Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

34
Məhz  əmək  fəaliyyəti  prosesində  istehsal  müna sibətləri 
və onun mədəniyyəti meydana gəlir. Məsələn, müəl limin öz 
fəaliyyəti dövründə qazandığı sosial­mənəvi səriştə lər həm də 
onun şəxsi keyfiyyətlərinə təsir göstərir. O, ün siyyətcil olur, 
fikrini daha yaxşı izah edir, istiqamətləndirə bilir, insan pərvər 
və hu manist olur.
Bu zaman insanların sosial statusu onların əmək fəaliy yə­
tindən çox asılı olur. Bu baxımdan insanların sosial pro seslərdə 
yaxından iştirakı isə cəmiyyətin inkişafı ilə şərtlənir. İnsanla rın 
Hər hansı bir peşə 
nümayəndəsini 
seçin və əmək 
fəaliyyətinə əsa­
sən onda formala­
şan mənəvi keyfiy­
yət ləri sadalayın.
LAYİHƏ


35
şüurlu şəkildə müxtəlif məhsulları istehsal etməsi özlərindən 
asılı olsa da, onların arasında yaranan münasibət lər özlərindən 
asılı olmur. Ona görə də dünyada insanların sosial proseslərdə 
iştirakı  da  eyni  deyildir.  Məhz  insanın  sosial  proseslərdəki 
iştirak dinamikası ölkələrin bir hissəsini iqtisadi və mədəni 
cəhətdən inkişaf etdirir, digər lərini isə geridə qoyur.
İnsanın sosial proseslərdəki rolu onun şüurundan, həyatı 
dərk  etməsindən  asılıdır.  Bir  tərəfdən  aktiv  sosial  fəaliyyət 
insanların şəxsiyyətində müəy yən izlər qoyur, digər bir tərəf­
dən isə insan həmin fəaliy yətdə yaxından iştirak etmək üçün 
öz­özünü yetişdirir, tərbiyələndirir. Ümumi şəkildə insan sosial 
proseslərdə: aktiv və passiv iştirak etmək imkan larına malikdir.
İqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkələri nümunə göstərməklə onların 
həyat tərzi haqqında bildiklərinizi söyləyin. İnsanın sosial proseslərdə iştira­
kının bu dövlətlərin taleyində rolu olduğunu əsaslandırın.
Özünüzü məktəbin aktiv şagirdi hesab edirsinizmi? Məktəb həyatında baş 
verən proseslərdə hansı səviyyədə iştirak edirsiniz?
Aktiv fəaliyyət za manı insan müxtəlif 
so sial, siyasi, mə dəni qruplara daxil 
olur. Döv lətin idarə olun ma sında ya­
xın dan  işti rak  edir,  öz  namizədliyini 
irəli sürür, tərəfdarı olduğu namizədi 
təbliğ edir. Dövlətin vətəndaş qarşı­
sında qoy duğu öhdəlikləri fəal şəkildə 
ye rinə yetirir və təbliğ edir.
Passiv iştirak zamanı fərd sanki sosial proseslərin müşahidəçisinə çevrilir. 
O, cəmiyyətdə baş verən hadisələrə öz münasibətini bildirsə də, onları fəal şə­
kildə müdafiə etmir, lakin ümumi seçkilərdə iştirak edir, dövlətin öhdə lik lərini 
yerinə yetirir, orduda xidmət edir və s.
LAYİHƏ


36
Son zamanlar cəmiyyətdə baş verən sürətli qloballaşma, 
informasiya və kommunikasiya texnologiyalarının imkanları 
insanların  sosial  proseslərdəki  roluna  böyük  təsir  göstərir. 
İnsanlar İKT­nin köməyi ilə rahat şəkildə dünyanın istənilən 
nöqtəsi ilə əlaqələr yarada bilir, iş birliyi qurur, əmək fəaliy­
yətinə daxil olur. İnformasiya cəmiyyətinin tə şəkkül tapması 
insanların həyat tərzini, cəmiyyətdəki sosial mədəni prosesləri 
kökündən dəyişir və dünya sivilizasiya sının yeni mərhələsini 
açır.
Qloballaşma göstərdi ki, fərdin sosial proseslərdəki rolu 
da  dəyişməkdədir.  İndi  o  nə  qədər  çox  təcrübə  əldə  edir, 
fəaliyyət  və  ünsiyyət  dairəsini  nə  qədər  genişləndirirsə,  öz 
“iştirakı”nı da bir o qədər dinamik və çoxşaxəli şəklə salır, 
Sadalanan fəaliyyətlər əsasında insanın sosial proseslərdə passiv iştirakçı 
olduğunu əsaslandırın.
Siz İKT vasitələrindən istifadə edirsinizmi? Hansı sosial şəbəkələrin istifadə­
çi sisiniz?  Sosial  şəbəkələrdən  istifadənin  mənfi  və  müsbət  tərəfləri  nədən 
ibarətdir?
LAYİHƏ


37
1.  Sosial proseslərdə insanın roluna dair iki fərqli baxışı müqayisə edin. Ox şar 
və fərqli tərəfləri tapın.
2.  “Sosial  status”  anlayışını  necə  başa  düşürsünüz?  Fikrinizi  misallarla  izah 
edin.
3.  Müasir  sosial  şəbəkələrin  insanı  nə  qədər  və  necə  dəyişdirə  biləcəyi  ba­
rədə  düşünün. Araş dırma aparın.
4.  Dünyanı əhatə edən qlobal problemləri sadalayın. Hər hansı ayrıca götürül­
müş bir problemin həlli yollarını müəyyənləşdirməyə çalışın.
5. İnsanın sosial proseslərdə rolunu necə dəyərləndirirsiniz? 
6. Sizi əhatə edən insanların fəaliyyətini araşdırın və bu haqda esse yazın.
7. “Qlobal problemlərin həlli yolları” adlı təqdimat hazırlayın.
8.  İKT­dən istifadənin müsbət və mənfi tərəflərinə aid müqayisəli sxem­cədvəl 
tərtib edin.
sosial  statusunu  dəyişir.  Maddi  istehsaldan  bilik  istehsalına 
keçid insanları mükəmməl təhsilə yiyələnən, müasir texno lo­
giyalardan istifadə edən, informasiyanı toplayan, ünsiyyət qur­
mağı  bacaran,  müxtə lifliyi,  rəngarəngliyi  günün  tələbi  kimi 
qəbul edən şəxslərə çevirməklə onların öz sosial sta tusunu sax­
lamaq və daha da yüksəltmək imkanlarını artırır.
Qlobal problemlərin artması, təhlükəsizlik məsələləri, eko­
loji problemlər, su və ərzaq çatışmazlığı, müharibələr, terrorla 
mübarizə və s. insanları ümumi maraqlar ətrafında birləşdi rir. 
Bu problemlər sosial statusundan, millətindən, dinindən, irqin­
dən, yaşadığı ölkədən asılı olmayaraq, ayrı­ayrı fərdləri birgə 
mübarizəyə və əməkdaşlığa cəlb edir. Ona görə də insan ların 
sosial pro seslərdə işti rakı ge t­
dikcə  daha  fəal  xa  rak ter  al­
mağa başlayır.
Beləliklə, cəmiyyətin so­
sial həyatı və insanın bu pro­
ses lərdə iştirakı qar şılıqlı şə­
kildə inkişaf edir. Bir tərəfdən 
insan  öz  şəxsi  keyfiyyətləri 
və qabiliyyəti ilə sosial pro­
seslərin aparıcı qüvvəsi kimi 
onu dəyişdirir, digər bir tərəf­
dən isə özü dəyişir.
Qlobal problem­
lərin artmasının 
səbəblərini nədə 
görürsünüz?
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə