Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

61
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün 
növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya­epidemiologiya salamatlı ğına 
təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlə­
dən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. 
Maddə 42. Təhsil hüququ 
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. 
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdir mə­
sinə dövlət zəmanət verir. 
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 
Maddə 43. Mənzil hüququ 
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 
II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil 
hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 
Maddə 44. Milli mənsubiyyət hüququ 
I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. 
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. 
Maddə 45. ana dilindən istifadə hüququ 
I.  Hər  kəsin  ana  dilindən  istifadə  etmək  hüququ  vardır.  Hər  kəsin  istədiyi  dildə 
tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. 
II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 
Maddə 46. şərəf və ləyaqətin müdafiəsi hüququ 
I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləya qə­
tinin alçaldılmasına əsas verə bilməz. 
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan 
rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin 
üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 
Maddə 47. Fikir və söz azadlığı 
I. Hər kəsin fikir və söz azadlığı vardır. 
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə 
məcbur edilə bilməz. 
III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol 
verilmir. 
Maddə 48. Vicdan azadlığı 
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkba­
şına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, 
dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai 
əxlaqa zidd deyildirsə, sərbəstdir. 
IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 
LAYİHƏ


62
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini məra­
simləri  yerinə  yetirməyə  və  ya  dini  mərasimlərdə  iştirak  etməyə  məcbur  edilə  bil­
məz. (2) 
Maddə 49. Sərbəst toplaşmaq azadlığı 
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. 
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbər­
dar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri 
keçirmək, piketlər düzəltmək hüququ vardır. 
Maddə 50. Məlumat azadlığı 
I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazır­
lamaq və yaymaq azadlığı vardır. 
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələ­
rində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. 
III.  Hər  kəsin  kütləvi  informasiya  vasitələrində  dərc  edilən  və  onun  hüquqlarını 
pozan  və  ya  mənafelərinə  xələl  gətirən  məlumatı  təkzib  etmək  və  ya  ona  cavab 
vermək hüququna təminat verilir. (2) 
Maddə 51. Yaradıcılıq azadlığı 
I. Hər kəsin yaradıcılıq azadlığı vardır. 
II. Dövlət ədəbi­bədii, elmi­texniki və başqa yaradıcılıq növlərinin azad həyata 
keçirilməsinə təminat verir. 
Maddə 52. Vətəndaşlıq hüququ 
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qar­
şılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azər­
baycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətən daşla­
rından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideyn lə rindən 
biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respubli kasının 
vətəndaşıdır. 
Maddə 53. Vətəndaşlıq hüququnun təminatı
I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası 
vətəndaşlığından məhrum edilə bilməz. 
II.  Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir  halda  Azərbaycan  Respub­
likasından qovula və ya xarici dövlətə verilə bilməz. 
III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi 
yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir 
və onlara hamilik edir. 
Maddə 54. cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ 
I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həya­
tında maneəsiz iştirak etmək hüququ vardır. 
II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək 
Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. 
Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ 
I.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlətin  idarə  olunmasında  iştirak 
etmək  hüququ  vardır.  Bu  hüququ  onlar  bilavasitə  və  ya  nümayəndələr  vasitəsilə 
həyata keçirə bilərlər. 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə