Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

63
II.  Azərbaycan  Respublikasının  vətəndaşları  dövlət  orqanlarında  qulluq  etmək 
imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublika sı­
nın vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 
dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 
Maddə 56. Seçki hüququ 
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçil­
mək, habelə referendumda iştirak etmək hüququ vardır. 
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seç­
kilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. 
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkə­
mənin  hökmü  ilə  azadlıqdan  məhrum  edilmiş  şəxslərin  bu  Konstitusiyada  və 
qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla 
məhdudlaşdırıla bilər. 
Maddə 57. Müraciət etmək hüququ 
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət 
etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir 
müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab veril məlidir. 
II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzi­
fəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, 
habelə  ayrı­ayrı  vətəndaşların  fəaliyyətini  və  ya  işini  tənqid  etmək  hüququ  vardır. 
Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Maddə 58. Birləşmək hüququ 
I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 
II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər 
ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün 
birliklərin sərbəst fəaliyyətinə təminat verilir. 
III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məc­
bur edilə bilməz. 
IV.  Azərbaycan  Respublikasının  bütün  ərazisində  və  ya  hər  hansı  hissəsində 
qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Kons­
titusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam 
verilə bilər. 
Maddə 59. azad sahibkarlıq hüququ 
Hər  kəs  qanunla  nəzərdə  tutulmuş  qaydada  öz  imkanlarından,  qabiliyyətindən 
və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad 
sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü 
ilə məşğul ola bilər. 
Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı 
I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 
II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər 
ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyin­
dən) məhkəməyə şikayət edə bilər. 
Maddə 61. Hüquqi yardım almaq hüququ 
I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 
LAYİHƏ


64
II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına 
göstərilir. 
III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alın dığı, 
cinayət  törədilməsində  ittiham  olunduğu  andan  müdafiəçinin  köməyindən  istifadə 
etmək hüququ vardır. 
Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi 
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ 
vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 
Maddə 63. Təqsirsizlik prezumpsiyası 
I.  Hər  kəsin  təqsirsizlik  prezumpsiyası  hüququ  vardır.  Cinayətin  törədilməsində 
təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta 
yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, 
təqsirsiz sayılır.
II.  Şəxsin  təqsirli  olduğuna  əsaslı  şübhələr  varsa,  onun  təqsirli  bilinməsinə  yol 
verilmir. 
III.  Cinayətin  törədilməsində  təqsirləndirilən  şəxs  özünün  təqsirsizliyini  sübuta 
yetirməyə borclu deyildir. 
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübut­
lardan istifadə oluna bilməz. 
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 
Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi 
Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. 
Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ 
Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla 
nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv 
edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. 
Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi 
Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına 
qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olma­
yan qohumların tam siyahısı qanunla müəyyən edilir. 
Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxs­
lərin hüquqları 
I.  Səlahiyyətli  dövlət  orqanlarının  tutduğu,  həbsə  aldığı,  cinayət  törədilməsində 
təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə 
alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. 
II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl 
dinlənilməlidir. (2) 
Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ 
I.  Cinayət,  habelə  hakimiyyətdən  sui­istifadə  nəticəsində  zərər  çəkmiş  şəxsin 
hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək 
və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. 
II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd 
hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödə­
nilməsi hüququ vardır. 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə