Мяммядова Нцшабя Мащмудова Кюнцл Бящрямова Севил



Yüklə 24,51 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27219
1   2   3   4   5   6   7   8   9   ...   32

19
Bilirsiniz  ki,  insanlarda  normal  və  patoloji  əlamətlərin 
irsən keçir. Qan qohumları arasında bağlanan nikah nəticə­
sində dünyaya gələcək körpələrdə anadangəlmə eybə cərlik və 
bir sıra irsi xəstəliklərin əmələ gəlməsi riskləri yük səkdir. Mü­
təxəs sislər hesab edirlər ki, bu, sinir sisteminin, eşitmə qabi­
liyyə tinin pozulması; dəri xəstəlikləri; dayaq və hərəkət apa ra­
tının pozulması; qan xəstəlikləri (talassemiya, hemofi liya və s.); 
psixi və fiziki inkişafda çatışmazlıqlar; tənəffüs orqan larının 
xəstəlikləri (astma, təngnəfəslik, hipertoniya və s.), qısabarmaq­
lılıq, çoxbarmaqlılıq, rəng korluğu kimi fəsadlara səbəb ola 
bilər. Qan qohumları olmayan insanların uşaqlarında patolo­
giyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı nisbətən 
azdır. 
Gələcəyin daha sağlam və xoşbəxt ailəsinin qurulmasında 
evlilikdən əvvəl aparılacaq icbari tibbi müayinə olduqca əhə­
Prezident İlham Əliyevin 2014­cü il 17 dekabr tarixli fərmanına əsa sən, nikaha 
daxil olmaq istəyən şəxslər ic bari tibbi müayinə dən keçməlidirlər. 
Talassemiya və hemofiliya irsi qan xəstəlikləridir. Mütə xəs­
sislər hesab edirlər ki, bu xəstəliklərin qarşısının alın ma sı­
nın əsas yolu qohum nikahların qarşısının alınma sıdır. 
Talassemiya 
mərkəzi
LAYİHƏ


20
Yoluxucu xəstəliklər, sinir sistemi pozğunluqları, oturaq həyat tərzi, kompü ter­
dən hədsiz istifadə, gigiyena qaydalarına əməl etməmək, narkotik vasitələrə 
aludəçiliyin  sağlam  ailənin  qurulma sına  təsiri  barədə  məlumat  toplayıb  yol­
daşlarınızla müzakirə edin.
miyyətlidir. Həkim və mütəxəssislər hesab edir lər ki, icbari 
tibbi müayinə daha çox qan qohumluğu olan şəxslər üçün va­
cibdir. Bu müayinə gəncləri gözlənilən təhlü kədən qorumaq 
üçün aparılır.
LAYİHƏ


21
Zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət 
üçün təhlükəlidir.  
Spirtli içkiyə aludəçiliyin ailələrdə münaqişələrə, boşan­
malara gətirib çıxarması heç də gizli deyil. Bir ailədə spirtli 
içkiyə aludə olan hər hansı bir valideyn digər ailə üzvlərinin 
emosional vəziyyətinə mənfi təsir göstərir. İş qabiliyyətinin 
azalma sına,  eyni  zamanda  beyinin  düşünmə  və  qərarvermə 
funksiyala rının zəifləməsinə səbəb olur. Qadınların spirtli iç­
kiyə aludəçiliyi isə yenicə dünyaya gəlmiş körpəyə bir çox 
cəhətdən mənfi təsir göstərməklə yanaşı, çox hallarda körpə­
nin dünyaya ölü halda gəlməsinə səbəb olur.
1.  Sonsuzluğa səbəb olan amillər hansılardır? Bunun sağlam həyat tərzi ilə nə 
kimi əla qəsi vardır? Bununla bağlı kiçik araşdırma aparıb dəftərinizə yazın.
2.  Ailədə əks­cinslər arasındakı qarşılıqlı münasibətlər necə olmalıdır? Bunun 
sağlam ailənin formalaşmasında nə kimi rolu vardır?
Zərərli vərdiş­
lərə aludəçiliyin 
sağlam ailənin 
qurulmasına nə 
kimi təsiri vardır?
LAYİHƏ


22
Azərbaycan  Respublikasının 
ərazisi  üçün  səciyyəvi  olan  təbii 
fəlakətlərə:  zəlzələ,  sel,  daşqın, 
subasma, sürüşmə, qar uçqunları 
ilə yanaşı, meşə və çöl yanğınları 
daxildir. Yalnız bunlar deyil, insan 
tələfatı, dağıntı, yol­nəqliyyat qə­
zaları,  kimyəvi  zəhər lənmə  və 
radioak tiv süalanma kimi hadisə­
lərin baş vermə ehtimalı da da nıl­
maz dır. Otlaq, kol­kos sahələ rin də, 
meşə massivlərində yay aylarında 
ha vaların  isti  və  quraq  keçməsi 
nəticə sində müxtəlif miq yaslı yan­
ğınlar baş verir. Yanğınların milli 
sərvətimiz olan meşələrə, flora  və 
faunaya, dövlət büdcəsinə vur duğu 
ziyanı,  ən  əsası  isə  insan  həyatı 
üçün yaratdığı riski nəzərə alaraq, 
Azərbaycan Respublikası Fövqə­
ladə  Hallar  Nazirliyi  tərəfin dən 
müxtəlif tədbirlər həyata keçirilir.
Eyni  zaman da  su  hövzələrində,  çimərliklərdə  insanların 
təhlükəsizlik qaydala rına əməl etməməsi müxtəlif xoşagəl məz 
hadisələrlə,  insan  tələfatı  ilə  nəticələnə  bilir.  Mütə xəssislər 
hesab edirlər ki, bu kimi halların baş vermə sində əsas səbəb 
insanların ehtiyatsızlığıdır. 
4. FöVQƏLADƏ HALLARIN 
NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI 
2012­ci  il  may  ayının  7­də  zəlzələ  nəticəsində  Zaqatala, 
Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və 
infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Zəlzələnin 
nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qay dada 
qərargah  yaradılaraq,  Azərbaycan  Respublikası  Fövqə­
ladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq 
tədbirlər həyata keçirilmişdir.
Sizcə, Fövqəladə Hallar Nazirliyi bu kimi təbii fövqə ladə 
hadisələr zamanı nə kimi tədbirlər həyata keçirə bilər? 
Zaqatalada zəlzələ 
zamanı uçmuş 
məscid
LAYİHƏ


23
Layihənin icra planı:
1.  Sizə təqdim olunmuş mövzulardan birini seçin. Seçiminizi müəlliminizlə müza­
kirə edin.
2. Fərdi, yaxud qrupla işləyəcəyinizə qərar verin.
3. Layihənin mərhələlərini və icrasına ayrılan vaxtı dəqiqləşdirin.
4.  Layihənin  təqdimolunma  formasını  müəyyənləşdirin  (Microsoft  PowerPoint, 
Microsoft Word, model və s.).
5.  Seçdiyiniz mövzunu digər fənn müəllimləri və valideynlərlə də müzakirə edin.
6.  Mövzu ilə bağlı məlumat toplayın. Məlumatı müxtəlif mənbələrdən (dərslikdəki 
materialdan, jurnal və internetdən) əldə edə bilərsiniz.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı layihənin hazır­
lan ması üçün sizə təqdim olunan mövzular əsasında araşdırma apa rın. Bu la­
yihə qısamüddətlidir. 
1.  Təbii fövqəladə hallar zamanı ətrafdakılara və özünə yardım.
2. Yanğın və nəqliyyat qəzaları zamanı görüləcək tədbirlər. 
3. Terror xarakterli fövqəladə hallar zamanı görüləcək tədbirlər.
4. Məişətdə qəzalar zamanı yardım.
5. Radioaktiv çirklənmə zamanı əhalinin hərəkət qaydaları.
LAYİHƏ
LAYİHƏ


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə