Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   24   25   26   27   28   29   30   31   32

124
UNESCO və ISESCO­nun xoşməramlı səfiri Mehriban Əli­
yevanın xeyirxah əməllərindən xəbərdar sınız. O, kimsəsiz lərə, 
xəstələrə  əl  tutmaqla  bərabər,  işsizləri  iş  yerləri  ilə  təmin 
edir, yaşadığı yerin tələblərini ödəməyə səy göstərir. Xalqının 
maariflənməsinə çalışır, gələcəyini düşü nür. Onu bu fəaliy yətə 
sövq  edən  qüvvənin  kökündə  daxili  mənəvi  keyfiyyətləri, 
ruhu dayanır. Çünki o öz işindən ilk növbədə mənəvi zövq 
alır, insanpərvər və milli təəssübkeş dir.
Xeyirxahlıq və mərhəmət bütün dinlərin əsas xəttidir. İn­
sanlar eyni zamanda Allah naminə xeyirxahlıq edir, mər həmət 
nümayiş etdirir, pis əməllərdən çəkinirlər. Buna görə də din 
və mərhəmət eyni məzmunlu məfhumlardır. Heç bir din insan­
ları ölümə, müharibəyə, vəhşiliyə və münaqişələrə səsləmir. 
Bu mənada islam dünyanın ən böyük dinlərindən biri kimi, ona 
sitayiş edənləri xeyir işlərə cəlb edən ən huma nist dinlərin­
dən biridir. Ramazan və Qurban bayramlarını buna misal gə­
tirə bilərik. Nəzir vermək, sədəqə paylamaq, imkansızlara əl 
tutmaq, yetimin malına toxunmamaq kimi anlayışlar bu dinin 
əsasında əxlaq prinsiplərinin də olduğunun bariz nümunəsidir.
M.Ə. Sabirin bu misrasını həyatla əlaqəli təhlil edin.
M.Əliyevanın  fəaliyyətini Azərbaycan  xalqının  milli­mənəvi  dəyərləri  ilə  əla­
qə ləndirin.
Mehriban əliyeva 
afinada xərçəng 
xəstəliyinə tutulan 
uşaqlarla
LAYİHƏ


125
Bu  gün  bəşəriyyətin  qarşısında  duran  problemlərin 
həllində insan başlıca amildir. Çünki bu problemləri yara­
dan da, onları həll etməyə çalışan da insandır. Lakin insan­
ların mütəmadi olaraq iqtisadi fəaliyyəti və rifah ardınca 
getməsi onların mənəvi cəhətdən zəifləməsinə səbəb olur. 
Daha çox sərvət toplamaq arzusu insanda mə nəvi keyfiy­
yətləri arxa plana keçirir. M.Ə.Sabirin dediyi kimi, “Mən 
salim olum, cümlə-cahan batsa da, batsın” şüarı ilə yaşa­
yanların sayı az deyil. Əks halda planetimiz bu qədər ge­
nişmiqyaslı prob lemlərlə üzləş məzdi.
Ramazan və Qurban bayramlarının mənəviyyata təsirini izah edin.
M.Ə.Sabirin bu misrasını həyatla əlaqəli təhlil edin.
Vətənə sevgi ən böyük mənəvi keyfiyyətlərdəndir. Və­
tənpərvərlik, vətən təəssübkeşliyi insanda ən ali mə nəvi 
keyfiyyətlərin məcmusudur. Bu xüsusiyyət insanda kişi­
lik, mərdlik, doğruluq, dürüstlük kimi əxlaqi keyfiy yətlərlə 
formalaşır. Vətənpərvər insan həmişə mənəviyyatı olan 
insandır. Salatın Əsgərova, Əlif Hacıyev, Çingiz Musta­
fayev, Mübariz İbrahimov kimi igidlər Azərbaycan uğ­
runda mübarizə aparmış, canlarından belə keç mişlər.
Bəşəriyyətin qarşısında duran ən başlıca məsələlər dən 
biri də insanlarda mənəvi borc anlayışının forma laş dı­
rılması, mənəvi keyfiyyətlərin tərbiyələndirilməsidir.
Salatın əsgərova
LAYİHƏ


126
Yer  kürəsinin,  onu  əhatə  edən  ətraf  mühitin,  insanların 
mərhəmətə və xeyirxah işlərə ehtiyacı vardır. Meşələrin qırıl­
ması, təbii sərvətlərin tükənməsi dünyanın müxtəlif bölgələ­
rində  susuzluq,  aclıq  və  səfalətə  gətirib  çıxarmışdır.  Təbii 
fəla kətlər,  müharibələr  minlərlə  insanın  həlak  olmasına,  öz 
ata­baba yurdlarından didərgin düşməsinə səbəb olur. Bütün 
bunlar isə onsuz da həlli çətin olan problemləri daha da artırır.
26 aprel 1986­cı il Ukraynanın paytaxtı Kiyev şəhəri ya­
xınlığında  yerləşən  Çernobıl  Atom  Elektrik  Stansiyasında 
nüvə reaktorunda güclü partlayış baş verdi. Belə bir hadisə 
insanların mənəvi dəyər lərini bəşəri dəyərlə birləşdirdi. Part­
layışdan  zərər  çəkənlərə  yardım  etmək,  dəstək  olmaq  üçün 
minlərlə  insan  buraya  köməyə  tələsdi.  Bu  cür  dəstək  azər­
bay canlılardan da gəldi. 
Sadalanan problemlərə aid faktlar göstərin. Baş vermiş problemin həllini nədə 
görürsünüz?  Mənəvi  dəyərlərdəki  yaranmış  problemlərin  bəşəriyyətin  qarşı­
laşdığı qlobal problemlərlə əlaqəsini izah edin.
Konfutsi söyləmişdir ki, pis fikirlərin olmasa, pis əməlin də olmaz. İnsan daha 
yaxşı əməllərə malik olmaqla bə şəri dəyərlərin, mənəvi əxlaqi keyfiyyətlərin 
forma laşma sına yardım etmiş olur. Bu baxımdan da bəşə riyyətin qarşısında 
duran əsas məsələlərdən biri yeni nəslin – mənəvi keyfiyyətlərlə zəngin nəs­
lin yetişdiril məsidir.
26 aprel – Çernobıl 
faciəsi günüdür. 
Çernobıl qəzası 
haqqında filmdən
LAYİHƏ


127
Henri  Dunantın  bu  işini  mənəvi  əxlaqlı  keyfiyyət  kimi  dəyər ləndirin.  Hazırda 
onun  yarat dığı  təşkilatın  dünyanın  hər  yerində  göstərdiyi  fəaliyyət  haqqında 
məlumat toplayın. Bu təşkilatın bəşəriyyət qarşısında mənəvi borcunu yerinə 
yetirməsini faktlarla əsas landırın.
Dünyada xeyirxahlıqla məşğul olan müxtəlif cəmiyyətlər 
vardır ki, bunlardan biri də Beynəlxalq Qırmızı Xaç və Qır­
mızı Aypara Hərəkatı – beynəlxalq yardım cəmiyyətidir. Bu 
cəmiyyət öz yardımını insanlardan əsirgəmir.
Keniya, afrika 
qaçqın düşərgəsi
Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi  xüsusi  xeyriyyə  təşkilatıdır,  1863­cü  ildə 
İsveçrədə yaradılmışdır. Bu xey riyyə cəmiyyətinin yaradılmasının maraqlı tarixi 
vardır. Solferino kəndində Fransa imperatoru III Napoleonun ordusu ilə avstri­
yalılar ara sında qanlı döyüş gedirdi. Döyüşdə avstriyalılar məğ lub olur. Minlərlə 
yaralı əsgər döyüş meydanında can verirdi. “Yaralılara yardım edilsin” müra­
ciətlərinə  cavab  gəlməmişdi.  İsveçrəli  Henri  Dunant  (Anri  Dünan)  təsadüfən 
bu hadisənin şahidi olur. Dəh şətə gəlmiş Henri qərara gəlir ki, könüllü insan­
larla birlikdə hər iki düşər gənin yaralılarına kömək etsin. Onun bu döyüşdəki 
hər iki cəbhənin yaralı əsgər lərinə köməyi tarixdə öz izini qoyur. Henri müha­
ribə qurbanlarına yardım etmək üçün bir təşkilat yaradır. Təş kilatın emblemi 
İsveçrə bayrağının tərsi olan ağ fonda qır mızı xaç seçilir. Onun yaratdığı xey­
riyyə cəmiyyəti öz ətrafına bir çox dövlətləri toplaya bilir. Hazırda bu cəmiyyət 
bütün ölkələrdə həmrəylik və yardım aksiyaları ilə bütün xalqlar üçün bərabər 
şəkildə sülhü dəs təkləyir.
Henri Dunant
LAYİHƏ


128
1. Mənəvi borc anlayışını izah edin.
2. Mənəviyyatın formalaşmasında dinlərin rolunu əsaslandırın.
3. Bəşəriyyət qarşısında mənəvi borcumuz nədən ibarətdir? Sadalayın.
4.  Mənəviyyata aid gözəl kəlamlar söyləmiş dahilərin fikirlərindən ibarət təqdi­
mat hazırlayın.
5.  “Ulu öndər H.Əliyev bəşəriyyət qarşısında mənəvi borcunu reallaşdıran şəx­
siyyətlərdəndir” adlı esse yazın.
6.  Müxtəlif  xeyriyyə  cəmiyyətlərinin  fəaliyyətinə  aid  araşdırma  aparıb  onların 
fəaliyyətinə aid buklet hazırlayın.
7.  Bəşəriyyət qarşısında hansı mənəvi borcumuz var? Bu mənəvi borcların kö­
nüllülük prinsipi ilə davamlı şəkildə həyata keçməsi üçün hansı təklifləri irəli 
sürərdiniz? 
Hazırda Afrikada aclıq və susuzluqdan əziyyət çəkən in­
sanlara dünyanın hər yerindən yardımlar olunur. Bu cür yar­
dımların edilməsi bəşəriyyətin mənəvi dəyərlərinin nümunə­
sidir.
Təbiətin qorunması, insanlara yardım, tolerant yanaşma, 
sülh  və  əmin­amanlıq  içində  yaşamaq  bəşəriyyətin  mənəvi 
haqqıdır.  Hazırda  baş  qaldırmış  qlobal  ekoloji  problemlər, 
müharibələr və onların fəsadlarının aradan qaldırılması naminə 
görülən hər bir iş mənəvi dəyərlərdən qaynaqlanır.
LAYİHƏ


129
Təbiət insanların şüurundan, iradəsindən, istək və arzu la­
rından  asılı  olmayaraq  mövcuddur.  Hələ  insanlar  yox  ikən 
təbiət mövcud olmuşdur. Bu cəhəti ona görə xüsusi qeyd et­
mək lazım gəlir ki, bunun əksini iddia edən fəlsəfi cərəyan­
lar da mövcuddur.
Təbiət  anlayışı  tarix  boyu  təkamülə,  ciddi  dəyişikliklərə 
məruz qalmışdır. Müxtəlif dövrlərdə bu anlayışa bir­birindən 
əsaslı surətdə fərqlənən məzmunlar verilmiş, bu haqda müx­
təlif fikirlər irəli sürülmüşdür. 
Dünyanın  dərk  olunması  ilə  bağlı  ən  qədim  düşüncələr 
mifologiyadır. Mifologiyanın əsasını fantastik varlıqlar haq­
qındakı  müхtəlif  miflər,  əsatirlər  təşkil  edir.  Mifl ərlə  bağlı 
fərziyyələrdə təbiət hadisələri və cansız pred metlər canlı var­
lıqlar şəklində təsvir olunurdu.
Dünyagörüşünün digər tarixi forması dindir. Din dünyanın 
mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məq­
sədi, insanın dünyada yeri, хeyir, şər haqqında və digər eh­
kamlarını Allahın  kəlamları  kimi  təqdim  edir.  Dini  şüurun 
mövcudluq  üsulu  dünyanın  fövqəltəbii  başlanğıcına  dərin 
inamı ifadə edən etiqad hissidir.
7. DÜNYANIN DƏRk OLUNMASI
Yəqin,  sizi  maraqlandıran  məsələlərdən  biri  də  dünya­
nın necə, nə vaxt yaranması və kim tərəfindən yaradıl­
ması kimi suallar olub. Ta qədimdən insanlar bu barədə 
düşünüb, suallarına cavab axtarmağa çalışıblar.
Tarix və ədəbiyyat dərslərindən sizə məlum olan rəvayət və mifləri sada la­
yın. Onları birləşdirən ortaq cəhətləri müəyyən edin.
Qədim yunanlar müxtəlif nəzəriyyələrin yaradıcılarını “müdriklik aşiqləri”, “hik­
mətsevərlər”, onların bu yeni məşğuliyyətini isə “hikmətə sevgi” (fəlsəfə) ad­
landırırdılar.
LAYİHƏ


130
Dünyanın  dərk  olunması  haqqında  müxtəlif  söylənmiş 
fərziyyələrdən  biri  də  Çin  filosofu  Konfutsiyə  məxsusdur. 
Konfutsiçiliyə görə, baş tanrı Göydür. Ölkənin Göy ilə qar-
şılıqlı münasibətlərində imperator – Göy oğlu xüsusi yer tutur. 
O, ölkəni Göyün adından idarə edir.
Dahi filosof Konfutsinin davamçılarından olan Men­Tszı 
belə bir nəzəriyyə irəli sürürdü ki, insanın həyatı ilahi ira dəyə 
tabedir, bilik isə insanda anadangəlmədir. İnsan anadan olanda 
bilik ilahi, “hüdudsuz ruh” tərəfindən ona verilir. İnsan bu bi­
liklərin köməyi ilə həyatın bütün suallarına cavab verməli dir. 
O, insanları bütün uğursuzluqların və bədbəхtlik lərin səbə bini 
müəyyənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.
Digər nümayəndə Syun­Tszının fikrincə, insan taleyi ila­
hidən deyil, onun özündən asılıdır. Bundan əlavə, insan aləmi 
dərk etmək və ondan öz хeyrinə istifadə etmək qabiliyyətinə 
malikdir. Cəmiyyət isə idarə edənlərdən və idarə olunanlar dan 
təşkil olunmalı, cəmiyyət üzvlərinin bir hissəsi fiziki, digər 
hissəsi zehni əməklə məşğul olmalıdır. Göründüyü kimi, Kon­
futsi fəlsəfəsi iki istiqamətdə: idealizm və materia lizm istiqa­
mətlərində inkişaf etmişdir.
Konfutsi davamçılarının nəzəriyyələrini müqayisəli təhlil edin. Onların müx­
təlif nəzəriyyələr irəli sürməsinə səbəb nədir?
Materialistlər eynilə Qədim Misirdəki fironlar, rahiblər 
və  digər  zümrələr  kimi  maddənin  əzəli  və  əbədi 
oldu ğuna,  sonsuzluğuna,  yaradılmadığına  və  canlı­
la rın təsadüflər nəticəsində cansız maddədən törədi­
yinə inanırlar. Materialist fəlsəfədə belə deyilir: Bütün 
fəza,  atmosfer,  ulduzlar,  təbiət,  canlı  və  cansız  nə 
varsa, hamısı atomlardan əmələ gəlib. İnsan da tə­
biətdəki  müxtəlif  atomların  cəmindən  başqa  bir  şey 
deyil. Can lıların həyatı atomlar arasında elektrik cərə­
yanının müəyyən tarazlığı nəticəsində mümkün olur. 
Bu  taraz lıq  pozulanda  ölüb  torpağa  dönür,  yenidən 
atomlara parçalanırıq.
Men­Tsz
LAYİHƏ


131
Milet  məktəbinin  banisi  Fales  bütün  varlı ğın  əsasını  su 
hesab  edirdi.  Falesə  görə,  suda  inkişaf  imkan ları  vardır  və 
dünyadakı bütün predmetlər suyun qatılaşması və parçalan ması 
nəti cəsində meydana gəlir. Atomistlər isə aləmin atom lardan 
yaranması mövqeyindən çıxış edirdi lər. Demokrit atomların 
bölünməz, müxtəlif uzun luğa, formaya malik oldu ğunu təs­
diqləyirdi. 
Azərbaycanda dini mistik fəlsəfi fikirlər e.ə. I minillikdə 
Zərdüştlük fəlsəfəsində ifadəsini tapmışdı. Zərdüşt tərəfin dən 
yazılması  ehtimal  edilən  kitab  “Avesta”dır.  Zərdüştlük  ali 
Allah Ahuraməzdaya tapınan ilk monoteist dini təlim olsa da, 
iki əzəli başlanğıc xeyir və şər dualizmi ilə müşayiət olun­
muşdur. 
Orta əsrlərdə təbiət və dünya haqqında müxtəlif baxışlar 
sistemi  formalaşmışdır.  Bu  dövrdə  hökmran  olan  dini  dün­
yagörüşü  təbiət  haqqındakı  təsəvvürlərə  də  ciddi  təsir  gös­
tərmişdir.  Hər  şeyin  Allah  tərəfindən  yaradılması  və  idarə 
olunması  fikirləri  həm  xristianlıqda,  həm  də  İslam  dinində 
öz əksini tapmışdır.
Zərdüşt dininin ideyasını əks etdirən xeyir və şər anlayışını şərh edin.
İslam və xristianlıq dinindən başqa daha hansı dində hər şeyin Allah tərə fin­
dən yaradılması öz əksini tapmışdır? Hər şeyin Allah tərəfindən yaradıl ması 
nəzəriyyəsini dünyanın atomlardan ibarət olması nəzəriyyəsi ilə müqayisə edin.
Fales
İbn Sina (980–1037) “Tibb qanunu”, “Danışnamə” və s. 
əsərləri yazmasına baxmayaraq, onun fikrincə, “Allahın 
iradəsi bilikdən qaynaqlanır. Vacib varlığın iradəsi həqi­
qətin dərkidir”.
LAYİHƏ


132
Orta  əsrlərdə  təbiət  haqqındakı  təsəvvürləri  səciyyə lən­
dirən  cəhətlərdən  biri  də  bu  idi  ki,  bu rada  qədim  dövrün 
fəlsəfəsindən gələn vahidlik, yara dılmazlıq və yox olmazlıq 
kimi ideyalar tə biətə deyil, onun yaradılmasına aid edilirdi. 
Qədim yunan fəlsəfəsində dünyanın dörd ünsürdən: su, od, 
tor paq və havadan yaranması ideyası dahi Nizami Gəncəviyə 
qədər gəlib çıxmışdır. Nizami qədim yunan filosoflardan fərqli 
olaraq, dünyanın əsasında duran dörd ünsürün Allah tərəfin­
dən yaradıldığını göstərirdi.
Bununla yanaşı, ateist fikirli, yəni Allahın varlığını qəbul 
etməyən şəxslər də olmuşdur ki, onlar dinləri və onların mü­
qəd dəs kitablarını qəbul etməmişdilər. 
Dahi  mütəxəssislərin  bir  çoxu  təbiəti  əsas  götürmüş  və 
insanın iradəsinin gücünə inanmışlar. Lakin buna baxma yaraq 
bu dahilərdən olan nə E.Miyanəçi, nə İ.Nəsimi, nə F.Nəimi, 
nə də C.Bruno ateist olmamış, Allahın varlığını inkar etmə­
mişlər. Onlar Panteist naturfəlsəfə mövqeyindən çıxış edərək 
belə hesab edirdilər ki, Allah təbiətdən kənarda, onun fövqündə 
deyil, onun içərisindədir, orada mövcud olan sonsuz cisim və 
proseslərin özlərindədir. Onlar qeyd edirdi ki, insan təbiəti, 
oradakı cisimləri, proses və hadisələri dərk etməklə, həm də 
onların daxilindəki Allahı dərk etmiş olur.
Əbu  Reyhan  əl  Biruniyə  (973–1048)  görə  materiya  və 
təbiəti Allah yaradıb. O, Yerin Günəş ətrafında dövr etdiyini 
qeyd edir. Aləmin yaranma sında ilk element kimi suyu, sonra 
digərlərini qiymətləndirir. Atom maddi hissəciklərdir və Allah 
yaradıb.
Şərq alimi İbn Rüşd Allahı ilk əql kimi qəbul edir. O dü şü­
nür ki, Allah insan və təbiətdən kənar dır, dərk edilmir. 
ХIV əsrdə meydana çıхmış hürufilik fəlsəfi dini hərəkat 
idi. Onun banisi Nəimidir (1339–1394). Hürufiliyə görə, insan 
öz varlığında olan ilahi nuru dərk etmək üçün əqli­mənəvi tə­
kamül keçməli, qəlbini daim saflaşdırmaq qay ğısına qal ma­
lıdır. Onların fikrincə, insan müqəddəsdir, kamil insan Tanrı 
səviyyəsinə qədər yüksələ bilər. Nəimi məhz belə dü şüncəyə 
sahib olduğuna görə zəmanəsinin ən kamil insanı hesab edilib. 
O, ictimai haqsızlığa, şər, zülmə son qoya bil mək iqtidarında 
deyildi. Söz, kəlam və hərf hürufilikdə хüsusi məna daşıyır. 
Allahın  ilk  əmri  sözlərdə  təcəssümünü  tapıb.  Kamil  insan 
Bu dahilərin Allahı 
inkar etməməsinin 
səbəbini nədə 
görürsünüz?
Nizami Gəncəvi
LAYİHƏ


133
üzündə  isə  ilk  yaradıcıya  məхsus  cizgilər  vardır.  Hürufilik 
işarələri və bu işarələrin daşıyıcısı olan insanı ila hiləşdirir.
Orta əsrlərdə deyilirdi ki, müqəddəs yazılar Allahın kə­
lamlarıdır; Allah özü və yaratdıqları haqqında əsl həqiqətləri 
vəhylər  şəklində  peyğəmbərlər  vasitəsilə  insanlara  bəyan 
edir.  Belə insanları  teist adlandırmışlar.
Bütün bu nəzəriyyələrə Polşa alimi Nikolay Kopernikin 
kəşf  etdiyi  Heliosentrik  sistem  təbiət  haqqındakı  elmlərdə, 
təbiətə olan baxışlarda böyük bir çev riliş yaratdı və dini dün­
yagörüşə sarsıdıcı zərbə endirdi.  
Dünyanın  dərk  olunması  dini  və  elmi  əsaslarla  sübuta 
yeti rilməyə çalışılsa da, hələ də bu nəzəriyyələrdə müxtəlif 
ziddiyyətlər qalmaqdadır. Bəşər cəmiyyəti inkişaf etdikcə bu 
barədə  mülahizələrin  davam  etməsi  labüddür.  Bu  cür  ya­
naşma və nəzəriyyələrlə fəlsəfə elmi məşğul olmaqdadır. 
Hürufilik  təlimi  haqqında  tarixdən  bildiklərinizi  xatırlayın.  Bu  təlimin  yaran­
ması zəruriliyini dövr baxımından şərh edin.
1.  Materialist  dünyagörüşü  haqqında  fərziyyələrə  əsasən  materiallar  toplayıb 
təqdim edin.
2. Materializmi idealizmlə müqayisə edin.
3.  Ateist dünyagörüşünün materialist dünyagörüşündən fərqli cəhətləri nədir? 
İzah edin.
4.  Nikolay Kopernikin kəşf etdiyi Heliosentrik nəzəriyyə nə üçün dini görüşə zər­
bə vurdu?
5. Dünyanın dərk olunması və ya dünyagörüş arasındakı əlaqəni şərh edin.
6.  Nizami Gəncəvinin “İsgəndərnamə” poemasını oxuyun. Dünyanın dörd ünsür­
dən təşkil olması haqqındakı fikirlərini təhlil edin.
Nikolay Kopernik
LAYİHƏ


134
ƏLAVƏLƏR
xəzər dənizinin çirklənmə rayonları
     Sənaye tullantıları ilə çirklənmiş sahələr
 Aqrokimyəvi tullantılarla çirklənmiş sahələr
  Qarışıq tipli çirklənmə sahələri
  Rekreasion tipli çirklənmə sahələri
  Dampinqlər (texniki tullantıların basdırılmış 
yerləri)
LAYİHƏ


135
xəzər dənizinin ekoloji vəziyyəti
SUYUN ÇİRKLƏNMƏ DƏRƏCƏSİ
 Şərti təmiz
 Mülayim çirklənmiş
 Çirklənmiş
 Yüksək dərəcədə çirklənmiş
DƏNİZ EKOSİSTEMİNİN VƏZİYYƏTİ
  Ekoloji vəziyyət pozulmayıb
  Mübahisəli, ekoloji vəziyyət zəif pozulub
  Böhranlı, ekoloji vəziyyət pozulub

Dəniz kompleks monitorinq məntəqələri
LAYİHƏ


ДЯРСËÈК
Мцяллиôляр:
Мяммядова Нцшабя Ясяд гызы
Мащмудова Кюнцл Фаиг гызы
Бящрямова Севил Шивяхан гызы
“Шярг-Гярб“ ASC-nin мятбяясиндя ÷ап олунмушдур.
АЗ1123, Бакы, Ашыг Ялясэяр кц÷яси, 17
Тел.: (+99412) 374 83 43
        (+99412) 374 73 84
Бурахылыша мясул:
Дизайнер:
Сящиôяляйиъи:
Корректор:
Техники редактор:
Баш редактор:
Техники директор:
Няшриййат департаментинин директору:
Севил Èсмайылова
Нурлан Нящмятов
Йеэаня Рцстямова
Нцбар Гарайева
Эцлтякин Ъяôярова
Самиря Бекташи
Аллащверди Кяримов
Кямаля Гарайева
www.eastwest.az
www.fb.com/eastwest.az
info@eastwest.az
Формат: 70х100 1/16. Оôсет ÷апы. Физики ÷ап вяряги 8,5.
Сиôариш 15292. Тираж
LAYİHƏ

Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə