Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   24   25   26   27   28   29   30   31   32

115
Sosial məfhum hesab edilən əxlaq cəmiyyətlə sıx bağ lıdır. 
Əxlaqi hərəkətlər müəyyən bir cəmiyyətdə baş verir və cə miy­
yətin quruluşu ilə sıx bağlıdır. Bir cəmiyyətdə qəbul olunmuş 
elə əxlaq normaları var ki, digərində qətiyyətlə rədd edilə bilər.
Hər cəmiyyət insan hərəkətlərinin uyğunlaşmasına istiqa­
mətlənmiş  bəzi  yad  normaları  da  əxlaqın  bir  ünsürü  kimi 
qəbul edə bilər. Bu mənada, o həm də cəmiyyətin inkişafının 
məhsulu, konkret tarixi xarakter daşıyır. Məsələn, əsrin əv­
vəllərində Azərbaycanda qadınların başıaçıq gəzməsi, təh sil 
alması əxlaq normalarının ciddi şəkildə pozulması sayılır dısa, 
müasir dövrümüzdə bu, həyatın adi bir normasıdır. 
İnsanlar  bir­biri  ilə  ümumi  dil  tapmaq  üçün  əxlaqın  nə 
olduğuna  cavab  vermək  məqsədilə  ağıla  müraciət  edirlər. 
Belə ki məhz insanın ağlı ictimai münasibətlər arasında əla­
qəni  tapmağa  və  öz  hərəkətləri  vasitəsilə  öz­özünü  “kəşf” 
etməyə,  öz  kimliyini  təsdiq  etməyə  çalışır.  Çünki  məhz  bu 
hərəkətlər onun haqqında ümumi fikrin forma laşmasına gəti­
rib çıxarır. Əxlaq hər bir fərdin şəxsi mənəvi key fiy yətlərinin 
daşı yıcısı olub, vicdanının səsi dir. Əxlaqlı olmaq başqasının 
hü ququna toxun mamaq, haq qını tap dalamamaq demək dir.
Alimlər deyirlər ki, əxlaq insanların könüllü surətdə öz azadlıqlarını məhdud­
laşdırmasıdır. Siz necə düşünürsünüz, həqiqətən də, bu belədirmi? Fikrinizi 
bildirin.
Bu fikirlə 
razısınızmı? 
Fikirlərinizi 
nümunələrlə 
əsaslandırın.
LAYİHƏ


116
Hər bir xalqın özünəməxsus əxlaq tərzi olub, digərlə rin­
dən fərqlənir. Hər bir insanın da əxlaqı digərindən fərqlənir. 
Belə  ki  əxlaq  mənəvi  dəyərdir.  O  hər  bir  insanın  mənəvi 
keyfiyyətlərindən ibarət dir. İnsanın mənəvi keyfiyyətləri isə 
cəmiyyətdə formalaşır. Demək, əxlaq insanla cəmiyyətin qar­
şılıqlı münasibətləri nəticəsində formalaşır və bir­birinə təsir 
Aristotelin şagirdi olmuş Makеdoniyalı İsgən­
dər  öz  müəllimi  barəsində  söyləyirdi:  “Atam 
Filipp məni dünyaya gətirmiş, müəl limim Aris­
totel isə məni göylərə ucaltmış dır”.
İsgəndər bununla nə demək istəyirdi? Münasibətinizi bildirin.
LAYİHƏ


117
edir. Buna görə də insanlar kimi cəmiyyətlərin də əxlaqı fərqli 
olur.  Lakin  cəmiyyətin  əxlaqı  bir  neçə  il  ərzində  formalaş­
mır, o, uzun sürən tarixi, etnik, mədəni, dini, sosial, iqtisadi 
münasibət lərin təcrübəsindən süzülən ümumi məhsul, sosial 
yaddaşdır.  Bizim  çox  vaxt  tərbiyə  adlandırdığımız  məfhum 
əxlaqın gənc nəsillərə ötürülmə mexanizmlərindən biridir.
Azərbaycan xalqının əsrlər boyu formalaşmış nümunəvi 
əxlaqi keyfiyyətləri vardır. Onların arasında böyüklərə ehti­
ram, qadınlara hörmət, valideynlərə qayğı, uşaqlara mərhə­
mət, vətənə sevgi və s. göstərmək olar.
Qədim  türklərə  məxsus  hansı  əxlaq 
nor malarını bilirsiniz? “Dədə Qorqud” 
dasta nına  mü ra  ciət  edin.  Dastanda 
və tənə, bö yüklərə, anaya, övlada mü­
na sibətlərə  dair  fikirləri  toplayıb  sis­
tem ləşdirin.  Həmin  fikir lərə  münasi­
bət bildirin. 
LAYİHƏ


118
İnsanlar başqalarının xoşbəxtliyinə ona görə çalışırlar ki, 
bu zaman onların özləri də xoşbəxt olurlar. Lakin bu hamıda 
belədirmi? Əlbəttə ki, yox. İnsanların davranış qaydaları müx­
təlif  əxlaqi  prinsiplərdə  öz  əksini  tapır.  İnsanlar  eqoist*,  al-
truist*,  hedonist*,  nihilist*  və  sair  əxlaqi  prinsiplərə  malik 
ola bilərlər.
Yunan  filo sofu  Platon  deyirdi  ki,  “Əgər  in­
sanlar nəyin pis olduğunu bilsələr, heç vaxt 
pis  iş  görməzlər”.  Onun  fikrincə,  düzgün­
lüyü  dərk  etmək  intellektual  vəzifədir.  De­
mək,  əxlaqlı  olmaq  üçün  insanların  xeyir 
və  şər  anlayış larını  bir­birindən  ayırması 
əsas məsələdir. Bunun üçün onlar oxu malı, 
elm və təhsilə xüsusi diqqət yetirməlidirlər. 
Aristotel  isə  deyirdi  ki,  əxlaq  bilik  deyil, 
davranışdır,  o,  yaxşılığın  nə  olduğunu  öy­
rətmir,  yaxşı  olmaq  üçün  öyrədilir,  insan 
fəaliyyətinin  ümumi  qəbul  edilmiş  norma 
və dəyərlərini əks etdirir.
Aristotelin fikirləri ilə Platonun fikirlərini müqayisəli təhlil edin.
Eqoist  –  öz davranışında yalnız özünün mənafeyini əsas tutan, cəmiyyətin və ətraf­
dakıların mənafeyi ilə he sablaşmayan insan
altruist  –  başqasının naminə, tə  mənnasız olaraq öz məna fe yini qurban ver məkdən 
ibarət əxlaqi prinsip
Hedonist –  həzzin həyatda ən ali məqsəd olduğunu qəbul edən adam
Nihilist  –  hamının qəbul etdiyi norma, qayda və qa nunlara, prin siplərə mənfi müna­
sibət bəs ləyən adam
LAYİHƏ


119
Alimlər deyirlər ki, ümumbəşəri əxlaqın formalaşma sında 
əxlaqın məqsədləri əsas kimi çıxış edir. Ümumbəşəri əxlaqı 
formalaşdıran həyat üçün faydalı, zəruri, mühüm olan ümum­
bəşəri dəyərlərdir. Onlardan biri də insanların rifahı və xoşbəxt­
liyidir.  Bu  məqsədlər  yer  üzündə  yaşayan  bütün  insanlara 
xas olan arzudur.
Müharibələr, dini təfriqələr, aclıq, sosial və hüquqi əda lət­
sizlik insanların bu arzularının həyata keçməsinə imkan ver­
mir. Bu mənada ümumi məqsədlər insanları ümumi fəaliy yətə 
cəlb edir. Bunun üçün onlar arasında ümumi dav ranış qayda­
larının,  hamı  tərəfindən  qəbul  edilmiş  normaların  forma laş­
ması tələbatı da yaranır. Onlardan bir neçəsini sada layaq:
Hedonizmlə eqoizmi müqayisə edin.
Əgər eqoizm insanın davranışlarını özünə hədsiz sevgi prizmasından ölçürsə, 
altruist, əksinə, özünü insanlara olan sevgisinin qurbanına çevirir. Hedonist 
hə yatdan  yalnız  zövq  alma  əxlaqi  prinsipi  olub,  məqsədlərini  xoşbəxtliyə, 
ruhun sakitliyinə, faydalı nemətlərə sahib olmağa, qeyri­zorakılığa yönəldir. 
Nihilist  əxlaq  normaları  ilə  yaşayanlar  isə  ətrafda  baş  verənlərə  tamamilə 
biganə olan lardır. Sosial proseslər, təlatümlər, vətən təəssübkeşliyi bu prin­
siplərə yaddır.
Ümumbəşəri 
əxlaq deyəndə 
nə başa düşür­
sünüz? Bu əxlaqi 
dəyərlər sırasına 
nələri əlavə edər­
diniz?
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə