Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил


azərbaycan Respublikasının Konstitusiyası, maddə 48



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   24   25   26   27   28   29   30   31   32

103
azərbaycan Respublikasının Konstitusiyası, maddə 48.
Vicdan azadlığı
  I. Hər kəsin vicdan azadlığı vardır. 
 II.  Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına 
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə 
münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 
III.  Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa 
zidd deyildirsə, sərbəstdir. 
IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 
 V.  Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini məra­
simləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 48­ci maddəsini müzakirə edərək tole rant­
lığın ölkəmizdə mövcudluğunu sübut edin.
Ümumiyyətlə, Azərbaycan tarixən tolerant bir ölkə ol muş­
dur. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarını çıxmaq 
şərtilə Vətənimizdə heç bir zaman dini və milli zəmində mü­
naqişə olmamışdır. İnsanlar daim milli və dini əmin­amanlıq 
şəraitində yaşamışlar. Qeyd etməliyik ki, bu cür dözümlülü­
yün indiyədək qalmasında xalqımızın və İslam dininin rolu 
çox böyükdür. Bu fikri Ulu öndərimiz Heydər Əliyev də təs­
diq edirdi.
XX əsrin sonlarında yenidən öz müstəqilliyini bərpa edən 
Azərbaycan Respublikası dini tolerantlığın formalaşdı rılma­
sını və vətəndaşların bu ruhda yetişməsini qarşısına ən vacib 
bir məqsəd kimi qoyur. Təsadüfi deyil ki, 1995­ci ildə qəbul 
edilən Konstitusiyada dinin dövlətdən ayrılması, bütün dinlə­
rin eyni hüquqlara malik olması və hər kəsin sərbəst şəkildə 
etiqadına imkan yaratdığı vicdan azadlığı tolerant lığın hüquqi 
bazasını yaratmaq üçün başlıca şərt olmuşdur.
Bu illərdə Azərbaycanda dini və müasir cəmiyyət mövzu­
larını əhatə edən çoxlu sayda konfranslar və forumlar təşkil 
Araşdırma aparın. Yaşadığın və ya təhsil aldığın yerə yaxın hansı dini qurum­
lar yerləşir? Burada hansı dini bayramlar və adətlər həyata keçirilir?
Hüquqi baza de­
dikdə nə başa 
düşürsünüz?
LAYİHƏ


104
edilmiş, dünyanın aparıcı dinşünas alimləri və din xadimləri 
dəvət  olunmuş,  elmi  tədqiqat  işləri  aparılmışdır.  Ulu  öndər 
Heydər Əliyevin müsəlman dünyası üçün böyük maraq kəsb 
edən bir çox din xadimlərini: Papa II İoann Paveli, Ümum­
rusiya  Patriarxı  II Aleksini  Bakıya  dəvət  etməsi  onun  tole­
rantlıq və dini yönümdə apardığı uğurlu siyasətin davamı idi. 
Onun  prezidentliyi  dövründə  neçə­neçə  məscid,  kilsə  və 
pirlərdə bərpa və təmir işləri aparılmışdır. Onların arasında 
ən böyük əmək sərf olunanları: Bakıdakı Təzəpir məsci dinin 
bərpasını,  Bibiheybət  məscidinin  yenidən  tikilməsini,  yeni 
müasir  arxi tekturaya  malik  katolik  kilsənin  tikintisini  gös­
tərmək olar.
Ulu öndərin əsasını qoyduğu dini dözümlülük nümunəsi 
bu gün İlham Əliyevin siyasəti nəticəsində uğurla davam etdi­
rilir. Qafqaz Müsəlmanları Ruhani İdarəsi də dini qurumlarla 
sıx əməkdaşlıq edərək dövlətin dini tolerantlıq siyasətinə öz 
töhfəsini verməkdədir.
Bu gün Azərbaycanda dini qurumlar üzrə komitə, xalqın 
dini maariflənməsinə xidmət edən fəaliyyət növləri vardır. Bu 
sahədə düzgün dini təbliğata istiqamətlənmiş elmi və dini araş­
Azərbaycanda 
daha hansı dini 
mər kəzləri 
tanıyırsınız? 
Bibiheybət məscidi
LAYİHƏ


105
1.  Azərbaycanda tarixən hansı dinlər mövcud olmuşdur? Onlardan hansıları indi­
yə dək xalqın arasında yaşamaqdadır? Azərbaycan tarixi fənnindən qazandı­
ğınız biliklərə müraciət edərək sadalayın.
2.  İslam, xristianlıq və yəhudi dinlərinin xüsusiyyətlərini müqayisə edin. Hansı 
ümumi cəhətlərə rast gəldiniz? Fikirlərinizi əsaslandırın.
3. “Azərbaycan dini tolerantlığın nümunəsidir” mövzusunda təqdimat hazırlayın.
4.  Azərbaycanda keçirilmiş dini görüşlər və ya konfranslara aid araşdırma apa­
rın, tole rant ölkə olduğumuzu sübut edən esse yazın.
5.  Son illərdə Prezident İlham Əliyevin dini tolerantlıqla bağlı gördüyü tədbirləri 
araş dırın. Siz bu sahədə hansı tədbirlərin görülməsini təklif edərdiniz? 
6.  Xristian və İslam dininin ortaq cəhətlərini araşdırın. Onların müqəddəs kitab­
larında tolerantlığı özündə əks etdirən ayələri seçib dəftərinizə qeyd edin. 
7.  “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu araş dı rıb 
tole rant ölkə olduğumuzu əsaslandırılmış şəkildə sübut edin. 
dırmalar aparılır. Azərbaycanda rus pravos lav kilsəsinin, kato­
lik kilsəsinin nümayəndəlikləri, yəhudi sinaqoqu fəaliy yət gös­
tərir.
Azərbaycan həmişə dini dözümsüzlüyü pisləmiş, cəmiy­
yətdə sabitliyi pozmağa çalışan, dini və sosial vəziyyəti kəs­
kinləşdirən terrorizmə, ekstremizmə qarşı mübarizədə digər 
ölkələrlə və təşkilatlarla yaxından əməkdaşlıq etmişdir. Xa ric­
dən gələn zərərli dini ədəbiyyatın, informasiyanın təbliği nin, 
xalqımızın milli təfəkkürünə yad olan dini radikal çağırışla­
rın qarşısı vaxtında alınır, xarici ölkələrdə yerləşən dini­terror 
qruplaşmaları ilə əlaqədə olan bəzi dini təşkilat ların fəaliyyəti 
nəzarətdə saxlanılır. İctimai asayişin pozul masına, şəxsiyyə­
tin şərəf və ləyaqətinin alçaldılmasına isti qamətlənən qanuna 
zidd fəaliyyət yerindəcə dəf edilir.
2002­ci  ildə  keçirilmiş  ATƏT­in  Demokratik  Təsisatlar 
və İnsan Haqları Bürosunun Bakı konfransında deyilmişdir: 
“Azərbaycan yüz illər boyunca müxtəlif mədəniyyətlərin ya­
naşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər”.
ATƏT­in Bakı konfransında deyilmiş bu fikrin kimə məxsus olduğunu müəy­
yən edin. Söylənmiş fikrin əsaslı olduğunu sübut edin. 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə