Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

90
Tolerantlıq  –  dünyamızda  mədəniyyət­
lərin  zəngin  müx təlifliyinə,  mövcud  özünü­
ifadə formalarına hörmətlə yanaş maq, bun ları 
tanımaq və düzgün anlamaq deməkdir. Tole­
rantlığa  daxil  olan  sferalardan  biri  mədəni 
tolerantlıqdır.  Mədəni  tolerant lığın  mövcud­
luğu  mədəni  fər qin  mövcudlu ğundan  xəbər 
verir.  Dünyada  minlərlə  mədə niyyət  möv­
cuddur. 
2. MƏDƏNİYYƏTLƏRARASI TOLeRANTLIQ
Ətrafımızda müxtəlif geyimli, fərqli tərzə malik, fərqli dü­
şüncəli insan lar çoxdur. Siz heç düşünmüsünüzmü, nə üçün 
insanlar fərqli tərzdə geyinir, həyat tərzi keçirir, başqaları 
ilə fərqli şəkildə davranır, sizdən fərqli mahnıları dinləyir, 
kitablar oxuyur və s.? Biz insanların bu cür olmasını çox 
vaxt normal qarşılamış və hörmətlə yanaşmağa çalış mı­
şıq. Bəs kiminsə hər hansı belə bir xüsusiyyəti nə vaxtsa 
sizi qıcıqlandırıbmı? Bu halda siz nə etmisiniz?
LAYİHƏ


91
Nə üçün “torpağın 
becərilməsi” 
anlamını ifadə 
edən “mədəniyyət” 
sözü daha geniş 
mənanı özündə 
əks etdirə bildi? 
Mədəniyyət nədir? 
Siz,  yəqin  ki,  mədəniyyətin:  maddi  və  mənəvi  forma­
larda olduğunu bilirsiniz. Əslində, mədəniyyət daha geniş və 
çoxmənalı məfhumdur.
Bu gün mədəniyyət dedikdə biz, adətən, incə sə nət, ədə­
biyyat, musiqi, rəsm kimi sahələri nəzərdə tuturuq. Lakin mə­
dəniyyət daha çox sahəni əhatə edir. O, cəmiyyət üzvlərinin 
bütün həyat tərzini əhatə edir: geyim tərzini, nikah mərasimini, 
ailə  həyatını,  övladlarına  və  qohumlarına  münasibətlərini, 
əmək fəaliyyətini, dini mərasimləri, boş vax tın keçirilməsini 
və s. 
Hər  bir  kəs  fərdi  mədəni  xüsusiyyətlərə  malik  olmaqla 
bərabər, həm də böyük bir mədəni toplumun tərkib his sə si­
dir. O öz xalqının, millətinin, etnik mənsubiyyətinin mə dəni 
daşıyıcısıdır. Ona görə də azərbaycanlı alim Yusif Rüstə mo­
vun dediyi kimi, “Dünyada elə bir məfhum yoxdur ki, mədə­
niyyət  qədər  çoxmənalı  çalarlara  malik  olsun”.  Bu  mənada 
İnsanın mədəni 
çevrəsinə daha 
hansı sahələri 
əla və edə bilər­
siniz? Sadalayın.
Tarixdə ilk dəfə “mədəniyyət” anlayışını latınlar işlətmiş və onu “torpağın becə­
rilməsi” anlamını verən “kultura” sözü ilə ifadə etmişlər. Lakin illər, əsrlər ötdükcə 
mədəniyyət insanların intellektual səviyyəsini, onların təhsil və tərbiyəsini, əxlaq 
və estetik təfəkkürünü, yaradıcılıq baxışlarını, adət­ənənə və tarixi təcrübəsini 
bildirməyə başladı.
LAYİHƏ


92
mədəniyyət həm də bəşəriyyətin rəngarəngliyinin və müxtə­
lifliyinin  təzahürüdür.  Mədəni  müxtəliflik  müasir  dün yanın 
mədəni simasıdır.
Mədəniyyət yaradıcı təfəkkürün məhsuludur. O, insan var­
lığının  dərinliyini  və  ölçüsüzlüyünü  göstərir.  Bu  baxım dan 
mədəniyyət  həm  də  insanın  kimliyinin  ifadəsidir.  İnsan  nə 
qədər tükənməz və müxtəlif simalıdırsa, mədəniyyət də bir 
o qədər çoxçeşidlidir. O yalnız yara dıcı xarakter daşımır, həm 
də yaradıcılığın nəticələrini qav ramağın xarakterini də müəy­
yən edir. Əmək mədəniy yəti, davranış mədəniyyəti, qavrama 
mədəniyyəti  insanların  inki şaf  səviyyəsini  müəyyənləşdirir. 
Bu mənada mədəniyyət daxilində çoxlu sayda mədəniyyətlər 
də mövcuddur. 
XX yüzillikdə planetimizdə iki dünya müharibəsinin baş 
verməsi, inqilablar və totalitar rejimlərin uzun illər milyon­
larla insanların ölümünə səbəb olması, vandalizmin amansız 
nümunələri  dünya  xalqlarını  mədəniyyətə  fərqli  baxışdan 
Daha  böyük  mədəniyyətlər  sivilizasiya*  adlanır.  Məsələn,  Qədim  sivilizasiya, 
Qərb sivilizasiyası, İslam sivilizasiyası, Türk sivilizasiyası və s.
Qədim sivilizasiya­
lara dair nümunələr 
göstərin. 
sivilizasiya –
latın dilində “sivis” 
sözündən götürü lüb 
mülki deməkdir. 
Sivilizasiya cəmiy­
yətin özünə məx­
sus siyasi, sosial­
iqtisadi və mədəni 
inkişafını əhatə 
edir.
LAYİHƏ


93
yanaşmağa vadar etdi. Dünya cəmiyyətinin dilinə “tole rant­
lıq” kimi anlayışın gətirilməsi mədəni müxtəlifliyi ön plana 
keçirdi.
Hər  bir  xalqın  mədəniyyəti  onun  mədəni  təcrübəsində 
yer alır. Lakin bu mədəni təcrübəni müxtəlif xarici təsirlərin 
altında yaşatmaq və sonrakı nəsillərə ötürmək müasir dövrün 
çox çətin bir probleminə çevrilmişdir. Məsələn, müasir infor­
ma siya  tex nologiyaları  sayəsində  bütün  planeti  əhatə  edən 
bəşəri­qlobal mədəniyyəti formalaşır. Bu zaman mədə niyyət­
lər qarşılıqlı əlaqədə inkişaf etsə də, insanların böyük əksə­
riyyəti  yad  mədəniyyətə  ixtiyarsız  cəlb  olunur.  Bu,  kütləvi 
mədəniyyətdir.  Onun  xüsusiyyətləri  odur  ki,  eyni  zamanda 
dünyanın  hər  bir  nöqtəsində  eyni  xəbərlər  yayım lanır,  eyni 
filmlərə baxılır, eyni musiqilər dinlənilir, eyni həyat tərzi aşı­
lanır  və  s.  Kütləvi  mədəniy yətin  ünsürlərindən  olan  sosial 
şəbəkələr, informasiyanın sürətlə yayılması, tex nologiyaların 
tez­tez dəyişməsi insan ları sanki bir­birinə ya xın laşdırır, lakin, 
“Tolerantlıq” anlayışının dilimizə gəlməsinin səbəblərini izah edin.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə