYİHƏ


10
HADİSƏ 1.
 Yağış yağırdı. Aygün əlində çətir avto bus dayanacağında səkinin 
lap kənarında dayanmışdı. Qardaşı Aydın isə arxada dayanmışdı. Uzaqdan çox yük­
sək  sürətlə  qoşqusu  olan  nəqliyyat  vasitəsi  yaxınla şırdı.  Qardaşının Aygünü  neçə 
dəfə yanına çağırmasına baxmayaraq, o, sözə qulaq asmadı və yerini dəyişmədi. Bu 
hadisəyə tənqidi yanaşaraq səhvin kimdə və nədən ibarət olduğunu, əslində, hansı 
qaydalara əməl edilməli olduğunu müəyyən edin.
HADİSƏ 2.
 Rüstəm axşam işdən evə qayıdırdı. Günü çox gərgin keçdiyindən 
özünü yorğun hiss edirdi. Yaşadığı ev şəhərin mərkəzi küçələrindən birində yerlə şirdi. 
Ətrafda müxtəlif yol hərəkəti  nişanları, eyni zamanda piyada keçidi var idi. Çox 
yorğun və halsız olan Rüstəm yolu çəpinə istiqa mətdə o biri tərəfə keçib evə gəldi. 
Rüstəmin səhvi nədə idi? Onun, əslində, hansı qaydalara əməl etməli oldu ğunu mü­
əy yən edin. 
HADİSƏ 3.
 Solmaz müəllimə 6­cı sinif şagirdlə rini ekskursiyaya aparırdı. Bir­biri 
ilə rəfiqəlik edən 5 qız əl­ələ tutub yolu keçdi. Natiq isə Adillə söhbətləşə­söhbətləşə 
yolu keçərkən papağı yerə düşdü. Əyilib papağını götürmək istədi. Müəl limin ona 
xitabən “dayanma, yolu keç!” sözündən sonra o, cəld yolu keçdi. Bu hadi səyə tən­
qidi yanaşaraq səhvin kimdə və nədən ibarət olduğunu, əslində, hansı qaydalara əməl 
edilməli olduğunu müəyyən edin. 
HADİSƏ 4.
 Ləman qardaşı ilə yolun kənarında daya naraq işıqforun piyadalar 
üçün yaşıl işığının yanmasını gözləyirdi. Bu vaxt avtomobillərdən biri dayandı və 
sürücü əl işarəsi ilə göstərdi ki, yolu keçmək olar. Lə man cəld qaçıb yolu keçdi. 
Qardaşı Tunar isə yerində dayanaraq yolu keçmədi. Sizcə, kim düzgün addım atdı? 
Səhv kimdə və nədən ibarət idi?
Verilmlş hadisələri yoldaşlarınızla birgə təhlil edərək haqlı və ya haqsız tərəf­
ləri müəyyənləşdirin. Nəticələri “Yol hərəkəti haqqında” Azərbaycan Respubli­
kasının Qanununun 36 və 40­cı maddələrinə əsasən təhlil edin.
Yollarda hamının etdiyi kimi deyil, yol hərəkəti qayda­
larının tələbinə uyğun hərəkət edin. Sərbəst düzgün qərarlar 
verməyi öyrənin.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə