Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

68
Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Mü­
şavirəsinin 1 avqust 1975­ci il tarixli Yekun aktında isə on 
prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə daha 
üçü əlavə olunmuşdur:
1. Sərhədlərin toxunulmazlığı;
2. Dövlətlərin ərazi bütövlüyü;
3. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi.
Qəbul  edilmiş  Helsinki Yekun  aktı,  əslində,  beynəlxalq 
müqavilə deyildir və regional xarakterli bir sənəddir. Lakin 
onun təsbit etdiyi prinsiplər, o cümlədən bu üç prinsip artıq 
ümumi beynəlxalq hüqu qu n bir hissəsi idi və bütün dövlətlər 
tərəfindən tanınmışdı. Beləliklə, Helsinki Yekun aktı müasir 
beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  on  əsas  prin­
sipini bəyan etmişdir.
Qəbul edilmiş Helsinki Yekun aktı dövlətlərin üzərinə baş­
lıca öhdəliklər qoyurdu. Öhdəliklərə əsasən, dövlətlər insan 
hüquqlarına hörmət et məli və buna beynəlxalq səviy yədə dəs­
tək verməli idilər. 
Hələ 1965­ci ildə BMT Baş Məclisinin qəbul etdiyi “İrqi 
ayrı­seçkiliyin  bütün  formalarının  ləğvi  haqqında  Beynəl­
xalq  Konvensiya”da  irqi  ayrı­seçkiliyi  pisləmişdir.  Burada 
Helsinki şəhəri 
(Finlandiya)
LAYİHƏ


69
irqi ayrı­seçkiliyə və ya onun saxlanmasına səbəb olan siya­
səti dəyişmək tövsiyə olunmuşdur.
Beynəlxalq  birliklərin  qəbul  etdiyi  sənədlərdən  biri  də 
1966­cı ildə qəbul edilmiş “İqtisadi, sosial və mədəni hü quq­
lar haqqında Beynəlxalq Pakt”dır. Bu Pakt ədalətli və əlverişli 
əmək hüququnu, yaratmaq hüqu qunu, sosial təmi nat, ailə nin 
müdafiəsi, səhiyyə, təhsil və s. ilə əla qədar hüquq ları elan və 
təsbit edir.
“İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın əhəmiy­
yə tini  müəyyənləşdirin  və  ölkəmizdə  bu  sahədə  görülən  işlərə  dair  faktlar 
göstərin.
LAYİHƏ


70
Digər – “Siyasi hüquqlar və vətəndaş 
hüquqları  haqqında  Bey nəlxalq  Pakt”  isə 
yaşamaq, şəxsi toxunulmazlıq, sərbəst top­
laşmaq hü ququnun, söz, vicdan və din azad­
lığının  qanunla  qorunduğunu  bəyan  edir. 
Pakta görə, heç kəs həyatdan özbaşına məh­
rum  edilə  bilməz,  işgən cəyə  və  kölə liyə 
məruz qala bilməz, məcburi, yaxud icbari 
əməyə cəlb edilə bilməz.
Hazırda  dünya  dövlətlərinin  bir  çoxu 
bu paktların iştirakçısıdır. Azər baycan Res­
publikası da qəbul edilmiş insan hüquqla­
rını dəstəkləyir və bu sahədə tədbirlər görür. 
Müstəqillik  qazandıqdan  sonra  Azərbay­
can  Respublikası  Beynəl xalq  normalara 
uyğun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu 
əsas götürmüş və özünün inkişaf yolunu seç mişdir. Azərbay­
can Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş 
Konstitusiyasında insan və vətəndaş hüquq larının və azad lıq­
LAYİHƏ


71
larının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bə yan 
edilmişdir.
Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilin­
dən,  cinsindən,  mənşəyindən,  əqidəsindən,  siyasi  və  sosial 
mənsubiyyətindən və s. hallardan asılı olmayaraq, hər bir in­
sanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra 
və məhkəmə orqanları qarşısında vəzifə kimi qoyul muşdur. 
Hər  bir  şəxsin  həyatında  və  cəmiyyətdə  insan  hüquq­
larının  reallığa  çevrilməsi  amalı  ilə  yaşayan  Azərbaycan 
Respublikası  insan  hüquqları  sahəsində  20­dək  beynəlxalq 
konvensiya və sazişlərə qoşulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər 
Əliyev  1998­ci  ildə  “İnsan  və  vətəndaş  hüquqlarının  və 
azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında” 
fərman  verdi.  Bu  fərman  BMT­nin  insan  hüquqlarına  dair 
1948­ci  il  10  dekabr  tarixli  ümumi  bəyannaməsinin  qəbul 
edilməsinin  50  illiyi  ilə  əlaqədar  idi.  Orada  göstərilirdi  ki, 
qanun  layihələrinin  hazırlanması  və  qanunların  qəbul  edil­
məsi zamanı Azərbaycan Respublikasının Konstitusiya sında 
əks  etdirilmiş  insan  hüquq  və  azadlıqları  əsas  meyar  kimi 
rəhbər  tutulsun.  Həmçinin  Milli  Məclisin  nümayən dələri 
ATƏT­in və Avropa Şurasının Parlament Assamble ya larının, 
Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirak­
çısı olan dövlətlərin Parlamentlərarası Assambleyası nın, Qara 
Dəniz İqtisadi Birliyi Parlament Assambleyasının, Parlament­
lərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq 
komitələrinin işində və tədbirlərində fəal iştirak etsinlər. İnsan 
hüquq  və  azadlıqlarının  müdafiəsi  sahəsində  Azərbaycan 
Respublikasının dövlət siyasətini təbliğ etsinlər. Ermənistan­
Azərbaycan münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün 
Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarına aid mad­
dələri  müəyyənləşdirin.  Bu  maddələrdə  əks  olunan  məsələləri  beynəlxalq 
sənədlərlə müqayisəli şəkildə müzakirə edin.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq saziş və konvensiyala­
rın ölkəmiz üçün əhəmiyyətini izah edin.
LAYİHƏ


72
düşmüş şəxslərin hüquqlarının bərpası üçün aparılan işi güc­
ləndirsinlər.
Fərmanda həmçinin aşağıdakılar öz əksini tapmışdır:
●  İnsan hüquqları sahəsində Azərbaycan Respublika­
sı nın  tərəfdar  çıxdığı  beynəlxalq  sazişlərin  tam  və 
səmərəli həyata keçirilməsi üçün müvafiq təşkilati və 
digər tədbirlərin görülməsini təmin etsinlər;
●  Avropa  Komissiyası,  Avropa  Şurası,  ATƏT­in  insan 
hüquqlarına dair demokratik təsisatlar bürosu, Bey­
nəlxalq Amnistiya, İnsan hüquqlarını müşahidə edən 
Helsinki Təşkilatı, habelə insan hüquqları sahəsində 
fəaliyyət göstərən müvafiq qurumlar və digər beynəl­
xalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf etdi­
rilməsi sahəsində tədbirlər həyata keçirsinlər;
Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri­
dövlət hüquqi müdafiə təşkilatları ilə qarşılıqlı əlaqə lə­
rin yaradılmasını və inkişaf etdirilməsini təmin etsinlər.
Ermənistanın işğalı 
nəticəsində doğma 
torpaqlarını tərk 
etmiş məcburi 
köçkünlər
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə