Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   24   25   26   27   28   29   30   31   32

110
Tarix  boyu  bir  çox  işğalçı  ölkələr,  imperiyalar  xalqları 
əsarətdə saxlamaq üçün din amilindən məharətlə istifadə et­
miş lər. Bu aksiyaların ağır fəsadları günümüzədək gəlib çıx­
mışdır.  Məsələn,  ermənilərin  Azərbaycan  torpaqlarına  kö­
çürülməsində  xristian  həmrəyliyi  başlıca  amil  olmuşdur. 
Qafqazda xristian əhalisini çoxaltmaq və müsəlman ölkələri 
ilə  sərhəddə  oyuncaq  xristian  dövlətini  yaratmaq  məqsədi 
Dinin sərbəst şəkildə seçilməsinin əhəmiyyətini şərh edərək müza kirə aparın.
Tac Mahalın yanın­
da müsəlmanların 
ibadəti
1
2
LAYİHƏ


111
1, 2, 3 – Ermənistan 
ərazisindən azər­
baycanlıların 
kütləvi depor­
tasiyası
Fələstində dinc 
əhali raketlərdən 
qorunmaq istəyir.
Azərbaycan xalqına çox baha başa gəlmişdir. Digər bir nü­
munə kimi Hindistanı göstərmək olar. İngilislərin Hindis tanda 
ağalığını təmin etmək üçün hindlilərlə müsəlmanlar arasında 
qızışdırılan ədavət hələ də həllini tapa bilmir. Yaxın Şərqdə 
yəhudi­Fələstin  münaqişəsinin  mənbəyi  də  dini  əda vətdən 
qaynaqlanır.
3
LAYİHƏ


112
Son zamanlar dünyada dini ədavət getdikcə artmaqdadır. 
Ümumi vəhdətin və sülhün qurulmasına mane olan sünni­şiə 
qarşıdurması, müxtəlif təriqətlərin ideoloji mübarizəsi müsəl­
manlar  arasında  əda vətin  artmasına  səbəb  olmuşdur.  Bəzi 
xalqlar və dövlətlər isə hətta bir­biri ilə münasibətlərini belə 
dini amilə görə qur mağa üstünlük verirlər. 
Dini təcrübə həm də həyat, yaşamaq, dövrün tə ləb lərinə 
uyğunlaşmaq  təc rübə sidir.  Bu  mənada  o,  sosial  münasibət­
lərin inkişaf nü munələrindən biridir. Miqra siyanın genişlən­
məsi ilə əla qədar olaraq, hər bir din öz coğrafiyasını və mü­
nasibət lərini də genişləndirir. İnsan lar dinlə bərabər onlara xas 
olmayan mühitə yeni həyat tərzi, yeni təcrübə, yeni mə də niy­
yət gətirirlər ki, bu da yerli mədəniyyətlə təmasda müəy yən 
problemlərə gətirib çıxarır. Yerli əhali isə əsrlərlə öyrəş diyi 
mühitə yad ünsürlərin gəl məsini yaxşı qarşılamır.
Hal­hazırda dünyanın bir çox bölgələrində, hətta demok­
ratik  ins titutları  ilə,  tolerant  qanunları  ilə  dünya  ölkələrinə 
nümunə  olan Avropa  və ABŞ­da  dini  zəmində  toqquşmalar 
baş verməkdədir. Avropada yaşayan müsəlmanlar öz dini ayin­
lərinin icrası ilə, həyat tərzi ilə fəal dini həyat sürdüklərini 
avropada hicablı 
qadınlar
Dini ədavətin 
baş verməsi 
səbəblə rini 
nədə görürsü­
nüz?
LAYİHƏ


113
şvetsvigen məscidi 
– almaniya
1. Səmavi dinlərin ümumi cəhətlərinə aid cədvəl tərtib edin.
2.  Dini zəmində baş verən daha hansı münaqişələrdən faktlar gətirməklə tole­
rantlığın olmadığı yerlərdə gərgin həyat tərzinin olduğunu əsaslan dırın.
3. “Tolerantlıq – dünyanın dini simasıdır” adlı təqdimat hazırlayın.
4. Dini tolerantlığın əhəmiyyətini izah edin.
5. Dini tolerantlığın mədəni tolerantlığa təsirini müəyyənləşdirin.
6.  Dini tolerantlığın qorunmasını müəyyən etmək üçün sorğu vərəqi hazır layın. 
nümayiş etdirirlər. Onlar yaşadıqları ərazidə məscidlər tikir, 
icmalar təşkil edir, mərkəzlər yaradır, məktəblər açır, təbliğat 
aparır, televiziya və radio kanalları açır, sərbəst şəkildə dini 
geyimlərdən  isti fadə  edir  və  öz  dini  əqidələrinə  görə  halal 
qidaya üstünlük verirlər. Belə bir şəraitdə dinlərin yanaşı ya­
şaması üçün dini tolerantlıq başlıca prinsip hesab olunur.
Cəmiyyətin dini tolerantlıq nümayiş etdirə bilməsi üçün 
onun fərdləri tərəfindən qəlbən digər dinlərin varlığına inam 
və dözüm xarakteri formalaşmalıdır. Çünki əks halda ölkə nin 
sabitliyi, cəmiyyətin normal fəaliyyəti qeyri­mümkün olacaq.
LAYİHƏ


114
Əxlaq cəmiyyətə və başqa insanlara münasibətdə insanın 
vəzifələrini müəyyən edən normalar sistemi, mənəvi davra­
nış qaydalarıdır. O, cəmiyyətin xeyir və şər, ədalət və ədalət­
sizlik, borc, vicdan və s. haqqında təsəvvürlərini real həyatda 
əks etdirən ümumi qəbul edilmiş adətlərin məc musudur. Əxlaq 
həyatın  bütün  sahələrində:  işdə,  siyasətdə,  ailədə,  təhsildə, 
mədəniyyətdə insanın davranış tərzini nizam layır.
5. ƏxLAQ VƏ DAVRANIŞ NORMALARININ 
ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ
Cəmiyyətdə münasibətlər elə qurulmuşdur ki, onlar nə 
dövlət qanunları, nə də dini ehkam və tələblərlə nizam­
lanır. Məsələn, adətən, böyüklər danışarkən biz onları 
sona qədər dinləməyə məcbur oluruq, sözlərini kəsməyi 
eyib hesab edirik. Avtobusa yaşlı qadın və ya əlil daxil 
olarkən yerimizi ona verməyə çalışırıq. Sev diklərimizin 
heysiyyətinə toxunacaq hərəkətlər etmək istəmirik. Bü­
tün  bunları  etməklə  ətrafımızdakı  insanlara  əxlaqlı  və 
tərbiyəli görünmək istəyirik.
əxlaq nədir? əxlaqın həyatımızda və yaşayış tər zi­
mizdə rolu nədən ibarətdir? əxlaqın əhə miyyəti nə­
dir?
Əxlaq  elminin  yaradıcısı,  tanınmış  yunan 
filosofu, məşhur sərkərdə İsgən dərin müəl­
limi olmuş Aristotel hesab edilir. O, əxlaqla 
bağlı belə bir fikir söyləmişdir: “Əslində, əx­
laq bir elmdir”.
Aristotel əxlaq elmini “etika” adlandırırdı. 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə