Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил


2. TƏHLÜkƏSİzLİYİMİzƏ LAQeYD QALMAYAQ



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   2   3   4   5   6   7   8   9   ...   32

14
2. TƏHLÜkƏSİzLİYİMİzƏ LAQeYD QALMAYAQ
Çox vaxt valideynlər övlad larını müəyyən təhlükələrdən 
qorumaq məqsədilə onların həyətə çıxmasına icazə vermir lər. 
Sizcə, bununla uşağı hansısa bir təhlükədən qorumaq müm­
kündürmü? Çox vaxt ehtiyatsızlıq və diqqətsizlik: ütünü şə bə­
kədən ayırmamaq, giriş qapısını bağlamamaq, hün dür lükdən 
yıxılmaq, su kranını bağlamamaq, evə tanımadı ğın insanı bu­
raxmaq, iti və kəsici alətlərdən istifadə etmək, dərmanlar, vaxtı 
keçmiş  qidalar,  məişətdə  istifadə  olunan  kimyəvi  maddələr 
və s. həyati təhlükəyə səbəb ola bilir.
Siz artıq doqquzuncu sinif şagirdisiniz. Əksəriyyətiniz sər­
bəst şəkildə məktəbə, mağazaya gedir, ictimai nəqliy yat­
dan isti fadə edirsiniz. Gündəlik həyatda sevindirici hadi­
sələrlə  yanaşı,  təəssüf  ki,  müxtəlif  xoşagəlməz  hallarla, 
təhlü kələrlə də qarşılaşa biləcəyiniz labüddür. 
Sizcə, bu təhlükələr nə dən ibarətdir? 
Bəs bu təh lükə­
siz liyimizi necə 
təmin edə 
bilə rik?
LAYİHƏ


15
Gündəlik həyatımıza rəng qat­
maq üçün vaxtaşırı əyləncə və ti­
carət mər kəzlərinə, park lara, isti­
rahət  mər kəzlərinə,  çimərliklərə, 
kinoya, teatra, muzeylərə baş çə­
ki rik. Bu kimi ictimai yer lərdə nə 
qədər əylənsək, nə qədər zövq al­
saq  da,  təhlükələrlə  rastlaşma ya­
cağımıza əmin ola bilmərik.  
Uşaq əyləncə mərkəzlərin dəki 
bir  sıra  attraksionlar,  parklardakı 
yelləncəklər, tikinti işləri aparılan 
ərazilər, ev heyvanları ictimai yer­
lərdə  müəyyən  təhlükələr  yarada 
bilər.
İtlər  “insanın  dostu”  hesab 
edilsə də, yad adam üçün onlar ol­
duqca  ciddi  təhlükə  yarada  bilər. 
Respublikanın mərkəzi şəhərlə rin­
də, qəsəbə lərdə, kəndlərdə, park­
larda, əyləncə yerlərində, dəniz kə­
narında, yollarda, küçələrdə kifayət 
qədər  sahibsiz  itlərə  rast  gəlmək 
LAYİHƏ


16
olar. Əksər hallarda bu heyvan lara tək­tək deyil, sürü ha lında 
təsadüf edilir. Heyvanlar virusların ən başlıca daşıyıcıları ol­
duğu üçün küçədəki sahibsiz itlər yerli sakinlərin həyatı üçün 
ol duqca böyük təhlükədir. Peyvənd olunmayanda bu hey van­
ların dişlədiyi insanların aqibəti çox vaxt ölümlə nəti cələnir.
Alimlər hesab edirlər ki, ev heyvanlarının quduzluq xəs­
təliyinə yoluxması ehtimalı həmişə var. Bu halda xəstə ev hey­
vanı sahibini belə dişləyə bilər. Bəzən it sahibləri itləri ictimai 
yerlərdə gəzdirərkən çox vaxt kəmərdən, ağızlıqdan istifadə 
etmirlər. Bütün bunlar da ətrafdakılar üçün təhlükə yaradır. 
LAYİHƏ


17
5.  Evdə saxlanılan ev 
heyvanları insanlar 
üçün nə kimi təh lü­
kələr tör ədə bilər? Bu 
zaman hansı təhlü­
kəsizlik qaydalarına 
əməl olunmalıdır? 
6.  Qidalar orqanizm 
üçün nə dərəcədə 
təhlükəli ola bilər? 
Hansı təhlükəsizlik 
qaydalarına əməl 
etmək vacibdir?
2.  Küçədə təhlükə və 
təhlükəsizlik.
7.  Şəhər və kənd şə­
raitində təh lükələr 
və təhlükəsizlik.
3.  İtlər hücum edər sə
nə etməli?
1.  Məişətdə baş verə 
biləcək təhlükələr 
hansılardır? Bu za­
man hansı təhlükə­
sizlik qaydalarına 
əməl olunmalıdır?
4.  Yollarda təh lükə 
və təh lükəsizlik.
Özünü  və  ətrafındakı  insanları  təhlükədən  qorumaq  üçün  əsas  xilasetmə 
qaydalarını və ya təhlükəsizlik qaydalarını bilmək lazımdır. Elə bu məqsədlə də 
yoldaşlarınızla qruplarda birləşib araşdırma aparın və aşağıdakı mövzularda 
təqdimat hazırlayın:
Ətraf mühitə laqeyd yanaşmamaq, sağlam həyat tərzi keçir­
mək, hər hansı bir qəzaya səbəb olacaq addımlar atmamaq, 
mədəni davranış qaydalarına əməl etmək cəmiyyətin sağlam 
və rifah halında yaşamasına səbəb olur.
LAYİHƏ


18
3. SAğLAM AİLƏ
SAğLAM gƏLƏCƏYİN TƏMİNATIDIR
Sağlam  nəsil  yaratmaq,  sağlam 
gələcəyi  təmin  etmək  bu  gün  aktual 
məsələlərdəndir.  Sağlam  gəncliyin 
əsası isə məhz sağlam ailələrdə qo yu­
lur. Ailə cəmiyyətin ən vacib dayağı­
dır.  Bəşəri  xüsusiyyətləri,  dəyərləri, 
mədəni və estetik kriteriyaları özündə 
cəmləşdirən, sağlam həyat tərzi keçi­
rən,  normal  psixoloji  mü hitə  malik 
sağlam  ailə  sağlam  cəmiy yətdən  xə­
bər verir. 
Sağlam ailənin qurulmasına bir sıra 
amillər mənfi təsir göstərir. Bu zərərli 
vərdişlərə aludəçilik, psixi xəs tə liklər, 
cinsi yolla yoluxan xəstə lik lər, cinslər 
arasında anlaşıl mazlıq, qan qohumları 
arasında  nikah,  erkən  nikah,  nikaha 
daxil olan şəxslərin tibbi mü ayinədən 
yayınmalarını misal göstər mək müm­
kün dür.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 
Föv qə ladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənc lər 
və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və 
Uşaq Prob lem ləri üzrə Dövlət Komitəsi tərəfin dən 
gənc  nəsil  arasında  təhlükəsizlik,  sağlamlıq,  ailə 
dəyərlərinin qorunub saxla nılması, uşaq və ye niyet­
mələrin milli­mənəvi ruhda tər biyə edil məsi, onlara 
sağlam  həyat  tərzinin  aşılanması  isti qamə tində 
müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.
Sağlam həyat tərzi ifadəsinin bir neçə məsələni özündə birləşdirdiyini bil irsiniz. 
Bunları xatırlayın. Sizcə, sağ lam ailənin qurulmasında sağlam həyat tərzinin nə 
kimi əhə miy yəti vardır? 
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə