Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил


Maddə 32. şəxsi toxunulmazlıq hüququ



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

59
Maddə 32. şəxsi toxunulmazlıq hüququ 
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 
II.  Hər  kəsin  şəxsi  və  ailə  həyatının  sirrini  saxlamaq  hüququ  vardır.  Qanunla  nə­
zərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər 
kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, 
saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş 
hal lar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlə­
nilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz 
qoyula bilməz.
IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri 
ilə  ötürülən  məlumatın  sirrini  saxlamaq  hüququna  dövlət  təminat  verir.  Bu  hüquq 
qanunla  nəzərdə  tutulmuş  qaydada  cinayətin  qarşısını  almaqdan  və  ya  cinayət 
işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 
V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplan­
mış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə 
uyğun  olmayan,  tam  olmayan,  habelə  qanunun  tələbləri  pozulmaqla  əldə  edilmiş 
məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ 
vardır. (2) 
Maddə 33. Mənzil toxunulmazlığı hüququ 
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mən­
zildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 
Maddə 34. Nikah hüququ 
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. 
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. 
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla müha­
fizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. 
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə 
etmək valideynlərin həm hüququ, həm də borcudur. 
V.  Valideynlərə  hörmət  etmək,  onların  qayğısına  qalmaq  uşaqların  borcudur. 
18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini 
saxlamağa borcludurlar. 
Maddə 35. əmək hüququ 
I. Əmək fərdi və ictimai rifahın əsasıdır. 
II.  Hər  kəsin  əməyə  olan  qabiliyyəti  əsasında  sərbəst  surətdə  özünə  fəaliyyət 
növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 
III. Heç kəs zorla işlədilə bilməz. 
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa 
məcbur edilə bilməz. 
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məc­
buri əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə 
yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətən­
daşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. 
LAYİHƏ


60
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı­seçkilik qoyul­
madan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından 
az olmayan haqq almaq hüququ vardır. 
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. 
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 
Maddə 36. Tətil hüququ 
I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. 
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nə­
zərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı 
Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki 
şəxslər tətil edə bilməzlər. 
III.  Fərdi  və  kollektiv  əmək  mübahisələri  qanunla  müəyyənləşdirilmiş  qaydada 
həll edilir. 
Maddə 37. İstirahət hüququ 
I. Hər kəsin istirahət hüququ vardır. 
II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saat­
dan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim 
günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 
Maddə 38. Sosial təminat hüququ 
I. Hər kəsin sosial təminat hüququ vardır.
II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin bor cudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilli yinə, 
ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə 
tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 
IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın 
başqa növlərinin inkişafı üçün imkanlar yaradır. 
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ 
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 
II.  Hər  kəsin  ətraf  mühitin  əsl  vəziyyəti  haqqında  məlumat  toplamaq  və  ekoloji 
hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini 
almaq hüququ vardır. 
III.  Heç  kəs  ətraf  mühitə,  təbii  ehtiyatlara  qanunla  müəyyən  edilmiş  hədlərdən 
artıq təhlükə törədə və ya zərər vura bilməz. 
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların  
qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. (2) 
Maddə 40. Mədəniyyət hüququ 
I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni 
sərvətlərdən istifadə etmək hüququ vardır. 
II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı gös tər­
məli, tarix və mədəniyyət abidələrini qorumalıdır. 
Maddə 41. Sağlamlığın qorunması hüququ 
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə