Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

45
çatdıqda  dövlətin  idarə  olunmasında  yaxından  iştirak  edə 
bilər. Buna görə də insanların bərabər hüquqlara malik olması, 
siyasi idarəolunmada bərabər imkanlarla çıxış etməsi, nüma­
yəndələrin  xalq  tərəfindən  seçilməsi  hakimiy yətin  əsasıdır. 
Məhz bu səbəbdən dövlət insan hüquqlarını və vətəndaş azad­
lıqlarını müdafiə edir və onlara təminat verir.
İnsan hüquqlarının aliliyi öz əksini Azərbaycan Res pub­
likasının Konstitusiyasında tapmışdır. Demokratik cəmiy yət­
lərdə isə hər bir vətəndaşın öz mövqeyi vardır. Onların real­
laşması çoxluq prinsipinə əsaslanır. Ancaq dövlət öz qanunları 
ilə azlıqlara demokratik institutlar vasitəsilə öz iradəsini ifadə 
Azərbaycan Respublikasının Kostitusiyası
Maddə 56. Seçki hüququ
I.  Azərbaycan Respublikası vətəndaşlarının dövlət or­
qanlarına seçmək və seçilmək, habelə referen dumda 
iştirak etmək hüququ vardır.
azərbaycan 
Respublikası
ali Məhkəməsi
LAYİHƏ


46
etmək  hüququnu  verir.  Bu  mənada,  vətəndaş  cəmiy yətində 
müxtəlif fikirlər, baxışlar, ideyalar, rəylər əsasında formala­
şan plüralizm* əsas prinsiplərdən biridir. 
Demokratik cəmiyyətlərdə azlıq və çoxluq arasında mü va­
zinətin saxlanılması, hətta bərabərləşdirilməsi vacib amil lər dən 
biridir. Belə bir cəmiyyətdə bütün vətəndaşların bəra bərliyə 
inamı  daha  möhkəm  olur.  İdeyaların,  mövqelərin,  fəaliyyət 
azadlığının, azad rəqa bətin əsas götürülməsi demokratik cə­
miyyətdə əsas götürülür.
Hal­hazırda vətəndaş nəzarətinin reallaşması yalnız və tən­
daş  cəmiyyətinin  mövcud  olduğu  dövlətlərdə  mümkün dür. 
Sizcə, nə üçün demokratik cəmiyyətlərdə azlıq və çoxluq arasında müvazi­
nətin saxlanılması vacib amillərdən biri hesab olunur? Fikrinizi əsaslandırın.
Plüralizm –
bir məsələ barədə 
müxtəlif rəylərin 
olması: çoxfikirlilik.
LAYİHƏ


47
Çünki bu cür cəmiyyətdə dövlətlə cəmiyyət arasında prin sipial 
fərqlər görünmür. Cəmiyyətin fəaliyyəti dövlət struk turları və 
mexanizmləri ilə bütövlükdə üst­üstə düşməsə də, “şəxsiyyət 
və dövlət” münasibətlərində “şəxsiyyətin” önə çəkilməsi kimi 
ümumi maraqların həyata keçirilməsi məqsədləri ilə üst­üstə 
düşür. 
Vətəndaş cəmiyyətində tələb olunan demokratik prinsip­
lərdən biri də azad iqtisadi mühitin yaradılmasıdır. Belə bir 
cəmiyyətdə vətəndaşlar öz şəxsi rifahları naminə, dövlət ver­
gilərinin ödənilməsi şərtilə, sərbəst, müstəqil şəkildə iqtisadi 
fəaliyyətlə məşğul ola, mülkiyyət və gəlirlərindən sərbəst şə­
kildə istifadə edə bilərlər.
Vətəndaş cəmiyyətində vətəndaşlar çoxsaylı müstəqil təş­
kilatlar vasitəsilə kollektiv şəkildə problemlərini həll edir, öz 
fikirlərini söyləyirlər. Belə təşkilatlar vətəndaşlarla dövlət ara­
sında əlaqə yaradır və döv lətin şəxsiyyət üzərində hökmran­
lığına mane olur. 
Cəmiyyətdə vergilər ödənilməzsə, hansı çətinliklər yaranar? Fikrinizi əsas­
lan dırın.
LAYİHƏ


48
Vətəndaş cəmiyyəti aşağıdakı prinsiplərə əsaslanır:
1.  İqtisadi azadlıq, bazar münasibətlərinin bərqərar ol-
ması, mülkiyyətin müxtəlif formalarının mövcudluğu.
2.  İnsan hüquqlarının və vətəndaş azadlıqlarının mü-
dafiəsi və təmin olunması.
3.  Qanunun aliliyi və bütün vətəndaşların qanun qar-
şısında bərabərliyi.
4.  Demokratik  və  legitim  hakimiyyətin  mövcudluğu, 
hakimiyyətin bölünməsi prinsipi. 
5.  Demokratik, sosial, sivil institutların mövcud olduğu 
dövlətin formalaşması. 
6. Siyasi, ideoloji və mədəni plüralizm.
7.  Fikir və söz azadlığının mövcudluğu, müstəqil küt ləvi 
informasiya vasitələri, mətbuatın sərbəst fəaliyyəti. 
8.  Dövlətin insanların şəxsi və ictimai həyatına müda-
xilə etməməsi, vətəndaşla dövlət arasında qarşılıqlı 
vəzifələrin, məsuliyyət və öhdəliklərin olması. 
9.  Milli barışıq, kompromis, qarşılıqlı əməkdaşlıq. 
10.  Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli 
sosial siyasət.
Vətəndaş cəmiyyətinin əsas prinsiplərini bir­biri ilə əlaqələndirin. Onları bir­
birinə bağlayan amilləri göstərin.
LAYİHƏ


49
Beləliklə, vətəndaş cəmiyyəti ilə demokratik dəyərlər bir­
biri ilə eynilik təşkil edir, hətta demokratik cəmiyyətin özünü 
müəyyənləşdirir. O, bir tərəfdən sosial­iqtisadi, mə nəvi, digər 
bir  tərəfdən  isə  həyatın  siyasi  tərəfl ərini  özündə  birləşdirir. 
Üzvlərinin özfəaliyyəti, birliklərin müxtəlifliyi baxımından və­
təndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, bir o qədər 
hüquqi dövlətin demokratik yolla irəliləyişi təmin edilmiş olar. 
Başqa sözlə, siyasi quruluş nə qədər demokratiyaya me yilli 
olarsa, bir o qədər də vətəndaş cəmiyyətinin inkişafı təmin edil­
miş olar.
1.  Demokratik prinsiplərlə vətəndaş cəmiyyətinə xas olan prinsipləri müqayisə 
edin. Oxşar və fərqli tərəflərini müəyyənləşdirin.
2.  “Vətəndaş cəmiyyəti müasirliyin daha mütərəqqi idarəetmə üsulu hesab olu­
nur” fikrinin doğru olduğunu əsaslandırın.
3.  Vətəndaş cəmiyyətinin formalaşması ilə bərabər dövlətin cəmiyyət üzərində 
nəzarətinin azalacağı ehtimalını dəyərləndirin.  
4.  Azərbaycan Respublikasının Konstitusiyasından insan azadlığını təsdiq edən 
maddələri seçib ayırın. Seçdiyiniz maddələrin ölkəmizdə reallaşdırıldığını sübut 
edin.
5.  Yunan demokratiyasını müasir dünya demokratiyası ilə müqayisəli şəkildə təh­
lil edin. Onların oxşar və fərqli xüsusiyyətlərini göstərin.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə