Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил


Maddə 36.  Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   2   3   4   5   6   7   8   9   ...   32

11
Maddə 36.  Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları
I. Yol hərəkətinin iştirakçıları:
1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərə kətinin təh­
lükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər;
2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamla yıcının və 
svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlan masına, yol işlə rində 
istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndi­
rici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar;
3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərə kətləri və ya hərə­
kətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa 
əmlaka zərər vurma malıdırlar;
4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişan larını çıxar­
mamalı, qarşısını kəsməməli, zədələmə məli, özbaşına yol nişanları, sveto for­
lar və hərəkətin təşkilinin digər texniki vasitə lərini quraşdırma malıdırlar;
5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşal da­
raq və ya yolda qoyaraq yol hərəkətini çətin ləşdirməməli və ya onun təh lükə­
sizliyi üçün qorxu törətmə məlidirlər (bu cür maneənin və ya təhlükənin yaran­
masına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan 
qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək müm kün olma­
dıqda  isə  əl  altında  olan  vasi tələrlə  digər  hərəkət  iştirakçılarının  xəbər dar 
edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiy yəti orqa nına 
məlumat verilməsini təmin etməlidirlər);
6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azər baycan Res­
publikasının müvafiq icra hakimiyyəti orqan larının sərəncamlarını yerinə ye­
tirməlidirlər;
7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşki latların vəzifəli şəxs­
ləri, yolda hər hansı bir iş aparan fəh lələr, eləcə də digər şəxslər müəyyən 
edilmiş  yol  hərəkəti  qaydalarına  təsir  göstərə  biləcək  maneələr  yarat maq­
dan və başqa hərəkətlərdən çəkinməlidirlər.
II.  Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirak çısı 
digər  şəxslərdən  həmin  qaydaların  tələblərini  göz ləməyi  tələb  edə 
bilər.
“Yol hərəkəti haqqında” 
Azərbaycan Respublikasının Qanunu
LAYİHƏ


12
Maddə 40. Piyadanın vəzifələri 
I. Piyada:
1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olma dıqda isə velo­
si pedçilərin hərəkətini çətinləşdirməmək şərtilə velosiped yolu ilə hərəkət 
etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə 
getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərrik­
siz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyni ilə hərəkəti başqa 
piyadalar üçün maneə yaratdıqda onlar yolun hərəkət hissəsinin kənarı ilə 
gedə bilərlər);
2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada ke­
çidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə 
yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;
3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət 
etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühər­
riksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən 
şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getmə­
lidirlər);
4)  ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  və  taksini  yalnız  yolun 
hərə kət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydança­
larında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca 
hün dürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqə­
lə rində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız 
nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat va­
sitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək 
lazımdır);
5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetofo­
runun, o olmadıqda isə nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;
6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanma­
malıdır;
7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi 
səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda yolun hərəkət 
hissə sini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasi­
tələrinə yol ver məli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);
LAYİHƏ


13
8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran 
başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl ya­
xınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;
9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olma­
yan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət 
hissə sinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;
10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görü­
nüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
II.   Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissə­
si nə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsa fəni, 
onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün 
təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
III.  Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks 
istiqamətli  hərəkətlərini  ayıran  xəttin  üstündə  dayanıb  göz ləmə­
lidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan 
sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu 
keçməyə davam edə bilərlər.
IV.  Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərə­
kəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada 
dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəs tə­
nin qabağında və arxasında – sol tərəfdə müşayiətçilər ol ma lı dır­
lar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vax tında 
və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qa­
baqda – ağ, arxada – qırmızı işıq fənəri tutmalıdırlar.
V.  Uşaqları  dəstə  halında  yalnız  sutkanın  işıqlı  vaxtı  və  böyüklərin 
müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə 
yol çiyini ilə aparmağa icazə verilir.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə