146
Uyma bu fəna mülkinə, ey dəvəti yox kəs,
Bətni-Anadan məzaracan dünyadı Məhbəs!
Dünya ağılın zindanı, məhbəs yeridir, bil,
Dünya ürəyin iztirabı, dərd-səridir, bil.
Ol kəs ki hələ fəxr eləyir dövləti-vardan,
Yoxdur xəbəri qarĢıdakı soyuq məzardan.
Adəm ilə Həvvadı salan xilqəti Oyuna,
Nacinsdir əməl etməyən öz adəmi-soyuna:
Qaldır yuxarı, ey Ata, bu badeyi-camı,
Nakam olanın meydədi son cürmeyi-kamı!..
BĠZ
Haqqın dərgahına Fərhadlar kimi
Əlində külüngü gələnlərik biz.
Qəlbində gizlədib kədəri, qəmi,
Həsrətin üzünə gülənlərik biz.
Mənasız gəlmədik biz bu həyata.
Andı, sədaqəti vermədik bada.
Bu zəri, zərgəri saxta dünyada
Saf zərin qədrini bilənlərik biz.
Hər ağıl anlamaz sevdanın gücün.
Tacdan yuxarıdır bizimçin hüsn.
Bir zərif ürəyə yol açmaq üçün
Min dağın köksünü dələnlərik biz.
Birdən uca deyil məqamı yüzün.
Əyrinin ağası, quluyuq düzün.
EĢqin kitabından xəyanət sözün
Bağrının qanıyla silənlərik biz.
147
Eldən ayrı deyil bizim baxtımız.
Haqqa dua ilə keçir vaxtımız.
Qurulub qəm üstə könül taxtımız,
Sevincin hamıyla bölənlərik biz.
MƏRDLĠK HEKAYƏSĠ
Bir yol gedən ixtiyar danıĢdı bir əhvalat.
O gündən indiyəcən yaĢayıram narahat.
--Bir yol ilə gedirmiĢ iki nəfər yanaĢı,
Biri yol bilən imiĢ, o biri isə naĢı.
Yol bilən atlı olub, naĢı olan piyada.
Hamının vəziyyəti eyni deyil dünyada.
Gedəcəyi ünvana naĢı yolu soruĢur,
Atlı deyir ünvana ən dürüst yolun budur.
Günorta olduğundan yemək yeyirlər onlar,
Azuqə boğçasında atlının hər nəyi var...
Duranda boĢ cibini ona göstərib naĢı,
Yetiməm, kimsəsizəm deyib tökür göz yaĢı.
Yol bilən yol xərcini bölür Dədə malı tək,
NaĢı dərdin unudub olur xürrəm, sevincək...
Səfər üstə piyada deyir son xahiĢim var:
YaxĢılığı sonacan xas kiĢilər bacarar.
Minim atını, azca piyada get sən yolu ,
Vallah, qiyamətəcən razı qallam, eloğlu!
Yol bilən atdan düĢüb yerini verir yada.
Arzuları, məramı bir anda gedir bada.
NaĢı atı minərək XÜDAHAFĠZ!--söylədi.
Səndən axmaq dünyada hələ görmədim,--dedi.
Əvvəl yolu göstərdin, sonra da yedizdirdin,
Cibinin xərcini də tən bölüb mənə verdin.
Altının atını da əlindən almıĢam mən,
Bayaqkı it günümə bax səni salmıĢam mən.
Bu dünya axmaqlara hərdən belə dərs verir,
148
Ağıllıya çətində, darda son Ģans göndərir...
Yol bilən dedi: NaĢı, xəyal səni aldadır,
Haram iĢlər həmiĢə əvvəl-əvvəl bal dadır.
Çəkərsən bir gün gələr cəzasın bu pisliyin,
Sənə ağır oturar qazancdan hərisliyin.
Etdiyim hər bir Ģeyi halal edərəm sənə,
Yalnız bir sözü burda KiĢi kimi ver mənə:
Burda etdiklərini kimsəyə açıb demə!
NakiĢilik bu yurdda minməsin açıq dəbə.
Daha heç kəs heç kəsə kömək əli uzatmaz,
Yad bir yana, qardaĢın qardaĢ dadına çatmaz.
NaĢı dedi: Mən atlı, sən adi bir piyada--
Bu hünərim dillərə düĢməlidir dünyada!..
YaxĢılığı kimsədən mən görmədim heç zaman:
Təkcə sənsən qarĢıma çıxmıĢ o axmaq insan.
Nərd atıb bu həyatda, mən Oyunu udmuĢam,
Əlimə fürsət düĢüb, bəxt quĢumu tutmuĢam.
Alçağa çevrilsə də, bundan belə el, vətən...
Məndən heç vaxt yaxĢılıq, bir kiĢilik görməzsən!!
...Yol bilən öz yolunu piyada baĢa vurdu,
Yamanlıqlar önündə yaxĢılıqlarla durdu.
Bəli, vardır dünyada ilahi bir tarazlıq--
Səhərlərə yol açır GünəĢ adlı bir azlıq!!
AZ ƏRlər ölkəsində hər kəsin öz adı var:
Mərdliyi namərdliyə dəyiĢməyək, AZ dostlar!
GÖZƏL ALLAHIM!!!
―Allah gözəlliyin özüdür.‖
Həzrəti-Rəsul (s) cənablarının
kəlamlarından.
Ey bəĢər! Könlünü daim açıq tut,
Gözəl rəhmi var gözəl Allahın.
ġeytanın, iblisin adını unut,
Gözəl ismi var gözəl Allahın.
Dostları ilə paylaş: |