N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

ELXAN ƏZİZOV 
 
 
28 
Qeyd edilməlidir ki,  Qurani-Kərimin  əc-
nəbi  dillərə  çevrilməsi  heç  də  yeni  bir  iş  de-
yildi.  Bu  sahədə  ilk  addımlar  hələ  XI  əsrdə 
türklər  və  farslar  tərəfindən  atılmış,  hazırda 
türk və fars dillərində Quranın yüzdən çox tər-
cüməsi və təfsiri mövcuddur. 
XII  əsrdən  etibarən  Qurani-Kərim  latın, 
italyan, alman,  fransız,  ingilis,  ispan, rus  və s. 
dillərə  dəfələrlə  çevrilmişdir.  Bu  gün  onların 
sayı otuzu ötmüşdür. 
Qurani-Kərimin  Azərbaycan  dilinə  tərcü-
məsinə orta əsrlərdən cəhd göstərilsə də, o, yal-
nız  1904–1906-cı  illərdə  Bakı  qazısı  Mir  Mə-
həmməd  Kərim  ağa  tərəfindən  həyata  keçirildi. 
Üç  cilddən  ibarət  tərcümə-təfsirin  işıq  üzü  gör-
məsində  xalqımızın  böyük oğlu Hacı  Zeynalab-
din Tağıyevin xidmətini unutmaq olmaz. 
1908-ci  ildə  Zaqafqaziya  şeyxülislamı 
Məhəmməd  Həsən  Mövlazadə  Şəkəvi  Tbilisi-
də  Qurani-Kərimin  ikicildlik  tərcümə-təfsirini 
nəşr etdirir.  
Əvvəllər nisbətən örtülü şəkildə sitayiş olu-
nan  dinimiz  yavaş-yavaş  ictimai  həyatımızın  və 
mənəviyyatımızın  aşkarda  ayrılmaz  komponen-
tinə  çevrilirdi.  Belə  bir  şəraitdə  xalqın  Qurani-
Kərimin  azərbaycancaya  tərcüməsinə  böyük  eh-
tiyacı var idi. Lakin nadir nüsxələri əldə olan Mir 
Məhəmməd Kərim ağa və Mövlazadənin əsərləri 
bu  vəzifəni  yerinə  yetirə  bilmirdi.  Çünki  onların 
dili  artıq  müasir  Azərbaycan  oxucusu  üçün  çox 
qəliz və anlaşılmaz idi. 
1991-ci  ildə  Vasim  Məmmədəliyevin 
akad.  Ziya  Bünyadovla  birgə  səyi  nəticəsində 
Qurani-kərimin  azərbaycanca  tərcüməsi  işıq 
üzü gördü.  
Qurani-Kərim haqqında hələ az məluma-
tı olanlar  belə  bilirlər  ki,  bu  Allah kəlamı  çox 
bəlağətli,  fəsahətli,  müəmmalı  bir  dildə  nazil 
olmuşdur. Peyğəmbərin dilindən söylənilən bir 
hədisdə onun zahiri və batini məzmunu olduğu 
bildirilir.  Təsadüfi  deyil  ki,  əsrlər  boyu  ensik-
lopedik  biliklərə  malik  alimlər Qurani-Kərimə 
yüzlərlə  şərhlər  yazsalar  da,  indiyədək  onun 
tam açılmamış ayələri qalmaqdadır.  
Tərcümə  işini  çətinləşdirən  başqa  bir 
cəhət  var.  Beləki,  Qurani-Kərimin  nazil  oldu-
ğu  ərəb  dili  leksik  fonduna  görə,  dünyanın  ən 
zəngin  dillərindən  biridir.  Eyni  zamanda  bir 
məna  bildirən  onlarla,  bəzən  yüzlərlə  sinonim 
sözlərlə yanaşı, bir sözün onlarla mənanı özün-
də  ehtiva  etməsi  də  adi  hal  kimi  sayılır. 
Qurani-Kərimdə Cahiliyyə,  yəni islama qədər-
ki ərəb poeziyasında tez-tez təsadüf edilən  ya-
rımçıq cümlələrin və yalnız ana dilini dərindən 
bilən  ərəblərin  özlərinin  anladığı  eyhamların 
çoxluğu da mütərcimlər üçün problemlər yara-
dır.  Ərəb  cümlələrində  söz  sırasının  Azərbay-
can  dilindəkindən  köklü  surətdə  fərqlənməsi, 
tabeli  mürəkkəb cümlələrdəki bir sıra bağlayı-
cıların  ədəbi  Azərbaycan  dilinə  yad  olması, 
feili  sifət,  məsdər  tərkiblərinin  ərəb  və  Azər-
baycan  dillərində  işlənməsinin  bir-birinə  uy-
ğun  gəlməməsi  və  s. ayələrin  ardıcıllığına ria-
yət olunmasına xələl gətirir, hər bir ayənin ay-
rılıqda anlaşılmasını qəlizləşdirir. 
V.Məmmədəliyev  müqəddəs  kitabımızı 
ana  dilimizə  çevirərkən  bütün  bunları  aradan 
qaldırmaq üçün onlarla ərəb, fars, türk dillərin-
dəki təfsirləri ələk-vələk edərək, Allah kəlamı-
nı  Azərbaycan  oxucusuna  mötərizədə  verdiyi 
qısa  şərhlərlə  daha  anlamlı,  hərfi  deyil,  lakin 
ərəb  mətninə  daha  uyğun  şəkildə  verməyə 
çalışmışdır.  Belə  böyük  əməyin  nəticəsidir  ki, 
Qurani-Kərimin  azərbaycancaya  qısa  şərhli 
tərcüməsi,  Bakıdan  başqa  Ukrayna,  Türkiyə, 
İran  və  Pakistanda  da  nəşr  edilmişdir.  Alim 
hər yeni nəşrdən əvvəl bir daha mətn üzərində 
işləmiş və bəzi dəyişikliklər aparmışdır. 
Vasim  Məmmədəliyevin  tərcüməyə  yaz-
dığı  ön  söz  ayrıca  bir  tədqiqat  işidir.  Əslində 
bu ön  söz  Azərbaycanda  ilahiyyat  və  islamşü-
naslıq elminin yenidən dirçəlməsinə təkan ver-
mişdir.  O,  külli  miqdarda  müxtəlif  tarixi  fakt-
ları  əhatə  etməklə,  elmiliyi  ilə  bərabər,  öz  bə-
diiliyi,  söz  düzümünün  gözəlliyi  ilə  oxucunu 
heyran qoyur.  
V.Məmmədəliyev  digər  elm  xadimlərin-
dən  bir cəhətlə  fərqlənir  ki, onu  Azərbaycanın 


AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU 
 
 
29 
ən  ucqar  guşələrində  belə  tanıyır  və  sevirlər. 
Bu onun  Qurani-Kərimi  dilimizə  çevirməsi  və 
mərkəzi  televiziya  ilə  apardığı  «Haqqın  dər-
gahı» verilişi ilə bağlıdır.  
Vasim Məmmədəliyevin «Haqqın dərga-
hı» verilişinə başlaması ölkəmizdə böyük sen-
sasiyaya  səbəb  oldu.  Çünki  70  il  yasaqlanmış  
dinimizi  belə  bir  alim  elmi  şəkildə  xalqımıza 
çatdırırdı.  V.Məmmədəliyev  hər  hansı  bir dini 
ayin,  mərasim  və  ya  islamla  bağlı  hadisədən 
danışanda onu bugünkü reallıqla gözəl şəkildə 
əlaqələndirir, saflığa, paklığa çağırır, gəncləri-
mizin yüksək mənəvi əsaslar üzərində tərbiyə-
lənməsini  təbliğ edir.  
Respublikamızda  son  zamanlar  mövhu-
mat  xarakterli  ədəbiyyatın  yayılmasının  qarşı-
sını  almaq  üçün  hörmətli  şeyximiz  Hacı  Al-
lahşükür  Paşazadənin  təşəbbüsü  ilə  Qafqaz 
Müsəlmanları  İdarəsinin  nəzdində  Elmi-Dini 
Şuranın  yaradılması  çox  böyük  əhəmiyyətə 
malikdir. Bu şuraya görkəmli din xadimləri və 
alimlər  daxildirlər.  Təsadüfi  deyil  ki,  belə  bir 
sanballı  şuraya  məhz  Vasim  Məmmədəliyev 
sədrlik edir. 
Vasim  Məmmədəliyevin  ərəb  dilində 
sərbəst və gözəl danışması barədə çox  yazılıb. 
Belə ki, müxtəlif  ölkələrdən gələn, adətən bir-
birindən  fərqli  məhəlli  ləhcələrdə  qonuşan 
ərəblər  onunla  ərəb  ədəbi  dilində  ünsiyyətdə 
olarkən  özlərini  yığışdırırlar.  Qeyri-ərəbin  ya-
nında doğma ana dilində səhvə yol verməkdən 
ehtiyat edirlər.  
Vasim  Məmmədəliyev  nəinki  ədəbiyya-
tımızın,  klassik  poeziyamızın,  eyni  zamanda 
ərəb,  fars  şeirinin  tanınmış  araşdırıcılarından 
sayılır. O, təsəvvüfü incəliklərinə qədər öyrən-
miş,  Mövlanə  Cəlaləddin  Ruminin  «Məsnə-
vi»si haqqında, hətta, İran və Türkiyə televizi-
yalarında  dəfələrlə  ətraflı  çıxışlar  etmişdir. 
Görkəmli  alim  bu  böyük əsərdən  çox  hissələri 
əzbər bilir.   
Vasim  Məmmədəliyev  Azərbaycan  mu-
siqisinin,  xüsusilə  də,  muğamlarımızın  gözəl 
bilicisidir. O, dəfələrlə muğam gecələrini apar-
mış,  respublikanın  görkəmli  xanəndə  və  mü-
ğənnilərinin  yaradıcılıq  görüşlərində  bir  mü-
təxəssis kimi çıxış etmişdir.  
V.Məmmədəliyevin  ömrünün  əsas  hissəsi 
Bakı Dövlət Universiteti ilə bağlıdır. Ona görə də 
Azərbaycanın  bu  ən qabaqcıl təhsil  məbədgahını 
ata  ocağı  qədər  sevir.  O,  1959–1964-cü  illərdə 
Şərqşünaslıq  fakültəsində oxumuş, 1964–1967-ci 
illərdə  aspirant  olmuş,  1968-ci  ildən  müəllimlik-
dən başlayıb, professor, kafedra müdiri və prorek-
tor  vəzifəsinə  (1991–1992)  qədər  yüksəlmişdir. 
Vasim Məmmədəliyev universitetdə yeganə şəxs-
lərdəndir ki, üst-üstə indiyədək 30 ilə yaxın dekan 
vəzifəsində  çalışır  (Şərqşünaslıqda  1981–1991, 
İlahiyyatda 1993-cü ildən).  
V.Məmmədəliyevin  geniş  mənada  şərq-
şünas-alim  kimi  elmi  fəaliyyətinə  qısa  nəzər 
saldıqdan  sonra  onun  Azərbaycanda  və  islam 
aləmində əldə etdiyi nailiyyətləri bir neçə kəl-
mə ilə yekunlaşdırmaq olar. 
Əgər  50-ci  illərin  sonundan  başlayaraq, 
şərqşünaslıq  aləmində  mərhum  prof.  Ələsgər 
Məmmədovun sayəsində Bakı praktik ərəb dili 
öyrədən  ən  məşhur  mərkəzlərdən  biri  hesab 
edilirdisə, hal-hazırda paytaxtımızın ərəb dilçi-
liyinin  tanınmış  ocaqlarından  birinə  çevrilmə-
sində sovet samişünaslarının lideri akad. G.V.Se-
retelinin  nəzəri  məktəbini  keçmiş  Vasim  Məm-
mədəliyevin  əvəzedilməz  xidməti  olmuşdur.  O, 
bu  sahədə  50-dən  çox  elmlər  namizədi  və  fəl-
səfə  doktoru,  4  elmlər  doktoru  yetirmiş,  özü 
isə  Azərbaycan  şərqşünaslarının  öndəri  kimi 
dünyanın  müxtəlif  ölkələrində  –  Rusiya,  Gür-
cüstan,  Polşa,  Türkiyə,  İran,  İraq,  Misir,  Livi-
ya,  Səudiyyə  Ərəbistanı,  Suriya,  BƏƏ,  Kü-
veyt, İndoneziya və sairədə keçirilən elmi top-
lantılarda  ləyaqətlə  vətənimizi  təmsil  edir. 
Ərəb  dilçiliyi  və  ilahiyyat  sahəsində  nail  ol-
duğu  elmi  nəticələr  ərəblərin  özləri  tərəfindən 
yüksək  qiymətləndirilmiş,  V.Məmmədəliyev 
İraq, Suriya və Misirdə Elmlər Akademiyasına  
müxbir üzvü seçilmişdir.  
1994-cü  ildə  60-a  yaxın  dövləti  təmsil 
edən  İslam  Əməkdaşlıq  Təşkilatı  nəzdindəki 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə