Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

57
1. Sizcə, insan hüquqlarının tamamilə təmin edilməsi mümkündürmü? 
2. Siz öz hüquqlarınızı bilirsinizmi? Öz hüquqlarınız haqqında sxem qurun.
3. Hüquqlarınızı necə müdafiə edirsiniz?
4. Bəzi insanların hüquqlarının pozulmasına səbəb nədir?
5.  İnsan hüquqlarını müdafiə edən milli hüquqi sənədlərə istinad etməklə təqdi­
mat hazırlayın.
6.  Əsas insan hüquqları haqqında məlumat toplayaraq sistemli şəkildə təqdim 
edin.
7.  Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş əsas insan hüquqları­
nın qorunması haqqındakı sənədləri müqayisə edərək sxem qurun.
Cədvəli tamamlayın:
Maddi hüquqlar
Mülki hüquqlar Siyasi hüquqlar Mədəni hüquqlar İqtisadi və sosial hüquqlar
ƏLAVƏ
Azərbaycan Respublikasının konstitusiyası
Əsas insan və vətəndaş hüquqları və azadlıqları
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi 
I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azad­
lıqları vardır. 
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliy­
yətini və vəzifələrini də əhatə edir. 
Maddə 25. Bərabərlik hüququ 
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 
III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əm­
lak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara,  həmkarlar 
ittifaq la rına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  hər  kəsin 
hüquq və azad lıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını 
və azadlıq larını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsu biy yətə 
görə məh dud laşdırmaq qadağandır. 
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula 
bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların 
verilməsindən imtina oluna bilməz. 
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət ha­
kimiy yəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquq­
ları təmin edilir.
LAYİHƏ


58
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi 
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azad­
lıqlarını müdafiə etmək hüququ vardır. 
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 
Maddə 27. Yaşamaq hüququ I. hər kəsin yaşamaq hüququ vardır. 
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qa­
nuni  qüvvəyə  minmiş  hökmünə  əsasən  ölüm  cəzasının  tətbiqi  və  qanunla  nəzərdə 
tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan 
həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalan ması 
və  tutulması,  həbsdə  olanın  həbs  yerindən  qaçmasının  qarşısının  alınması,  dövlətə 
qarşı  qiyamın  yatırılması  və  ya  dövlət  çevrilişinin  qarşısının  alınması,  ölkəyə  silahlı 
basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. (1) 
Maddə 28. azadlıq hüququ 
I. Hər kəsin azadlıq hüququ vardır. 
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma 
və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 
III.  Qanuni  surətdə  Azərbaycan  Respublikasının  ərazisində  olan  hər  kəs  sərbəst 
hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının əra­
zisindən kənara gedə bilər. 
IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıt­
maq hüququ vardır. 
Maddə 29. Mülkiyyət huququ 
I. Hər kəsin mülkiyyət hüququ vardır. 
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi 
mülkiyyət hüququ qanunla qorunur. 
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ 
mülkiyyətçinin  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan 
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 
IV.  Heç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiyyətindən  məhrum  edilə  bilməz. 
Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün 
mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək 
şərti ilə yol verilə bilər. 
V. Dövlət vərəsəlik hüququna təminat verir. (2) 
Maddə 30. əqli mülkiyyət hüququ 
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri 
qanunla qorunur. 
Maddə 31. Təhlükəsiz yaşamaq hüququ 
I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. 
II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi 
sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə