Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   2   3   4   5   6   7   8   9   10   ...   32

II TƏDRİS VAHİDİ
 
Cəmiyyət və onun rifahı

İnsan sosial proseslərdə

Vətəndaş cəmiyyəti

Vətəndaş cəmiyyətində demokratik prinsiplər

İnsan hüquqları

Hüququmuz beynəlxalq səviyyədə qorunur

İqtisadi səmərəlilik
LAYİHƏ


30
Məlumdur ki, hər bir fərdin tələbatı və mənafeyi vardır. 
Onları ödəmək üçün insanlar bir­biri ilə əlaqəyə girir, sosial 
təcrübəyə yiyələnir, müxtəlif qruplara daxil olur, başqalarını 
öyrənir və öz kimliyini müəyyənləşdirirlər. Bu zaman insan 
təkcə özünü deyil, başqalarını da dəyişdirə bilir. Fərdin sosial 
proseslərdə rolu onun sosial statusunu (insanın cəmiyyətdəki 
mövqeyi) müəyyənləşdirir.
1. İNSAN SOSİAL PROSeSLƏRDƏ
Cəmiyyətdə insanlar bir­biri ilə sıx bağlı olub qarşılıqlı 
münasibətlərə malikdirlər. İnsanları bir­birinə bağlayan 
bütün tellər, o cümlədən şəxsi münasibətlər sosial mü­
na si bətləri  (ailə,  əmək,  mədəni,  siyasi,  iqtisadi  və  s.) 
özündə ehtiva edir. Bizim, adətən, hadisə, təzahür, də yi­
şiklik adlandırdığımız münasibətlərin qanuna uyğun şə­
kildə baş verməsi sosial proseslər adlanır. Sosial mü na­
sibətlərin mərkəzində insan və onun fəaliyyəti dayanır.
İnsanın sosial proseslərdəki iştirakını dəyərləndi rər­
kən belə bir sual meydana çıxır: həqiqətənmi, cə miy­
yətdə baş verən dəyişikliklər təsadüfi deyil? İnsan 
bu proses lərin gedişinə nə dərəcədə təsir edə bilər?
LAYİHƏ


31
Cəmiyyətin inkişafının müəyyən mərhələlərində insanın 
sosial statusu da daim dəyişmişdir. Məsələn, insanlar yaşına, 
cinsinə, maddi təminatına, siyasi mövqeyinə, vəzifəsinə, bili­
yinə, ün siyyət qurma imkanlarına görə fərqli sosial statuslara 
malikdirlər. Sosial statusun xarakterinə görə müx təlif qrup larda: 
quldarlar, feodal lar, kəndlilər, fəh lələr, ziyalılar və s. qruplarda 
birləşən insanların sosial statusu dəyişdikcə sosial rolu da də ­
yişmişdir.
Alimlər sosial proseslərdə insanın rolu haqqında müx tə lif 
təzadlı fikirlər irəli sürmüşlər. Bu fikirlər mahiyyət etibarilə 
iki qrupa bölünür. Birinci qrup belə düşünür ki, ictimai həya­
tın bütün hadisələri mənəviyyatdan asılı olub, görkəmli şəx­
siyyətlərin, qəhrəmanların, alimlərin, ixtiraçıların, mütləq və 
ilahi ideyanın, iradənin təsiri ilə dəyişmişdir. Belə ki sosial 
proseslərdə insanın fəaliyyəti deyil, ona olan münasibət baş lıca 
rol oynayır. İnsan fəaliyyəti, adətən, mənəvi sahə ilə məhdud­
laşır. Bu zaman zəruri dəyişikliklər cəmiyyətin mənəvi key fiy­
yətlə rinin dəyişməsindən asılı olur. Bu mənada insanın sosial 
münasibətləri cəmiyyətin mədəni münasibətləri ilə şərtlənir.
Bu cür yanaşmaya malik alimlər düşünürlər ki, mənəvi 
sahə insanların sosial proseslərdəki iştirakını böyük mədəniy­
yətlərin yaranmasına qədər inkişaf etdirə bilər. Məsələn, kiçik 
bir nəsil böyük bir imperiyaya, tayfa isə siviliza siyaya qədər 
böyüyə bilər. Bu yanaşmanın ardıcılları idealistlər* adlanırlar. 
Onların fikrincə, cəmiyyətdə baş verənlər insan dan deyil, onun 
ideyasından asılıdır. Ona görə də cəmiyyət və onun inkişafı 
dərkedilməzdir və çoxlu sayda təsadüflər dən ibarətdir.
İnsanın sosial proseslərdəki roluna aid tarixi faktlara istinad etməklə nümu­
nələr göstərin.
İdealist –
həqiqəti ideallaş­
dıran, xəyalpərəst.
LAYİHƏ


32
Həyatda hansı təsadüflərlə qarşılaşmışsınız? İnsanın həya tında bu kimi tə­
sadüflərin rolu nədən ibarətdir? Bu barədə fikirlərinizi yoldaşlarınızla müza­
kirə edin.
Bütün səmavi dinlərdə bildirilir ki, hər şey, o cümlədən insan da Allah tərə­
findən  yara dılıb.  Müxtəlif  dini  ba xışlara  görə,  insanın  sosial  proseslərdəki 
imkanları Allah tərəfindən mü əy yən ləşdirilib. 
LAYİHƏ


33
İkinci qrup alimlər isə idealistlərdən fərqli olaraq, belə dü­
şünürlər ki, cəmiyyət və onun inkişafı dərk ediləndir. Belə ki 
cəmiyyətdə öz xüsusiyyətləri ilə seçilən, insanın iradə sin dən 
asılı  olmayan  hadisələr  baş  verir.  Bu  qanunauyğun luqla rın 
mərkəzində insanlar və onla rın müəyyən bir məq sədə çatmaq 
üçün əzmkar fəaliyyəti, məqsəd və cəhdləri dayanır. Bu nöqteyi­
nəzərə görə, cəmiy yətdə baş verən hadisələr təsa düfi deyil, 
hər birinin arxa sında insanın fəaliyyəti ilə bağlı olan zərurət 
əsasında baş verir. İnsanın sosial proses lərdə yaxından iştira­
kını sübut etməyə çalışan alimlər materialist lər adlanırlar.
Bu alimlərin fikrincə, insanın mənəviyyatı, iradəsi, baxışları, 
adətləri ictimai istehsaldan asılıdır. Bir tərəfdən insan təbiəti 
dəyişdirir, digər tərəfdən isə insanın öz təbiəti dəyişir. Demək, 
sosial proseslərin mərkəzində insanın iqti sadi fəaliyyəti da­
yanır.
“Sosial proseslərin mərkəzində insanın iqtisadi fəaliyyəti dayanır” fikrini əsas­
landırın.
Cəmiyyətin  toplu  şəklində  çıxış  etdiyi  istehsal  müna­
sibətləri 
məhsuldar qüvvələr adlanır. Bu zaman əmək 
sosial proseslərin əsası kimi çıxış edir. Əmək fəaliyyəti 
olmadan cəmiyyət nə yarana bilər, nə də mövcud ola 
bilər. Həyat üçün zəruri olan maddi nemətlərin istehsa­
lını, insanlar arasındakı sosial münasibətləri də cəmiy­
yət təşkil edir.
İdealistlərlə 
mate rialistlərin 
mövqe lərini 
müqayisə edib 
fikirlərinizi 
ümumiləşdirin.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə