N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

AKADEMİK AXUNDOV AĞAMUSA AĞASI OĞLU  
 
19 
ki, Ümumi dilçilik kafedrasına müəllim, bir qə-
dər sonra baş müəllim təyin olunur; sonralar isə 
elə o kafedraya rəhbərlik edir. 1962-ci  ildə do-
sent elmi adını alan A.Axundov yenidən 3 il əv-
vəlki  tələbəlik  həyatına qayıdır – 1959-cu ildə 
Azərbaycan Pedaqoji  Dillər İnstitutunun (indi-
ki Azərbaycan Dillər Universiteti) Qərbi Avro-
pa  dilləri  fakültəsinin  İngilis  dili  şöbəsinə  da-
xil  olur  və  oranı  fərqlənmə  diplomu  ilə  bitirir 
(1965).      Sonralar  həvəslə  öyrəndiyi  dil  karına 
gəlir  –  1965–1966-cı  illərdə  Qahirənin  Eyn-
Şəms  Universitetində  Azərbaycan  dili  və  ədə-
biyyatından ingilis dilində mühazirələr oxuyur. 
Azərbaycan  dilçiliyi  tarixində  Ağamusa 
Axundov ən gənc elmlər doktorudur. 32 yaşın-
da (1964)  «Azərbaycan dilinin  fonemlər  siste-
mi  (fizioloji,  akustik,  statistik,  fonoloji  tədqi-
qat  təcrübəsi)»  mövzusunda  doktorluq  disser-
tasiyası  müdafiə  edir.  1967-ci  ildə  professor 
elmi adını alır. 
Respublika  konfrans,  seminar  və  müşa-
virələrində  «Dilçilikdə  fonem  problemi  və 
Azərbaycan  dilinin  fonetik  quruluşu»,  «Ümu-
mi  dilçilik  məsələlərinin  müasir  vəziyyəti», 
«Nitq  mədəniyyətinin  leksik  normalaşmasında 
tədris  ədəbiyyatının  rolu»,  «Radio  və  televiziya 
verilişlərinin  dili»,  «Məktəb  islahatı  və  Azər-
baycan  dili  müəllimlərinin  hazırlanması  siste-
minin daha da təkmilləşdirilməsi yolları», «Azər-
baycan  dilinin  tarixi-etimoloji  lüğəti»,  «Azər-
baycan ədəbi dilinin inkişafinda M.F.Axundovun 
rolu», «Dərsliklərin dili», «Əhməd Cavadın dili», 
«Naxçıvan sözünün mənşəyi», «Azərbaycan dili 
əsrin  astanasında»,  «Dil  tariximizin  iki  ili», 
«Termin  yaradıcılığı:  yolumuz  hayanadır?», 
«“Kitabi-Dədə  Qorqud”  Azərbaycan  dilinin  qə-
dim abidəsi kimi» mövzularda məqalələri, çıxış-
ları maraqla qarşılanır. 
A.Axundovun  böyük  uğurlar  qazanan 
elmi məruzələrinin sorağı beynəlxalq kürsülər-
dən  də  gəlir.  1960-cı  ildə  Çernovsı  şəhərində 
keçirilmiş  Ümumittifaq  ali  məktəblərarası 
«Tətbiqi  dilçilik»  elmi  konfransında  «Tətbiqi 
və  riyazi  dilçilik  metodlarının  türk  dillərinə 
tətbiqi»,  1963-cü  ildə  Frunze  (indiki  Bişkək) 
şəhərində  Türk  dillərinin  dialektologiyasına 
həsr  olunmuş  IV  Məhəlli  müşavirədə  «Azər-
baycan  dili  dialektlər  sisteminin  struktur  təh-
lili», 1964-cü ildə Səmərqənddə «Müasir dilçi-
liyin  aktual  problemləri»  və  Y.D.Polivanovun 
linqvistik irsinə həsr olunmuş elmi konfransda 
«Türk  dillərində  şəkilçi  morfemlərin  fonema-
tik  tərkibi»,  1967-ci  ildə  Praqada  VI  Beynəl-
xalq fonetika elmləri konqresində «Türk dillə-
rində  şəkilçi  morfemlərin  fonematik  tərkibi», 
1970-ci  ildə  Minskdə  leksikologiyanın  aktual 
problemləri  üzrə  Ümumittifaq  elmi  konfran-
sında  «Sözün  semantik  strukturunun tarixi  də-
yişməsində  fonetik  amilin  rolu»,  həmin  ildə 
Mahaçqalada  Qafqaz  onomastikası  Ümumitti-
faq  elmi  seminarında  «Toponimikanın  əsas 
prinsipləri»,  1972-ci  ildə  Ankarada  Türk  Dil 
Qurumunun  Beynəlxalq  elmi  qurultayında 
«Azərbaycan  dilinin  fonetik  sistemində  heca 
ilə  bağlı  bəzi  qanunauyğunluqlar  haqqında», 
1973-cü  ildə  Alma-Atada  türk  dillərinin  dia-
lektologiyası  üzrə  VII  Məhəlli  konfransda 
«Azərbaycan dili tarixi dialektologiyasının bə-
zi  linqvocoğrafi  məsələləri»,  Ujqorodda  Ş.Pe-
tefinin  150  illiyinə  həsr  olunmuş  elmi    kon-
fransda  «Şandor  Petefi  Azərbaycan  dilində», 
1974-cü ildə Penzada Volqaboyu onomastikası 
üzrə V elmi konfransda «Volqaboyu türk ono-
mastikası», 1976-cı ildə Alma-Atada Ümumit-
tifaq  türkologiya  konfransında  «Azərbaycan 
ədəbi  dilinin  dövrləşdirilməsi»,  1980-ci  ildə 
Daşkənddə  III  Ümumittifaq  türkoloji  kon-
fransda  «Türk  dillərində  səs  uyğunluqlarının 
fonoloji  modelinin  qurulması  prinsipləri  haq-
qında»,  1984-cü  ildə  Belqradda  Balkanşünas-
ların  V  Beynəlxalq  konqresində  «Türk  dilləri-
nin  məntiqi  tipinin  qurulmasının  bəzi  məsələ-
ləri», 1985-ci  ildə Aşqabadda IV Ümumittifaq 
türkoloji  konfransda  «Türk  dillərinin  təsviri 
qrammatikalarının  tətbiqi  ilə  bağlı  olaraq  türk 
dillərinin  məntiqi  tipinin  öyrənilməsinin  əhə-
miyyəti»,  1987-ci  ildə  Tbilisidə  akademik 
A.Şanidzenin  100  illiyi  münasibətilə  «Kartvel 
2 * 


NADİR MƏMMƏDLİ 
 
20 
dillərinin tarixi  quruluşu» Beynəlxalq simpozium-
da  «A.Şanidze  və  türk  dillərinin  qrammatikası», 
1988-ci ildə Lüblyanada ali məktəblərarası elmi 
konfransda  «Azərbaycan  dilində  ingilis  şəxs 
adları  (orfoqrafiya  və  orfoepiya  məsələləri)», 
1990-cı  ildə  Kayseridə  I  Millətlərarası  böyük 
qurultayda  «Azərbaycan  dilinin  estetik  məsə-
lələri», Nukusda  «Qıpçaq dilləri: tarix,  müasir 
dövr» elmi konfransında «Bir daha Azərbaycan 
dilində qıpçaq ünsürləri haqqında», 1992-ci ildə 
Moskvada  dilçiliyə  dair  konfransda  «Sistemli 
variantlıq dillərin tipoloji əlaməti kimi», İstam-
bulda  II  Beynəlxalq  türk  dili  qurultayında 
«Türk  dillərinin  məntiqi  tipinin  qurulmasının 
bəzi  məsələləri»,  1995-ci  ildə  Tokioda  Tyo 
Bunko Elmi Kitabxanasında «Azərbaycan dili: 
dünən  və  bugün»,  1997-ci  ildə  Urmiyədə 
Beynəlxalq  elmi  konfransda  «Farsdilli  Azər-
baycan  poeziyasının  ana  dilinə  tərcüməsi  ta-
rixindən»  mövzularında  sanballı  məruzələr 
etmişdir. 
A.Axundov ictimai işlərdə də fəal iştirak 
etmiş, bir sıra rəsmi qurum və təşkilatların fəal 
üzvü,  beynəlxalq  müşavirə  və  seminarların 
iştirakçısı  olmuş,  diplom  və  medallarla  təltif 
edilmişdir.  O,  1973-cü  ildə  Moskvada  Böyük 
Kreml  sarayında  ali  təhsil  işçilərinin  Ümumit-
tifaq müşavirəsində, 2 dəfə ABŞ-da Dostluq sə-
fərində  olmuş,  Nyu-Orlean  şəhərinin  fəxri  və-
təndaşı adını almışdır (1975, 1987). 1994-cü il-
də  İstambulda  türk  respublikaları  prezidentlə-
rinin Zirvə toplantısında iştirak etmişdir.  
A.Axundov Azərbaycan SSR Ali Soveti-
nin (1969), Ümumittifaq «Bilik» Cəmiyyətinin 
(1973)  Fəxri  fərmanları,  Daşkənd Dövlət  Uni-
versitetinin  50  illik  yubileyi  (1970),  Tbilisi 
Dövlət  Universitetinin  xatirə  (1988)  medalları, 
Azərbaycan Respublikası Prezidentinin sərənca-
mı ilə «Şöhrət» ordeni (2000), əməkdar elm xa-
dimi (1990) fəxri adlarına layiq görülmüşdür. 
 Berlində  nəşr  olunan  «Phonetik,  Sprachwis-
senschaft  und  Kommunikationsforschung»  beynəl-
xalq  elmi-nəzəri  jurnalın  redaksiya  heyətinin 
üzvü  (1978),  2  il  sonra  məsləhətçisi,  eləcə  də 
Azərbaycan Yazıçılar və Jurnalistlər Birlikləri-
nin  İdarə    Heyətlərinin  (1991),  «Sovetskaya 
türkologiya»  jurnalının  redaksiya  heyətinin 
üzvü (1980), sonralar «Türkologiya» beynəlxalq 
jurnalının  baş  redaktoru  (1993–2014),  «Azər-
baycan»  jurnalı redaksiya  heyətinin (1991), To-
ponimiya  Komissiyasının  (2000),  Ali  Attesta-
siya  Komissiyası  Rəyasət  Heyətinin  (1994), 
respublika  prezidenti  yanında  Terminologiya 
Komitəsinin  (1998)  və  Əfv  Komissiyasının 
(2001), Atatürk Universiteti Araşdırmaları İns-
titutu  jurnalının  Elmi  Şurasının  üzvü  (2000), 
Türk  Dil  Qurumunun  fəxri  üzvü  (2000), 
«Azərbaycan  EA-nın  Xəbərləri  (ədəbiyyat,  dil, 
incəsənət  seriyası)»  jurnalının  baş  redaktoru 
(2000),  Azərbaycan  Respublikası  Nazirlər 
Kabineti Dövlət Dil Komissiyasının sədr müa-
vini  (1993,  1998)  seçilmişdir.  2000-ci  ildə 
«Kitabi-Dədə  Qorqud»  dastanının  1300  illiyi 
münasibətilə  təşkil  edilmiş  Yubiley  Komissi-
yasının  üzvü  olmuş,  fəal  iştirakına  görə  Azər-
baycan  EA  Rəyasət  Heyətinin  təşəkkürünü 
almışdır. 
Azərbaycan Elmlər Akademiyası Nəsimi 
adına  Dilçilik  İnstitutunun  direktoru  (1990–
2012), 1999-cu ildə ADU-nun Azərbaycan dil-
çiliyi  və  dil  nəzəriyyəsi  kafedrasının  müdiri 
vəzifəsinə,  müxtəlif  vaxtlarda  4  dəfə  univer-
sitetin  Filologiya  fakültəsinin dekanı  seçilmiş-
dir (1967, 1970, 1980, 1985). 1980–1990 illər-
də  BDU-da,  1991–1998-ci  illərdə  Azərbaycan 
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçi-
lik İnstitutu nəzdində namizədlik və doktorluq 
dissertasiyalarının  müdafiəsini  keçirən  Disser-
tasiya  Şurasının,  1993-cü  ildə  Azərbaycan 
Respublikası  Ali  Attestasiya  Komissiyasının 
humanitar  elmlər  üzrə  Ekspert  Şurasının, 
1994-cü  ildə  Dilçilik  üzrə  Respublika  Əlaqə-
ləndirmə  Şurasının  sədri  olmuşdur.  2001-ci  il 
Ağamusa  Axundov  üçün  daha  uğurlu  olmuş-
dur.  Belə  ki,  «Dünya  dilləri»  kitabının  hazır-
lanmasında  xidmətlərinə görə UNESCO təşki-
latının  sertifikatını  almış,  AMEA-nın  müxbir 
üzvü, Humanitar və İctimai Elmlər Bölməsinin 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə