Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

185 
 
Düz yolda  hər gündüz, gecə maneə, 
Hər addım baĢında neçə düĢmən var... 
 
Yalan məktəbidir elə bil həyat, 
Doğruya nə hörmət, nə də ki yer var. 
Ağızda udulan oksigen deyil, 
Yalanı hava tək udur insanlar... 
 
Yalan vəzifəli,  yalan maĢınla... 
Doğru ömrü boyu piyada qalır. 
Düzlük santimetr,  əyri arĢınla 
Dünyanın gözündə qiymətlər alır... 
 
Ömürlər qısadır, arzular böyük... 
Bayrağa dönənlər daha sağ deyil. 
Ömürlər, talelər oyundur gerçək-- 
Arzular, ümidlər oyuncaq deyil. 
 
Sevincdən uzağıq, dərddə baĢdayıq. 
Baharın adı var, soyuq qıĢdayıq. 
BeĢikdən qəbirə biz savaĢdayıq-- 
Bu dünya meydandır, boĢ qucaq deyil. 
 
Ömrü məngənədə sıxır dar zaman. 
Heç kəsə verilmir bir möhlət, imkan... 
Ölüncən əlləĢib çalıĢır insan: 
Ehtiyac  kor pazdır, düz bucaq deyil. 
 
BAKI nefti üçün çarpıĢır cahan. 
Siyasət yürüdür yerindən duran... 
Odlar Yurdumuzun bağrından çıxan 
Azəri qanıdır, yanacaq deyil.   
 
 
 Yollarda yol kəsən yolçudan  çoxdur. 
Tarix addımlayır geriyə doğru. 


186 
 
Məqsədin heç yerdə düz yolu yoxdur
GünəĢ də  fırlanır əyriyə doğru... 
 
...BoĢluğa dirənib dayanmıĢam mən. 
Önümdə nə uçrum,  nə də sədd durur. 
Əlimi üzmüĢəm daha  ümiddən, 
Sinəmdə boĢuna ürəyim vurur... 
 
Ünvansız  naməlum yola düĢmüĢəm, 
Yolun nə əvvəli, nə sonu vardır. 
Önümdə əbədi qaranlıq guĢəm, 
Arxamda boĢluğun boz fonu vardır. 
 
Dillər söz üyüdən dəyirman olub, 
Ürəklər  hisslərin məzarı burda. 
SovulmuĢ zəmiyə çəyirtgə dolub
Kor gözlər ağlayır qup-quru yurda. 
 
Səhrada su kimi qəhətdir vicdan. 
Alıb aldatmaqdır hamının iĢi. 
Ġrəli aparmır heç nəyi zaman, 
Tərsinə fırlayır fələk gərdiĢi. 
 
BoĢluğa dirənib dayanmıĢam mən. 
Önümdə nə uçrum, nə də sədd durur. 
Əlimi üzmüĢəm hər bir ümiddən, 
Sinəmdə boĢuna ürəyim vurur... 
PS: bu Ģeir müəllifin  ―Ana ürəyi‖ poemasından 
 götürülüb. 
 
                                                  OLMUR 
Daha iki ayaqlı yaĢamaq olmur, 
Enək dörd ayağa-- əllərin üstə?! 
Daha ağlı baĢda heç kim doğulmur. 
Gedək məsləhətə ölülərin üstə?! 
 


187 
 
Yeyir canavar tək insanı insan.  
Verilir ölüyə dirilər ehsan... 
Məchul bir nöqtədə dayanıb zaman, 
Ġllər gəlməyəcək illərin üstə. 
 
VətəndaĢ yurdunda çevrilib yada. 
Bir addım baĢında durub min xəta. 
Hələ bundan sonra qoca dünyada 
Kimlər yeriyəcək kimlərin üstə?!. 
 
Mini pozan yerdə biri yazardır. 
Həyatın hər anı ölüm-azardır. 
Elə, ən yaxĢı yer dərin məzardır-- 
Güllər qoyulacaq güllərin üstə. 
 PS: bu Ģeir müəllifin  ―Ana ürəyi‖ poemasından 
 götürülüb. 
 
 
            KĠM BĠLĠR? 
Öndə bir düĢmən var--adı  erməni, 
Arxada neçədir onu kim bilir? 
Kim açıb bir XALQa  iki cəbhəni, 
Nədir bu oyunun sonu kim bilir? 
 
Xəstədir can verir AZƏRBAYCANım. 
Axır quru yurda bir XƏZƏR qanım. 
Ey mənim qardaĢım,  ey mənim canım, 
Kim tökür bu qədər qanı kim bilir? 
 
Bülbüllər ağlardır güllərə görə, 
Çox baĢlar kəsilir dillərə görə... 
Bu haqsız, mürvətsiz illərə görə 
Haqq-hesab çəkilən anı kim bilir? 
 
Allahmı unudub yoxsa bəndəni?! 
Həmzə Koroğluya gəlir hədəni. 


188 
 
Hər azğın bir səmtə çəkir Vətəni, 
Haradır millətin yönü kim bilir? 
 
Dilimdən, qəlbimdən düĢməyir VƏTƏN! 
Dünya  dəyiĢməzdir--  insanlar həmən. 
Namərdcə arxamdan bir gün ya düĢmən, 
Ya da  dost vuracaq məni kim bilir?!.  
PS: bu Ģeir müəllifin  ―Ana ürəyi‖ poemasından 
 götürülüb. 
 
                                                     DÜNYANIN 
Qaçqını hakimdir, məskunu--məhkum, 
Tərsinə fırlanır valı dünyanın. 
Heç kəsin kitabın oxumur heç kim, 
Tamam tapmacadır halı dünyanın. 
 
Həmən köhnə hamam, həmən – dəyirman... 
Bir ölü nöqtədə dayanıb zaman. 
Bir qara qəpiyə dəymirkən ĠNSAN, 
Dünyadan bahadır malı dünyanın. 
 
Ölümlə yazılıb hər səhifəsi. 
Ən salim yeridir qara məhbəsi.  
―Müqəddəs ana‖dır  hər  fahiĢəsi, 
Təzə dil öyrədir lalı dünyanın. 
 
Qəribdir vətəndaĢ,  qürbətdir VƏTƏN. 
Əksilmir baĢlardan bu duman, bu çən. 
Eyni OX üstündə hey fırlanırkən, 
Sağına boylanmır solu dünyanın. 
 
Ayırmaz yamanla yaxĢının fərqin. 
Gözəllik Kralı seçilir çirkin... 
Yalan dəryasında batırkən hər gün 
Sudan quru çıxır çulu dünyanın. 
 


189 
 
Qalxanın xəbəri yoxdur enəndən. 
Bu günün xəbəri yoxdur dünəndən. 
Ġnsanı  həyata gəldiyi gündən 
Aparır məzara  yolu dünyanın... 
 PS: bu Ģeir müəllifin  ―Ana ürəyi‖ poemasından 
 götürülüb. 
 
                              HƏR YOLUN BAġINDA BĠR ƏFĠ ĠLAN 
Hər yolun  baĢında  bir  Əfi Ġlan, 
Hər Ģirin dil altda bir zəhər yatır. 
Hər əmin könüldə bir sonsuz güman, 
Hər ünvan baĢında bir səfər yatır. 
 
Könül, aslan kimi atıl həyata, 
Əbədi məğlublar olmur dünyada. 
Əyilmə düĢmənə, satılma yada: 
Hər savaĢ sonunda bir zəfər yatır. 
 
Həyat bir məhbəsdir ömürdən öncə. 
Uyma qanad açıb uçan cəfəngə. 
Müdriklər inanmaz  yüngül sevincə
Hər xürrəm könüldə bir kədər yatır. 
 
Hər qıĢın axırı güllü bahardır. 
Hər Məcnun bir üzü Leylaya yardır. 
Hər zülmün, zalımın bir  sonu vardır: 
Hər zülmət sonunda bir səhər yatır. 
PS: bu Ģeir müəllifin  ―Ana ürəyi‖ poemasından 
 götürülüb.  
 
         QOCA DÜNYADA 
Bir can borcumuz var qoca dünyada 
Uca Tanrımızın öz qarĢısında. 
Bu borc qaçılmazdır, cəhdlər bihuda: 
Sərvət qarĢısında, söz qarĢısında... 
 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə