N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
ELXAN ƏZİZOV  
 
AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU  
 
 
Azərbaycanın  az  alimləri  həm  elmi  icti-
maiyyət  və  xalq arasında,  həm  də  vətənimizin 
hüdudlarından  kənarda  filologiya  elmləri  dok-
toru, professor Vasim  Məmmədəli oğlu Məm-
mədəliyev  qədər  geniş  şöhrət  qazanmışlar.  O, 
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin 
dekanı,  Ərəb  filologiyası  kafedrasının  müdiri, 
Qafqaz  Müsəlmanları  İdarəsi  nəzdində  Elmi-
Dini  Şuranın  sədri,  AAK  Rəyasət  Heyətinin 
üzvü,  Azərbaycanın  və  Dağıstan  Muxtar  Res-
publikasının  əməkdar  elm  xadimi,  AMEA-nın 
həqiqi  üzvü, İraq Elmlər  Akademiyasının, Su-
riya  Quran  Elmləri  və  Ərəb  Filologiyası  Aka-
demiyasının  və  Misir  Ərəb  Dili  Akademiyası-
nın  müxbir üzvü, İslam  Əməkdaşlıq Təşkilatı-
nın  Müsəlman  Hüququ  Akademiyasının  aka-
demiki  və  Azərbaycanın  orada  təmsilçisi,  İra-
nın  Beynəlxalq  Əhli  Beyt  Assosiasiyası  və 
Türkiyənin  Elmi  Araşdırmalar  Vəqfinin  üzvü-
dür.  Elm  və  təhsildə  səmərəli  fəaliyyətinə  gö-
rə,  «Şöhrət»  və  «Şərəf»  ordenləri,  «Yusif 
Məmmədəliyev»  medalı  ilə təltif edilmiş, Pre-
zident təqaüdünə layiq görülmüşdür. 
Vasim Məmmədəliyev 27 avqust 1942-ci il-
də  Bakıda  doğulmuşdur.  1959-cu  ildə  orta 
məktəbi  bitirib,  ADU-nun  Şərqşünaslıq  fakül-
təsinin Ərəb filologiyası şöbəsinə daxil olmuş, 
1964-cü  ildə  təhsilini  aspiranturada  Tbilisi 
Dövlət Universitetində davam etdirmişdir. Bu-
rada o, həmin dövr SSRİ samişünaslarının ön-
dəri  sayılan  akad.  G.V.Seretelinin  ən  sevimli 
yetirməsi olur.   
Vasim  Məmmədəliyev  26  yaşında  Tbili-
sidə  «Müasir  ərəb,  Azərbaycan  ədəbi  dilində 
və  İraq  dialektində  feilin  zaman  formalarının 
müqayisəli  tipoloji  təhlili»  mövzusunda  nami-
zədlik  dissertasiyası  müdafiə  etmiş  və  32  ya-
şında  keçmiş  SSRİ  miqyasında  ərəbşünaslıq 
sahəsində  ən  gənc  elmlər  doktoru  olmuşdur. 
Onun  bu  «rekord»unu  hələlik  heç  kəs  təkrar 
edə bilməmişdir.  
Namizədlik dissertasiyasında Vasim  Məm-
mədəliyev  gəldiyi  bir  sıra  nəticələrdən  biri  də 
odur  ki,  ərəb  dilində  keçmiş  zaman  formasında 
feil  əsası  şəxs  sonluqları  ilə  türk  dilləri  üçün 
səciyyəvi  olan  aqlütinasiya  üsulu  ilə  birləşdiyi 
halda, indiki-gələcək zaman formasında feil əsa-
sı ilə konfikslərin birləşməsi sami dillərinin özü-
nəməxsus aqlütinasiya üsulu ilə həyata keçirilir. 
İndiyədək  alimin  30-dan  çox  kitabı  nəşr 
olunmuşdur. Onlardan «Ərəb ədəbi dilində fei-
lin zaman, şəxs və şəkil kateqoriyaları», «Bəsrə 
qrammatika məktəbi», «Kufə qrammatika mək-
təbi»,  «Ərəb  dilçiliyi»,  «Quran  və  elm»  və  s. 
göstərmək  olar.  Burada  2  monoqrafiya  barə-
sində daha ətraflı fikir söyləmək kifayətdir.  
«Ərəb ədəbi dilində feilin zaman, şəxs və 
şəkil kateqoriyaları» əsəri ərəb dilçiliyi sahəsin-
də,  ümumiyyətlə,  irəli  atılmış  bir  addım  idi. 
Ərəb dilində zaman, şəxs və şəkil kateqoriyaları 


AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU 
 
 
27 
predikativliyin  qrammatik  özəyi  kimi  eyni  bir 
söz  formasında  təzahür  edir  və  feili  cümlənin 
əsasını  təşkil  edir.  Məhz  bu  baxımdan  müəllif 
həmin  3  kateqoriyanı  əlaqəli  surətdə öyrənməyi 
vacib bilmişdir.  
Əsərdə  bəzi  faktlar  müxtəlif  sami  dilləri 
ilə  müqayisəli  şəkildə  araşdırılmış,  yeri  gəl-
dikcə  klassik ərəb  dilinin  materiallarına  müra-
ciət olunmuş,  həmçinin  Azərbaycan, rus,  ingi-
lis, fars, tacik və s. dillərin faktlarından müqa-
yisəli  şəkildə  istifadə  edilmişdir.  Eyni  zaman-
da  ərəb  dilçilik  elminin  təşəkkülü  barəsində 
yeni mülahizələr irəli sürülmüş, müasir dilçili-
yin  bir  sıra  cərəyanlarının  mövzu  ətrafında 
konsepsiyaları hərtərəfli təhlil edilmişdir. 
Ümumiyyətlə, götürüldükdə Vasim Məm-
mədəliyevin  haqqında  danışılan  monoqrafiyası 
nəinki ərəb dilçiliyinin ən ümdə məsələrinin ka-
mil  tədqiqi,  həmçinin  ümumi  dilçilik  elminin 
inkişafına təkan  verən  mühüm  bir  hadisə kimi 
səciyyələnməlidir.  Ona  görə  də  1978-ci  ildə  rus 
dilində  nəşr  olunan  bu  kitab  V.Məmmədəliyevi 
SSRİ  şərqşünaslığında  aparıcı  alimlər  cərgəsinə 
çıxardı,  onun  tez-tez  şərqşünaslıq  mərkəzlərində 
namizədlik  və  doktorluq  dissertasiyalarına  oppo-
nentlik etməsinə səbəb oldu.  
«Ərəb  dilçiliyi»  monoqrafiyası,  demək 
olar  ki,  alimin  dünya  şərqşünaslığına  layiqli 
töhfəsidir.  Çünki  ərəb  qrammatika  elminin  tə-
şəkkülü,  onun  məktəbləri  haqqında  10  əsrdən 
çox  müddətdə  müxtəlif  səpkili  əsərlər  yazılsa 
da,  müasir  dilçilik  səviyyəsində  heç  bir  tədqi-
qat  işi  bu  möhtəşəm  problemin  həllini  axıra 
çatdıra bilməmişdir.  
Amma  Vasim  Məmmədəliyevin  özünün 
etiraf  etdiyinə  görə,  nə  Avropa,  nə  də  sovet 
şərqşünaslığında  ərəb  qrammatika  məktəbləri-
nin  istər  ayrı-ayrılıqda,  istərsə  də  bütövlükdə 
bir sistem kimi öyrənilməsinə, bu sistemin nə-
zəri və metodoloji əsaslarının tam şəkildə mü-
əyyənləşdirilməsinə,  onların  başqa  dilçilik  tə-
limləri  ilə  oxşar  və  fərqli  cəhətlərinin  ətraflı 
şərhinə həsr edilmiş monoqrafik tədqiqat və ya 
dərslik mövcud olmamışdır.  
Ərəb  dilçiliyi  tarixində  5  qrammatika 
məktəbi  məşhurdur.  Bunlar  Bəsrə,  Kufə, Bağ-
dad,  Əndəlis  və  Misir  qrammatika  məktəb-
ləridir. Əsərdə onların hər birinin meydana gə-
lib  formalaşması,  görkəmli  nümayəndələrinin 
həyat  və  yaradıcılığı,  dilçiliyə  gətirdikləri  ye-
niliklər və s. dərin elmi təhlil əsasında qələmə 
alınmışdır.  
V.Məmmədəliyevin  göstərilən  kitabı  ərəb 
dilçiliyinin  yaranması  dövründən  bu  günümüzə 
qədər  keçdiyi  mürəkkəb  yolun  geniş  panora-
masını əks etdirir. Burada qoyulan müxtəlif səp-
kili  məsələlərin  dərindən  öyrənilməsi  müəllifin 
ümumi  dilçilik  sahəsində  nəhəng  bir  şəxsiyyət 
olduğunu  bir  daha  sübut  edir.  Əsərdə  ayrı-ayrı 
məktəblərin  əsas  xüsusiyyətləri,  mənbələri,  nə-
zəri-metodoloji  əsasları,  terminologiyası,  müba-
hisəli məsələləri və s. ətraflı şərh edilir. Ərəb ya-
zısının və leksikoqrafiyasının inkişaf mərhələləri 
xüsusi diqqətlə izlənilir. 
Ərəb  dilçiliyi  sahəsində  fəaliyyət  gös-
tərmiş  Azərbaycan  alimlərinə  ayrıca  oçerkin 
həsr  olunması  elmimiz  üçün  kitabın  dəyərini 
daha da artırır.  
Alimin  fikrincə,  ərəbşünas  mütəxəssis-
lərin qarşısında duran mühüm vəzifələrdən biri 
ərəb  dilçiliyində  Azərbaycan  məktəbinin  ya-
randığı  ictimai-iqtisadi  şəraiti  araşdırmaq, 
Bəsrə,  Kufə,  Bağdad,  Misir  və  Əndəlis  mək-
təbləri ilə oxşar və fərqli cəhətlərini öyrənmək, 
ərəb  qrammatika  elminə  gətirdiyi  nəzəri-me-
todoloji yenilikləri tədqiq etməkdən ibarətdir. 
Vasim  Məmmədəliyev  humanitar  elmlə-
rin  müxtəlif sahələrinə dair 4 yüzə yaxın elmi, 
3  yüzdən  çox  elmi-publisistik  məqalə  və  mü-
sahibənin müəllifidir.  
Qurani-Kərimin  Azərbaycan  dilinə  tərcü-
məsi V.Məmmədəliyevin  sonrakı  elmi  yaradı-
cılığına böyük təsir göstərmiş, əslində onun yeni 
bir  istiqamətdə fəaliyyətinin əsasını qoymuşdur. 
Əgər həmin vaxtadək o, dilçi ərəbşünas kimi sa-
biq sovet məkanında və onun hüdudlarından kə-
narda özünə ad qazanmışdısa, bundan sonra ila-
hiyyatçı-alim kimi də şöhrətlənməyə başladı.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə