Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   24   25   26   27   28   29   30   31   32

106
Bildiyiniz kimi, insanlar çox müxtəlifdirlər. Onların əmək 
fəaliyyəti, münasibətləri, yaşam tərzləri də bir­birindən fərq­
lənir. Lakin insanlar həmin fərqlərin ifadəsi olan əqidələrinə, 
maraqlarına,  inamlarına,  yaşam  tərzlərinə  görə  bir­biri  ilə 
müx təlif  qruplarda  birləşirlər.  İnsanları  bir­birinə  yaxınlaş­
dıran  ən  böyük  birlik  dindir.  Bu  mənada  din  cəmiyyətdə 
sosial birlik, həmrəylik, mənəvi əlaqə üçün vasitədir.
4. MÜxTƏLİF DİNLƏRƏ MÜNASİBƏTDƏ 
TOLeRANTLIQ
İnsanların həyata baxışları və inancları müxtəlifdir. Bu 
müx təlifliklər mədəniyyətlərdə və dini etiqadlarda öz ək­
sini  tapmışdır.  Qədim  Çin  mütəfəkkiri  Konfutsi  deyir: 
“Dünyada çox yollar var, lakin onların hamısı bir məq­
sədə doğru aparır. Yüz üsul var, lakin nəticə həmişə bir­
dir”.
Konfutsi  bu  aforizmi  söyləyərkən  nə  demək  istə­
mişdir? İnsanların seçdiyi müxtəlif yollar birinin di­
gərinin xüsu siyyətinə dözümlü yanaşmasına şə rait 
yaradırmı?  Müxtəlif  dinlərə  münasibətdə  dö zümlü 
olmağın  əhəmiyyəti  nədir?  Nə  üçün  biz  insanların 
yolları ayrı olsa da, məq sədləri eynidir?
Siz dünyada mövcud olan dinlər haqqında əvvəlki siniflərdə də məlumat al­
mısınız. Yadınıza salın, dünyada hansı dinlər mövcuddur?
“Din” sözünün mənası ərəb dilində “inam”, “eti­
mad” deməkdir. O, dilimizə İslam dininin yayıl ma­
sı ilə əlaqədar daxil olmuşdur. Din həm də xalqın 
mənəvi mədəniyyətinin bir sahəsidir. O, insan la­
rın dünyanı dərk etmək istəyindən yaranmış dün­
yagörüşü  formasıdır.  İnsanlar  dinin  vasitəsilə 
təbiət­cəmiyyət hadisələrinin baş verməsini, inki­
şafını,  bütün  dəyişiklikləri  fövqəladə  qüvvələrin 
təsiri ilə əlaqələndirir, onların fəaliyyətinin nəti cəsi 
kimi izah edirdilər.
LAYİHƏ


107
Məlumdur ki, dinlər müxtəlif cür olur. İnsan heyvan və 
bütlərə sitayişdən başlayaraq tək, vahid Allaha inama qədər 
dini təfəkkürün intibah yolunu keçmişdir. Hal­hazırda insan­
ların əksəriyyəti tək Allaha inama üstünlük verir. Ən qədim 
təkallahlı  din  e.ə.  I  minillikdə  Fələstində  meydana  gəlmiş 
iudaizm  dinidir.  Bu  dinə  yəhudilər  etiqad  edirlər.  İudaizm 
milli din hesab olunur. Milli dinlər sırasına induizmi, yapon­
ların sitayiş etdiyi sentoizmini, çinlilərin inan dığı daosizmini 
də göstərmək olar. 
Əsas dünya dinləri isə xristianlıq, islam və buddizm hesab 
edilir. Çünki bu dinlərə bir xalq deyil, millətindən, irqindən 
asılı olmayaraq, çoxlu sayda xalqlar sitayiş edir.
İudaizm,  xristianlıq,  islam  həm  də  səmavi  dinlər  hesab 
edilir. Çünki onların şərh olunduğu və əsas qayəsinin yazıl­
dığı müqəddəs kitabları var. Bu kitablardakı nəsihətlər, rəva­
yətlər  və  hökmlər  məhz  Allahın  kəlamları  olmaqla  Onun 
insanla ünsiyyət vasitəsidir.
Milli dinlərlə 
dünya dinlərinin 
fərqli cəhətləri 
hansılardır?
LAYİHƏ


108
Dini  etiqadın  mərkəzində Allah  da­
ya nır. İnsanlar Onu fərqli dillərdə adlan­
dırırlar. Lakin mahiyyət etibarilə o hamı 
üçün eyni məna kəsb edir. Çünki o, tək 
dünyanın tək və qüdrətli İlahi Varlığıdır. 
Din  insanı  öz  hisləri  vasitəsilə  Allaha 
bir ləşdi rir. İnsan ona yaxın olmaq üçün 
pis  əməllərdən  çəkinir,  əxlaqlı  olmağa 
çalışır,  mənəvi  kamilliyə  istiqamətlənir. 
Dini təcrübə insan üçün əsl kamil Allah 
sevgisinə, kamil həqiqətə yol açır, Allaha 
daha yaxın edir. Lakin Allaha yaxınlaş­
manın yolları çoxdur. Tanıdığımız bütün 
dinlər həmin yolların qollarıdır. Bəzi din­
lərin öz müqəddəs kitabları, peyğəm bər­
Bu dinlərin müqəddəs kitabları hansılardır? Yadınıza salın. 
“Din insanın təbiət qarşısında acizliyinin nümunəsi deyil, onun sirlərinin axta­
rılması cəhdidir” ifadəsini öz fikirlərinizlə, eləcə də nümunələrlə əsaslandırın.
Mütəfəkkirlər dinin insan həyatındakı roluna heç 
də  həmişə  müsbət  qiymət  verməmişlər.  Lakin 
təcrübələr  göstərir  ki,  dindən  imtina  edənlərin 
əksəriyyəti ciddi mənəvi sarsıntılar məruz qalır. 
Belə  halda  insan  dünyada  özünü  tənha  hiss 
edir, mənəvi dayağını itirir. Bu mənada, din insan 
ruhunun inama olan tələbatıdır. Bir çox alimlər 
qeyd  edirlər  ki,  elm  insanların  qarşısına  qoy­
duğu  suallara  tam  cavab  verə  bilmir,  dinin  isə 
bütün  suallara  cavabı  vardır.  Bu  mənada,  din 
insanın  təbiət  qarşısında  acizliyinin  nümunəsi 
deyil, onun sirlərinin axtarılması cəhdidir.
◄ İsa Məsihin kilsəsi
LAYİHƏ


109
Dini təbliğat de­
dikdə, nə nəzərdə 
tutulur? Buna dair 
misallar göstərin. 
Bu gün dini təbli­
ğat hansı vasitə­
lərlə həyata 
keçirilir?
ləri, bəzilərinin isə əsrlərlə formala şan adət və ənənələri, dua­
ları, ayinləri mövcuddur. 
Əslində, hər bir kəsin dinə olan münasibəti iki formada 
müəyyənləşir. Onlardan biri doğulduğu ailənin, mənsub olduğu 
xalqın  və  millətin  tarixən  sitayiş  etdiyi  dinin  qeyri­şərtsiz 
qəbul edilməsi ilə, ikincisi isə müstəqil şəkildə, şəxsiyyətin 
öz  əqidəsinə  və  mənəviyyatına  uyğun  olaraq  seçilməsi  ilə. 
Birincidə o, mənsub olduğu dini öz milli kimliyinin və adət­
ənənəsinin ayrılmaz bir hissəsi kimi qəbul edərək valideyn­
lərinin dinə olan münasibətlərinə əsasən dinə inanır. İkincidə 
isə  könüllü  şəkildə,  milli  kimliyindən  asılı  olmayaraq,  dini 
ayinlərin  tələblərini  və  vacibliyini  dərk  edir,  yaxud  da  yad 
dini təbliğatın nəticəsində qəbul edir. 
Demokratik ölkələrdə dini seçim sərbəstdir. Hər bir kə­
sin dini əqidəsini ifadə etmək və yaymaq hüququ var­
dır. İnsanlar dini etiqadında, ibadətlərində, dini ayin və 
mərasimlərin icrasında iştirak etməkdə, dini öyrən məkdə 
və təbliğ etməkdə sərbəstdirlər.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə