Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил


5.  MÜASİR DöVRÜN QLOBAL ekOLOJİ



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   2   3   4   5   6   7   8   9   ...   32

24
5.  MÜASİR DöVRÜN QLOBAL ekOLOJİ 
PROBLeMLƏRİ
Ətraf mühitin qorunması insanları nara hat edən ən başlıca 
problemlərdən  biridir.  Qədim  mənbələrdən  məlumdur  ki, 
hələ  eramızdan  5­6  əsr  öncə  Misirdə  mis  əridən  zaman 
havanı  korladıq larına,  açıq  suları  çirkləndirdiklərinə  görə 
6 nəfər misgərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutul­
muşdu. Bizim eranın 12­13­cü yüzilliklərində Fran sada Sena 
çayına çirkli su axıdan emalatxana ləğv edilmiş, günahkar­
lar cəza landırılmışdı.
Sizcə,  bu  problemlər  müasir  dövrdə  qlobal  ekoloji 
problemlər hesab oluna bilərmi? Nə üçün? Qlobal eko­
loji  problemlərin  həlli  ilə  bağlı  müasir  dövrdə  hansı 
tədbirlər həyata keçirilir?
Bəşər  sivilizasiyasının  müxtəlif  mərhələlərində  zəlzələ, 
vulkan, daşqınlar, quraqlıq, yanğınlar, torpaq sürüşmələri kimi 
dəhşətli ekoloji fəlakətlər, onillik, hətta yüzillik müha ribələr, 
1920­ci ildə Amerikada “Ekologiya” jurnalı nəşr olun mağa 
başlamışdır. Həmin jurnal dünyada bu sahədə ən popul­
yar jurnallardan biridir. 
  Sabirabad 
rayonunda sel
LAYİHƏ


25
Milli ekoloji problemlər regional, regional ekoloji problemlər isə qlobal ekoloji prob­
lemlərə çevrilir. Bu fikri necə izah edə bilərsiniz? Fikrinizi nümunələr əsa sında 
əsaslandırın.
epidemiyalar (vərəm, taun və s. xəstəliklər), aclıq və s. kimi 
çox mürəkkəb problemlərdən insanlar əziyyət çəkmişlər. Müa­
sir dövrün əsas prob lemləri içərisində mühüm olanlardan biri 
məhz ekoloji problemdir.
Sizə bəllidir ki, beynəlxalq ekoloji problemlər ikitərəfli və 
çoxtərəfli sazişlər, konvensiyalar əsa sında tənzimlənir. Bir neçə 
ölkənin maraq dairəsini əhatə edən problemlərin həlli üçün 
son illər dünyanın aparıcı dövlətləri və dövlət başçıları bir sıra 
qərarlar qəbul edirlər. Alimlərin əksəriyyəti bu prob lemlərin 
həllinin konkret yollarını axtarır. Lakin müasir döv rün qlobal 
problemlərinin həlli ziddiyyətli prosesdir. Belə ki həmin prob­
lemlər getdikcə kəskinləşir. Qlobal prob lemlərin həlli isə yal­
nız beynəlxalq əməkdaşlıq nəticəsində müm kündür.
XXI əsrin təcili həllini gözləyən qlobal ekoloji problem­
lər sırasında havanın çirklənməsi, ozon qatının nazikləşməsi, 
turşulu yağışların yağması, torpaqların şoranlaşması, sənaye 
LAYİHƏ


26
tullantılarının ətraf mühiti korlaması, biomüxtəlifliyin, içməli 
su ehtiyatlarının getdikcə azalması, qlobal istiləşmə, iqlim də­
yi şikliyi,  meşə  massivlərinin  azalması  və  sair  məsələlər  ən 
öndə durur.
Dünya əhalisinin sayının artması, avtomobillərdən çıxan 
tüstü, qazanxanalar, zavodların tüstüsü və s. atmosferdə oksi­
gen  ehtiyatının  azalmasına  və  karbon  qazının  çoxalmasına 
səbəb olmuşdur. Oksigenin azalması okeanlar dan buxarlanan 
suyun, bitkilərdə gedən fotosintez prosesinin hesabına taraz­
laşsa da, texnikanın inkişafı bu tarazlığın daim pozulmasına 
səbəb olur və Yer kürəsini addım­addım məhvə doğru aparır. 
“İnsanlığı məhv etmək istəyirsinizsə, ağaclardan başlayın”.
LAYİHƏ__27'>Çarles Bukovski
LAYİHƏ


27
Yerdə həyatın əmələ gəlməsində atmosferin formalaş ması 
və Yerin istilik balansının saxlanılması mühüm əhəmiyyət kəsb 
etmişdir. Atmosferin müxtəlif qazların qarışığından ibarət oldu­
ğunu  bilirsiniz.  Bu  qazların  nisbəti  haqqında  öyrəndiklərinizi 
yada salın.
İstixana effekti atmosferdə su 
buxarı və bir sıra qazların: kar bon 
qazı, dəm qazı, metan, azot oksid­
ləri  və  kükürd  oksidlərinin  miq­
darının  artması  ilə  əlaqədar dır. 
İstixana  qaz ları  adlandırılan  bu 
qaz lar  atmosferdə  yayılaraq  Ye­
rin ətra fında istixana tavanını xa­
tır ladan örtük əmələ gətirir. Nəti­
cədə  atmosfer  Günəşdən  gə lən 
istiliyi Yerə buraxır, Yerdən kos­
mosa  şüalanmalı  olan  enerjinin 
–  istiliyin  qarşısını  alır  və  be lə­
liklə də, bu örtük istixana effek­
tinin yaranmasına səbəb olur.
Qlobal ekoloji problemlər dən 
biri də 
torpağın çirklənməsi dir
Torpaq məişət tullantılarının, neft 
məhsullarının  və  digər  amillərin 
hesabına  çirklənir.  İqtisadiyya­
tın  inkişafı  bir  sıra  problemləri 
(sənaye-kənd  təsərrüfatı,  nəqliy-
yat və s.) həll edərkən yenilərini 
yaradır. Torpağın  çirk lənməsinin 
əsas səbəbləri ağır metallar (qur-
ğuşun, civə, kad mium, arsen, tal-
lium, bismut, qalay), neft və pes­
tisidlərdir.  Bu  maddələr  bitkilər 
tərəfindən  mə nimsənilir,  suya 
Azot – ?
Oksigen – ?
Karbon qazı – ?
Təsirsiz qazlar – ?
LAYİHƏ


28
qarışır  və  insan  orqanizminə  təsir  edir.  İnsan  orqanizmində 
bu  kimi  maddələrin  illərlə  toplanması  müxtəlif  xəstəliklərə 
gətirib çıxarır.
Yoldaşlarınızla  birlikdə  araşdırma  aparın  və  aşağıdakı  mövzular  üzrə 
təqdimat hazırlayın:
1.  Atmosferin çirklənməsi insanlarda ürək­damar, tənəffüs yolları xəstəlik­
lərinə  səbəb  olmaqla  yanaşı,  təbii  ekosistemlərin  məhvinə  səbəb  olur. 
Atmosferi  çirkləndirən  amillər  təbii  və  antropogen  olmaqla,  iki  qrupa 
bölü nür. Bu amillər hansılardır? Atmosferin çirklənməsinin qarşısının alın­
ması  məqsədilə  nə  kimi  tədbirlər  görülməlidir?  Əlavə  mənbələrdən  də 
istifadə etməklə bu barədə təqdimat hazırlayın.
2.  Torpağın çirklənməsi qlobal ekoloji problemlərdəndir. Bu problemin ara­
dan qaldırılmasına dair görülən tədbirlər haqqında (dünya səviyyəsində, 
eyni zamanda respublika mızda) təqdimat hazırlayın. 
3.  İstixana effektinin aradan qaldırılması yolları hansılardır? Əlavə mənbə­
lərdən də istifadə etməklə bu barədə təqdimat hazırlayın.
LAYİHƏ
QLOBAL ekOLOJİ PROBLeMLƏRİN HƏLLİ
Qlobal ekoloji problemlərin həllinə dair layihənin hazırlanması məqsədilə sizə 
təqdim olunmuş mövzular əsasında araşdırma aparın. 
1.  Tullantıların ikinci həyatı.
2.  Qlobal ekoloji problemlərin həlli yolunda maarifləndirmə. 
3.  Qlobal ekoloji problemlərə yol açan faktorlar və onların aradan qaldı­
rılması yolları.
4.  Atmosferə antropogen təsir.
5.  İnsanın bioloji aləmə təsiri. 
6.  Torpağa antropogen təsir və qarşısının alınma yolları.
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə