N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 
 
19 
/  dərəqqu  /  dərəğluquş    /    keklitarax  /  kəkildarax  /  hüthüt  /  hophop  / 
bubub / / bupbu / aşnabup / şinəbup / kələmamatipdigan balaca  qara  quş>,  suvilliti  <çay  quşu>,  qərənquş  /  qarranquc,  çöltouği  / 
çöltoği,  qaşqaldəğ,  kəjələ  /  çalağan  /  şilovli,  sağsağan  /  şoraqəcələ  / 
qəcələ,  hacıleyləx',  qaratouğ,  alacəhrə,  pitdigən  /  birəbitdiyən  / 
bürəbütdən,  k'ok'əng,  çərə  qarğa,  düləçə,  dıradıra,  kərkincəx',  yapalax
k'uk'ut,  nənəcürt,  qajır,  quzğun,  quzuyötürən,  qızılquş,  qarabatdax
qojazığzığ,  arıquşu,  dədəciv,  dəvdəv,  zaxca,  bozbuxa,  alazığzığ
çovanalladan,  qaraboğaz,  anqut,  cütquşu,  gühgüh,  yaylımquşu,  çil,  arı 
qıran və s. 
 
Çöl  quşlarının  tədqiqi  zamanı  müxtəlif  xüsusiyyətlərə  malik  olan, 
rənginə,  həyat  tərzinə,  insanların  istifadəsinə  və  s.  cəhətlərinə  görə  fərq-
lənən quşların və onların adlarının böyük bir tədqiqata ehtiyacı olduğunu 
müşahidə etdik. Bəzi quş adları fonetik tərkibcə fərqlənsə də, bəzən eyni 
quşun  müxtəlif adlarına, sinonim  variantlarına rast gəlirik. Sinonim  vari-
antların  leksik-semantik  və  fonosemantik  açıqlaması  Azərbaycan  dilinin 
qədim  leksik  qatının  öyrənilməsi  üçün  çox  əhəmiyyətlidir.  Bəzən  də  bir 
quşun digər quşa  bənzədilməsi  yolu  ilə addəyişmə  müşahidə olunur: gö-
yərçin // tovuzquşu
İ.  Cəfərsoylu,  türk  dillərində  eyni  adla  adlandırılmış  xeyli  quş  adı 
qeydə almışdır: qara quşboz quşboz doğanala doğanala tağanakağ 
babaqara bababay qaraquş qaraalp qaraçal qaraqızılquşlaçın 
və  s. Müəllif  həmçinin  şaman  miflərində Ana Ağac və Quş Atadan  bəhs 
olunduğunu da yazır [13. S. 232, 234]. 
«Qıpçaq qrupu türk dillərində quş ovçuluğu ilə əlaqədar leksik-ter-
minoloji vahidlərdən şunkar, laçın və toğan sözlərini də misal göstərmək 
olar.  Bunlar  əsl  ovçuluq  vasitələridir.  Türklər  ovu,  əsasən,  bu  quşlar  va-
sitəsi ilə edirmişlər. Qədim türk yazılı abidələrində şahin (qızılquş, tərlan) 
quş adının bir neçə formasına rast gəlmək olur. M. Kaşğarinin, qədim ru-
nik  yazıların  və qədim uyğur  mənbələrinin dilində çağru, kekük, şunkar, 
sonkur, laçın, toğan sözlərinə rast gəlmək olur» [14. S. 221–222]. 
M.  Kaşğari  bəzi  quşlar  haqqında  belə  bir  məlumat  da  vermişdir: 
«çaflı / çağrı – şahin [3. IV. S. 124–125], turumtay – yırtıcı bir quş [3. IV.   
S. 375], toğrul − yırtıcı bir quş, min qaz öldürüb birini yeyir» [3. IV. S. 554]. 
İqtisadiyyatın,  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi,  yeyinti  baxı-
mından ev quşlarının (toyuq, xoruz, beçə, fərə, ördək, qaz, hinduşqa və s.) 
saxlanılması,  onların  müxtəlif  cinslərinin  əldə  olunması  təsərrüfatın  əsas 
işlərindən  birinə  çevrilmişdir. Hətta çöl quşu  hesab olunan  bildirçinin də 
kütləvi  istehsalına  başlanılmışdır.  Quşçuluq  sənayesinin  inkişafı  üçün 
Azərbaycanın  bir  çox  yerlərində  «broyler»  quşçuluq  fabrikləri  fəaliyyət 
göstərir.  Bununla  belə  xırda  təsərrüfatla  məşğul  olan  hər  bir  ailənin  də 
özünəməxsus  quşçuluq  təsərrüfatı  vardır.  Azərbaycan  dilinin  dialekt  və 
2 * 


 
 
20 
şivələrində  quşçuluq  təsərrüfatı  ilə  bağlı  olan  bir  çox  sözlər  işlənir  ki, 
bu da etnolinqvistik, fonosemantik təhlil baxımından maraq doğurur. 
 
Güdül sözü Çənbərək şivəsində  ‘quyruqsuz toyuq’  mənasında  işlə-
nir. Məlumdur ki, quyruqsuz toyuq olmaz, hər halda quyruğu gödək, qısa 
olduğu  üçün  bu  toyuq  növü  güdül  adlanmışdır.  Güdül  sözünün  kök 
morfemi ilə gödək / güdək və qısa / qıssa sözlərinin kök morfemi eynidir. 
g  ~  q  dəyişmələrinin  Azərbaycan  dili  dialekt  və  şivələri  üçün  xarakterik 
olduğunu  nəzərə  alsaq,  fikrimiz  daha  inandırıcı  olar.  Azərbaycan  dili 
dialekt və şivələrinin şimal, şimal-qərb, qərb arealı üçün q, şərq, cənub-şərq 
və cənub arealı üçün g samitinin işlənməsi xarakterikdir. k → k'g → q səs 
axarı samitin dilarxasına doğru meyilləndiyini göstərir (k'arqəlqetinak' 
və s.) ki, buna da qıpçaq ünsürləri kimi baxmaq olar. gü- / gö- / gi- / qı- qa- 
və  i.  a.  yuvasından  törəyən  güdül  sözü  böyük  bir  söz  ailəsinin  üzvüdür: 
güdəlməkgödərəkqısmaqqısalmaqqısılmaqgödək // güdəkqısa və s. 
 
Azərbaycan  dilinin  dialekt  və  şivələrində  müşahidə  olunan  quyru-
ğugödək,  qısaquyruqlu  quş  adlarına  diqqət  yetirsək,  səs  keçidlərini  daha 
aydın  görmək  olar:  simə  (Göyçay),  sümeg  (Bakı),  tümiğ  (Ağsu),  lümə 
(Ağsu,  Bakı,  Gəncə,  Naxçıvan,  Salyan,  İrəvan),  lüməg  (Bakı,  Şamaxı), 
nimmə (Kəlbəcər), dümbə (Mingəçevir, Yevlax), dümbül (Şəki), dümbəx' 
(Cəbrayıl, Mingəçevir, Oğuz, Şəki) və s. 
Bu sözlərin fonetik tərkibinə birlikdə nəzər saldıqda s → t → d → l → n 
səs  axarı  əsasında  yaranmış  fonetik  variantlar  üzə  çıxmış  olur.  Ayrılıqda 
yanaşma zamanı tümbül və nimmə sözünün eyni  kök morfemlə bağlanan 
fonetik  variantlar  olduğunu  söyləmək  çətin  olardı.  Həmçinin  bu  sözlər 
‘qısaquyruq’  mənasında  işlənsə  də,  tük  sözü  ilə  daha  çox  bağlıdır.  Bu 
cəhətdən aşağıdakı sözlərə də nəzər salaq. 
 
Tümbül sözü Şamaxı şivələrində ‘tükü tökülmüş ’ mənasında 
işlənir.  Tü-  kök  morfemi  əsasında  formalaşan  bu  söz oğuz  elementləri  ilə 
seçilir.  M.  Kaşğari    sözünün  ‘saç’,  ‘tük’,  ‘qıl’  mənalarında  işləndiyini 
göstərmişdir [3. IV. S. 582]. Yazılı abidələrdə tülütülək kimi sözlərin də 
‘tükünü  tökmüş’  mənasında  işləndiyi  məlumdur.  ‘Tədriclə  tükü  tökülmək 
(quş haqqında)’ mənasında işlənən tümbülləşməy feli də Şamaxı şivələrində 
müşahidə edilmişdir: Bizim toyuğ tümbülləşir. ‘Tükünü tökmək’ mənasın-
da tülənmağ (Xaçmaz, Quba) / tüləməx' (Ağdam, Cəbrayıl, Kəlbəcər, Min-
gəçevir, Şəki, Şəmkir, Zəngilan) / tülənməy (Şamaxı) sözləri də müşahidə 
edilmişdir.  M.  Kaşğari  ‘tükünü  tökmək’  mənasında  tülə  sözünü  qeydə 
almışdır [3. IV. S. 585]. 
Tü- kök morfemi qədim türk mənşəli söz olub, cü- / çü- / sü- və s. 
fonetik variantları ilə uyğunlaşan, ‘çıxmaq’, ‘dikəlmək’ anlamını verən fel 
kök  morfemindən  törəmişdir.  Çünki  tük  sözünün  özü  də  iki  morfemdən 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə