Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   24   25   26   27   28   29   30   31   32

120
1. İnsanpərvərlik;
2. Həmrəylik;
3. Bərabərlik və dözüm lülük;
4. Əməkdaşlıq və dostluq;
5. Sadəlik və təvazökarlıq;
6. Etibar və inam;
7. Ədalətlilik.
Həmrəylik insanları fikirdə və əməldə bir olmağa çağırır. 
Dünyanın problemləri onun özü qədər böyükdür. Bu gün heç 
bir  dövlət  onları  həll  etmək  iqtidarında  olduğunu  boynuna 
götürə bilməz. Onların həlli yalnız bəşəriyyətin ali məqsəd­
lər ətrafındakı həmrəyliyi ilə mümkündür. Həmrəylik insan­
ların əməkdaşlıq keyfiyyətlərinə stimul verir. Onlar arasında 
etibar və inam yaradır.
Tarixən  insanlar  yalançılığı  və  fırıldaqçılığı  pisləmişlər. 
Yalançı insan işini bir dəfə görür. Heç kim onunla ikinci dəfə 
qarşılaşmaq istəmir. Buna görə də birgə fəaliyyətin əsas prin­
siplərindən biri də etibar və inamın olmasıdır. Bu gün təkcə 
insanlar deyil, dövlətlər və xalqlar belə, xalqının rifahi naminə 
müxtəlif  layihələrin  həyata  keçirilməsində  etibar  və  inam 
prinsiplərinə sadiq olduqlarını nümayiş etdirirlər. 
Dünyada insanların və millətlərin, ölkələrin bir­birindən 
fərqli olması onların bir­birinə yaxınlaşmasına mane olmur. 
Əsas  odur  ki,  hər  bir  kəs,  hər  bir  cəmiyyət  Yer  kürəsində 
bərabər  hüquqlara  malik  olduqlarına  inansın.  Bu  baxımdan 
insanların əxlaqlarında bərabərlik prinsiplərinin mövcudluğu 
dözüm və tolerantlığa gətirib çıxaracaq.
Son zamanlar bu normaların içinə Şərq xalqlarına məx­
sus “halallıq” anlayışı da daxil olmuşdur. Halal yaşamaq, halal 
yolla qazanmaq mənəvi saflığın və təmizliyin zirvəsi dir. Siz, 
İnsanpərvərlik  insanların  ən  başlıca  mənəvi  keyfiy yə­
tidir. İnsanpərvərlik olmasa, müharibələr dayandırılmaz, 
düşmənçiliyin  sonu  olmaz,  sülh  və  əmin­amanlıq  ya­
ranmaz.  Bu  keyfiyyət  insanları  bir­birinə  əl  tutmağa, 
yardım  etməyə,  acları  doydurmağa,  evsizlərə  sığına­
caq  verməyə  sövq  edir,  insanın  həyatına  ən  böyük 
nemət kimi yanaşmağa vadar edir.
Ətrafınızda, yəqin 
ki, yalançı insanlar 
olub. Siz onların 
bu vərdişlərdən 
uzaq olması üçün 
nələri edərdiniz?
LAYİHƏ


121
yəqin  ki,  dükanlarda  vaxtı  keçmiş  ərzaqların  piştaxtalardan 
götürüldüyünün şahidisiniz. Bu təkcə dövlətin qanunları ilə 
tənzimlənmir. Bu həm də insan hüquqlarına riayət olunma­
sına, başqasının haqqının tapdalanmamasına, ədalətlilik prin­
siplərinin reallaşmasına xidmət edir. 
Dünya cəmiyyətinin əxlaqi prinsiplərindən biri də sadə lik 
və  təvazökarlıqdır.  Buraya  çoxlu  sayda  əxlaqi  keyfiyyət lər 
daxildir. İnsanlar bir­birinə qarşı nəzakətli, mərifətli, xeyirxah, 
səxavətli, sadiq olmağa çalışırlar. Müasir dövrü müzdə dün­
yada  yayılan  müxtəlif  mədəniyyət  və  incəsənət  nümunələri 
də  insanlar  arasında  məhz  bu  keyfiyyətlərin  təbliğatçısına 
çevrilmişdir.
1.  Əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyəti nədən ibarətdir?  
Müzakirə aparın.
2.  Milli dəyərlərlə ümumbəşəri dəyərləri müqayisə edin. Hansı milli dəyərlər 
ümumbəşəri hesab oluna bilər?
3.  “Dinin əsas məqsədi əxlaqdır” (M.F.Axundzadə) fikri ilə razısınızmı? Müza­
kirə aparın.
4. “Halallıq əxlaqın nümunəsidir” mövzusunda esse yazın.
5.  Əxlaq normalarının pozulmasına aid müxtlif faktlar toplayıb təqdim edin.
6.  Ümumbəşəri  əxlaqi  dəyərlərin  qorunması  naminə  hansı  tədbirlər  planını 
hazırlayardınız? Tədbirlər planını dəftərinizdə və ya elektron şəkildə qeyd 
edib təqdim edin.
7. “Məktəb – əxlaqın qoruyucusudur” devizi altında təqdimat hazırlayın.
LAYİHƏ


122
6. BƏŞƏRİYYƏT QARŞISINDA MƏNƏVİ BORC
Bəzən kimi isə ağlayan gördükdə onu sakitləş dirməyə, 
ovundurmağa can atırıq. Sizcə, buna səbəb nədir? 
Mənəvi  keyfiyyət  deyəndə,  nə  başa  düşürsünüz? 
Mənəviyyatın  xalqın,  ümumiyyətlə,  bəşəriyyətin  hə­
ya tında rolu nədən ibarətdir? 
Dahi rus filosofu Nikolay Çernışevski demişdir: “Millə­
tin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyət ləridir”.
İnsanın mənəvi aləminə bir çox amillər təsir edir. Bun­
lara  ideoloji,  elmi  və  mənəvi  dəyərlərin  saxlanılmasını  və 
ötürül məsini  təmin  edən  tərbiyə  və  təhsil  daxildir.  Mənəvi 
aləmin formalaşmasında dinin rolu əvəzsizdir. Din və digər 
mənəvi tələbatlarımız cəmiyyətin mənəvi həyatını təşkil edir. 
Cəmiy yətin mənəvi həyatını, ayrı­ayrı fərdlərin mənəvi dün­
yasının öxünəməxsus xüsusiy yətləri ilə seçilən, eləcə də bu 
xüsusiy yətləri özündə birləşdirən anlam kimi başa düşmək olar.
Mənəviyyat insanı başqa canlılardan fərqləndirən cəhət­
lərdən biridir və insa nın ruhu mənəviyyatının tələbi ilə for­
malaşır.  Mənəviyyat  insanı  əhatə  edən  sosial  mühitin  təsiri 
LAYİHƏ


123
altında formalaşmış əqidə, iradə və ideyalardır. O, əxlaqla sıx 
bağlı olduğundan çox vaxt onunla ey ni ləşdirirlər. Lakin mə­
nəviyyat daha geniş məfhumdur, çünki əxlaq mənəvi keyfiy­
yətlərin nəticəsində formalaşır.
İnsanın digər bir xüsusiyyətlərindən biri də onun xeyirə 
və şərə meyilli olma sıdır. Bu iki məfhumun cazibəsi insanın 
mənəvi xüsusiyyətlərindən irəli gəlir. Bu mənada mənəviy­
yatın təşəkkül tapma sında əsas rol oynayan mənəvi şüurdur. 
Mənəvi  şüur  isə  mənəvi  adətlər  və  vərdişlərdən  irəli  gəlir. 
Bu mənada mənə viyyat insanlarda tərbiyə vasitəsilə forma­
laşdırılır. Onun gündəlik həyatın bir parçası olması isə insa­
nın ağlından və iradəsindən asılıdır. Mənəvi tərbiyə insanın 
düşüncəsinə və əməlinə qürur, səmimiyyət, məsuliyyət və s. 
bu kimi hisləri aşılayaraq onu tərbiyələndirir. 
Mənəvi şüur, mənəvi hislər, adət və vərdişlər ümumi likdə 
mənəvi əqidənin və amalın bir hissəsidir. Bu mənada mənə viy­
yat insanın kamillik xüsusiyyətidir. Lakin insanda qəlb, ağıl, 
nəfs, iradə, insaf, sevgi, mərhəmət, şəfqət, kin, qəzəb, nifrət kimi 
ruhi hiss və duyğuların mövcud olması insanın insan olaraq 
kamilləşməsinə  kifayət  deyildir.  İnsan  müsbət  keyfiyyətləri 
vərdişə çevrildiyi zaman kamillik zirvəsinə yük səlmiş olur.
Azərbaycan xalqının tanınmış xeyriyyəçisi Heydər Əliyev 
Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezi denti, 
İnsanlar  fərqlidirlər.  İnsanları  bir­birindən  fərqləndirən  cəhətlər  hansılardır? 
Onların ehtiyaclarını biz görə və duya bilirikmi? Bu ehtiyacların, qismən də olsa, 
ödənilməsində öz iştirakımızı necə təmin edə bilərik? Bu haqda fikirlə rinizi 
yoldaşlarınızla müzakirə edin.
I avropa oyunları. 
Bakı
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə