Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

38
“Vətəndaş cəmiyyəti” anlayışının ilk dəfə nə vaxt yaran­
dığını demək çətindir. Antik dövrdən başlayaraq, bu anlayış 
əsərlərdə müxtəlif şərhlərlə verilmişdir. Bu gün vətəndaş cə­
miyyəti dedikdə, inkişaf etmiş iqtisadi, mə dəni, hüquqi və siyasi 
münasibətlərin mövcud olduğu cəmiy yət, yüksək sosial, iqti­
sadi, si  yasi, mədəni və mənəvi statusa malik vətəndaşların cə­
miy yəti başa düşü lür.
Bu gün demokratik dəyər lərin qorunduğu və təbliğ olun­
duğu bir dövrdə yaşayırıq. Demokratiya insan azadlıq­
ları nın  və  bərabərliyinin  qəbul  edilməsini,  əsas  tutaraq 
xalqın rolunu əvəzolun maz prinsiplər kimi nə zərdə tutur. 
Demok ratik  prinsiplərin  reallaşması  öz  vətəndaşları  ilə 
ümumi ictimai razılığa gələn, onların rifahına xidmət edən 
sabit sosial­iqtisadi və mədəni inkişafa malik dövlətlərdə 
mümkündür. Müasir dövrdə demokratik prinsiplərə əlavə 
olunan  dəyərlərdən  biri  də  vətəndaş  cəmiyyətinin  for­
malaşmasıdır.
Vətəndaş cəmiyyəti nədir? Bu cəmiyyətin mahiyyəti 
nə dən ibarətdir?
2. VƏTƏNDAŞ CƏMİYYƏTİ
LAYİHƏ


39
Bəzən dövlət idarəetmə sini və təndaş cəmiyyəti ilə ey  niləş­
dirirlər.  Lakin  onlar  ara sında  kəs kin  fərq lər  var dır.  Belə  ki 
dövlət xüsusi idarə et mə for masıdır. Vətən daş cə miy yəti de­
dikdə, insanların könüllü şəkildə yaratdığı, cə miyyətin ümumi 
ma raqlarına və ədalətin bərqə rar ol ma sına xidmət edən müs­
təqil qurum lar tərəfindən təş kilat lanma başa düşülür.
Vətəndaş cəmiyyəti, cəmiyyətin ümumi maraqlarını ifadə 
edən  insanlar  və  sosial  qruplar  tərə findən  formalaşır.  Müx­
təlif xeyriyyə cəmiyyətləri, mədə niy yət və maarif sahəsində 
fəaliyyət göstərən, insan hüquq larını, vətəndaş azadlıqlarını 
müdafiə  edən  qeyri­hökumət  təşkilatları,  maliyyə  fondları, 
kollektivlər, dini qurum lar, müstəqil kütləvi informasiya vasi­
tələri, müstəqil həmkar lar təşkilatları, idman klubları, assosia­
siya lar  bu  cəmiyyətin  fəal  üzvləridir.  Məsələn,  dün yada  ən 
tanınmış  cəmiyyətlərdən  Heydər  Əliyev  fondunu,  Bill  və 
Mirinda Qeyts xeyriyyə fon dunu, Soros fondunu, Rokfeller 
maliyyə fondunu və s. cə miy yətləri göstərə bilərik.
Elmi  ədəbiyyatda  qeyd  edilir  ki,  vətəndaş  cəmiyyəti  insanların  sosial,  siyasi 
və mədəni cəhətdən özünü ifadə etmək, müdafiə etmək və sosial strukturların 
idarə olunması sahəsidir. Bu mənada, vətəndaş cəmiyyətini “mülki idarəetmə” 
də adlan dır maq olar.
“Mülki idarəetmə” anlayışını izah edin. Nə üçün vətəndaş cəmiyyətini “mülki 
idarəetmə” adlandırmaq olar?
Fəaliyyətdə olan 
hansı təşkilatları 
tanıyırsınız? 
Onların vətəndaş 
cəmiyyətinin 
maraqlarından 
çıxış etdiyini 
faktlarla sübut 
edin.
LAYİHƏ


40
Dövlət vətəndaş cəmiyyətinin başlıca təminatçısıdır. Döv­
lətin işi qanunvericilik, xarici siyasət, büdcə, rabitə, nəqliyyat 
və s. sahələrdə vətən daşların hüquqlarını müdafiə etməkdir. 
Başqa sözlə, dövlət cəmiyyətin keşikçisi, onun inamlı müda­
fiəçisi  kimi  çıxış  etməlidir.  Vətən daş  cəmiyyə tinin  baş lıca 
prinsipi “cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçün” 
şüarına əsaslanır.
Demokratik prinsiplərin reallaşmasında vətəndaş cəmiyyətinin rolunun oldu­
ğunu faktlarla əsaslandırın.
Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil in­
ki şaf edən cəmiyyətdir. O, insanların sosial, iqti sadi, 
dini, əx laqi, mə dəni maraqlarının formalaşdığı, real­
laşdığı və müdafiə edildiyi sosial əlaqələr sis te mi­
dir.  Burada  insan,  vətəndaş,  şəxsiyyət  əsas  yer 
tutur. Vətəndaş cəmiyyəti insanla rın siyasi mövqe­
yindən daha çox iqtisadi və şəxsi həyat fəaliyyəti 
ilə müəyyənləşir. Ona görə də vətəndaş cəmiy yəti 
sosial, mədəni və dini düşmənçiliyə, to talitarizmə*, 
insanlara qarşı zorakılığa etiraz edir. Bu cəmiyyət 
əxlaq və humanizm prin siplərinə, qanun lara hör­
mət edir, dövlətlə sıx qar şı lıqlı əla qədə olur. Buna 
görə də demokratik prin siplərin real laşması vətən­
daş cəmiy yətinin əsasla rın dan biri hesab olunur.
Soros
Rokfeller
Bill və Mirinda Qeytslər
Totalitarizm –
tam, bütöv; mə­
naca “hər şeyi 
əhatə etmək” 
deməkdir.
LAYİHƏ


41
Vətəndaş cəmiyyətində dövlətin funksiyaları inki şaf stra­
tegiyasının işlənməsinə, həmçinin cəmiyyətin sosial­iqtisadi 
inkişafının istiqamətlərinin müəyyən edilmə sinə, vətən daşların 
sosial faydalı fəaliyyətlərinin stimullaşdı rıl ma sına istiqamət­
lənir. Onların hüquqlarının, mülkiyyətlə rinin, şərəf və lə ya qət­
lərinin qorunmasına, cəmiyyətin bütün sfe ralarının demok  ratik­
ləşdirilməsinə, sərhədlərin qorunması və daxili qayda­qanunların 
həllinə çalışır. Bu cəmiyyyət, hər şeydən əvvəl, vətəndaşla­
rın maraqlarını, tələbatlarını, azadlı ğını, istəklərini birləşdirir 
və onları ifadə edir.
Vətəndaş cəmiyyətinin öz meyarları vardır. O, cəmiyyə­
tin  inkişafında  daha  yüksək  mərhələ  olub  insanların  qeyri­
siyasi tələbatından irəli gəlir. Onun mahiyyəti konstitusiyalı 
və  inzi bati  hakimiyyət  orqanlarının  hüquqa  tabe  olması  və 
onların üzərində hüquqi nəzarətin olmasında, milli və mə nəvi 
dəyərlərin qorunmasındadır. Bu mənada, vətəndaş cəmiyyəti 
yüksək sosial və siyasi mədəniyyətə, aktiv vətən daş mövqe­
yinə malik fərdlərdən ibarət olub, əsl demokratiyanı özündə 
əks etdirir. Ona görə də vətəndaş cəmiyyəti bu gün demok­
ratiya, insan hüquqlarının və vətəndaş azadlıqlarının təminatı 
ilə ifadə olunan sosial ida rəetmənin üsullarından ən mükəm­
məli hesab edilir. 
Vətəndaş  cəmiyyətinin  əsas  subyekti  insan  və  dəyərlər 
sistemidir. Bu cəmiyyətin əsas məqsədi dövlətin məqsədləri 
ilə üst­üstə düşür. Başqa sözlə, şəxsiyyətin tələbatlarını ödə­
mək, mənafeyini və hüquqlarını qorumaq dövlətlə mülki ha­
kimiyyəti bir­birinə yaxınlaşdıran başlıca amillərdir. Vətən­
daş cəmiyyətində dövlətdən fərqli olaraq, tabeçilik əlaqələri 
deyil, azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağ­
lam rəqabət münasibətləri üstünlük təşkil edir.
Nə üçün demokratiya vətəndaş cəmyyətinin formalaşmasında əsas prinsip­
lərdən biri hesab olunur? Fikirlərinizi əsaslandırın.
Nə  üçün  vətəndaş  cəmiyyəti  sosial  idarəetmənin  üsullarından  ən  mükəm­
məli hesab edilir? Bu fikri sübut etmək üçün faktlara istinad edin.
üçün dövlət 
vətəndaş cəmiy­
yətinin formalaş­
masında maraqlı 
olmalıdır?
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə