Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

42
Vətəndaş  cəmiyyəti  həm  də  siyasi  rejimin  sabitliyinin 
əsası olub dövlət hakimiyyətinin təməlidir. Onun zəifləməsi 
cəmiyyətin mövcudluğuna xələl gətirir. Müasir dövrdə vətən­
daş cəmiyyətinin dəstəklən məsi həm də dövlət hakimiyyəti­
nin  ənənəvi  təsisatlara  arxalanması,  xalqın  milli  və  mənəvi 
dəyərlərinin qorunması deməkdir. Cəmiyyətin sosial, mədəni 
və  mənəvi  sahələrinin  fəaliyyətinin  nəsillərdən  nəsillərə 
ötürülməsini təmin etmək dövlətin əsas funksiyaları olduğu 
kimi, vətəndaş cəmiyyətinin də vəzifə lərinə daxildir.
Beləliklə, vətəndaş cəmiyyəti yüksək inkişaf etmiş, xüsusi 
tipli açıq cəmiyyət olub aşağıdakı xüsusiyyətlərə malikdir:
VəTəNDaş cəMİYYəTİNİN xüSUSİYYəTLəRİ
vətən­
daşın 
suveren­
liyi
hüquqi, 
demok­
ratik 
dövlət
azad 
sahib­
karlıq
yerli 
özünü­
idarə çilik
könüllü 
birləşmə
azad 
rəqabət
əmək­
daşlıq
tolerant­
lıq
1.  Sizcə, dövlət hansı vəzifələrini vətəndaşların öhdəsinə buraxa bilər? Həmin 
vəzifələri sada layın.
2.  Cəmiyyətin  sosial  həyatında  rol  oynaya  biləcək  bir  təşkilat  yarada  bilərsi­
nizmi? Həmin cəmiyyətin fəaliyyət planını hazırlayın. 
3.  Vətəndaş  cəmiyyətinin  demokratiyaya  əsaslanan  cəmiyyət  olduğunu  fakt­
larla şərh edin.
4. Vətəndaş cəmiyyətinin fəaliyyətini dəyərləndirin.
5.  Cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşmasının müsbət tərəflərini müəy­
yən etməklə sxem tərtib edin.
6.  Vətəndaş cəmiyyətinin mövcudluğuna şərait yaradan amilləri müəyyən edin.
7. “Mən vətəndaş cəmiyyətinin bir parçasıyam” adlı esse yazın. 
LAYİHƏ


43
Vətəndaş cəmiyyəti dedikdə, azad fəaliyyəti və yara dıcı­
lığı ilə fərqlənən mühit başa düşülür. Bu, hüquqi baxımdan 
azad  və  bərabərhüquqlu  insanların  rəqabət  və  əmək daşlıq 
mü hitidir.  Buna  görə  də  belə  bir  mühitin  başlıca  tələbi  de­
mok ratik prinsiplərin həyata keçirilməsidir.
Vətəndaş cəmiyyətinin aparıcı ünsürləri sosial fəaliyyə tin 
müxtəlif sahələrini əhatə edir. Onlar cəmiyyətin sosial­siyasi 
aləmində, əsasən, ailə, sosial­iqtisadi, siyasi sahələri əhatə edir. 
Vətəndaş cəmiyyətləri öz fəaliyyətlərində ictimai özünüida­
rəetmə orqanlarının yaradılma sını, ictimai fikrin formalaş ma­
sını və həmçinin sosial münaqişə lərin həllini nəzərdə tutur. 
Bu tip cəmiy yət qeyri­dövlət təşkilatlarının, müstəqil KİV­in 
ABŞ­ın tanınmış prezidentlərindən biri olan Abraam Lin­
koln demokratiya haqqında deyirdi: “Demokratiya – xalq 
üçün yaradılan xalqın hakimiyyətidir”. 
xalqın  və  ya  cəmiyyətin  demokratik  şəkildə  idarə 
olun masının əhəmiyyəti nədir? Vətəndaşların fikirlə­
rinin əsas götürüldüyü bir cəmiyyətdə hansı de mok­
ratik prinsiplər mövcuddur?
3.  VƏTƏNDAŞ CƏMİYYƏTİNDƏ 
DeMOkRATİk PRİNSİPLƏR
aBş­da azadlıq
heykəli
LAYİHƏ


44
(kütləvi informasiya vasitələri) cəmiyyətdə formalaşan maraq­
larını konstitusiya və dövlət qanunları çər çivəsində, sivil for­
mada ifadə edilməsi təcrübəsini formalaş dırır. Vətəndaş cə­
miyyə tində  söz  və  fikir  azadlığının  bərqə rar  olması  başlıca 
amildir. Həmçinin vətəndaşların öz mövqeyini açıq ifadə etmək 
imka nının olması, yaradıcı, elmi və digər birliklərinin fəaliy­
yəti və inkişafı əsasdır. Bu baxımdan de mokratik prinsip lərin 
həyata  keçirilməsi  həm  də  vətəndaş  cəmiyyətinin  bər qərar 
olması ilə şərtləndirilir.
Müasir  demokratiya  anlayışı  xalq  hakimiyyətinin  əsas 
mənbəyi kimi tanınan siyasi idarəetmə üsuludur. Onun baş­
lıca amillərdən biri də hakimiyyətin bir­birindən asılı olmayan 
müstəqil qollara bölünməsi, əsas qanuna – konstitu siyaya ma­
lik olmasıdır. Bu prinsip cəmiyyətdə diktaturanın yaranmasına 
əngəl  olaraq  təsbit  olun muşdur.  Cəmiyyət  şəffaf  idarəetmə 
tələblərinə riayət olunmasına çalışır, hakimiyyət nümayəndə­
lərinin fəaliyyətinə də ciddi nəzarət edir. Belə cəmiyyyətdə 
iclasların açıq keçiril məsi, dövlət hesabatları nın hazırlanması, 
məmurların  öz  fəaliyyətləri  haqqında  deklara siyalarla  çıxış 
etməsi, müs təqil kütləvi informasiya vasitələ rinin (KİV) fəaliy­
yəti vətən daş nəzarətinin başlıca formala rındandır.
Hakimiyyətin əsas mənbəyi xalqdır. Ona dövlətin yara­
dılmasında, idarə olunmasında iştirak hüqu qu nun verilməsi, 
öz nümayəndələrini seçməsi və mütəmadi olaraq dəyişməsi 
hüququ  demokratik  prinsiplər  hesab  olunur.  Bu  prinsipin 
mahiyyəti ondadır ki, hər bir vətəndaş müəyyən yaş həddinə 
Nə üçün vətəndaş cəmiyyətinə demokratik mühit tələb olunur? Fikirlərinizi 
əsaslandırın.
“Demokratiya”  yunan  sözü  olub,  “xalqın  hakimiyyəti” 
deməkdir. İlk dəfə bu tip idarəetmə qədim yunan şəhər­
dövlətlərində meydana gəlmişdir. Lakin bu zaman möv cud 
olan demokratiya “quldar demokratiya” idi. Belə ki döv lətin 
idarə olunması yalnız ölkənin azad vətəndaşla rına həvalə 
olunurdu.
Cəmiyyətin döv­
lətin idarə olun­
masında rolu 
nədən ibarətdir?
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə