Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

175 
 
Hər qadın qəlbində nifrətin boğur
Hər qadın gözündə eĢqin bildirir... 
Bütün kiĢiləri qadınlar doğur, 
Bütün kiĢiləri qadın öldürür!! 
 
 
                                                      RĠCƏT 
Hərdən soruĢuram mən öz-özümdən 
Həyatın yolları haradan keçir? 
Aslanlar, pələnglər niyə güllədən, 
Çaqqallar, tülkülər aradan keçir? 
 
Ümid bağlamadım quru minnətə, 
Bilet aramadım hazır cənnətə. 
Tarixə görk olan Ģana, Ģöhrətə 
Ġsgəndərin yolu Daradan keçir. 
 
Həyat çox gözəldir baxsaq uzaqdan
Qorun yaxındakı Ģərdən, nahaqdan... 
Həqiqət yolunu küncdən, bucaqdan, 
Yalanlar meydanı paraddan keçir. 
 
Hərdən, ey oxucum, soruĢ özündən: 
Nələr gizlədibsən sən öz gözündən? 
Namiqin incimə qızıl sözündən, 
Tarix ağ kağıza qaradan keçır. 
 
 PS: Bu şeir 2010-cu ildə işıq üzü görmüş “Şahid” lirik- fəlsəfi 
poemamdan bir parçadır.(“Terrorizm--qan çilənən torpaqlar”, 
 III kitab, səh.178. Bakı—2010,“Avropa” nəşriyyatı) 
 
 


176 
 
                                                    
  QURBANLIQ QUZU 
 Ey qurbanlıq quzu! Dünya qatildir: 
Canı bəsləyirlər, baĢı kəsələr. 
Ənənə yaĢayır--neçə nəsildir: 
ġahı sevdirirlər, xalqı əzələr. 
 
Tüpür bu həyatda hər cür Ģaglığa: 
Bir cəllad torpağa min-min baĢ düzər. 
Ġnanma əvəzsiz xeyirxahlığa, 
Quzunu kim bəslər, özü də kəsər... 
 
YaĢadan öldürür, bəsləyən kəsir: 
Qurbanlıq quzunun taleyi budur. 
Havayı yardıma hər kəs tələsir, 
Ağır nəticəni hamı unudur. 
 
                                                     OYUN 
                                      Cəllad qurbanına qonaqlıq verir, 
Kabab oyundadır, köz oyundadır. 
Vədəbaz kürsüyə sinəsin gərir, 
Söhbət oyundadır, söz oyundadır. 
 
Xalqa loğman olub hər ruhi xəstə,  
Məsciddə Ģeytanlar oturub bəstə. 
Siyasət qurulub vədlərin üstə, 
Hamam oyundadır, qoz oyundadır. 
 
Matəm--dəli üçün əsil toy-düyün... 
BaĢsızlar qatıblar baĢın millətin. 
Vətən ruletkada fırlanır hər gün, 
Əyri oyundadır, düz oyundadır. 


177 
 
 
Əğyar cəzb eləyir hər ülkər yarı. 
Doğru da üz tutub hiyləyə sarı. 
ġouya baĢlayıb el sənətkarı-- 
Kaman oyundadır, saz oyundadır. 
 
BaĢsızlar ―baĢ‖ olub baĢçı iĢində, 
Qarğa büsat qurub qartal leĢində. 
Ər qürbət ellərdə ―çörək peĢində‖, 
Arvad oyundadır, qız oyundadır. 
 
Həqiqətin yeri xülyalarındır, 
QardaĢdan irəli yenə qarındır. 
Meydanlar siyasi  ―peĢka‖larındır, 
Butulka oyunda, paz oyundadır.  
PS: Bu Ģeir 2010-cu ildə iĢıq üzü görmüĢ ―ġahid‖ lirik- fəlsəfi  
poemamdan bir parçadır.(―Terrorizm--qan çilənən torpaqlar‖,  
III kitab, səh.178. Bakı—2010, ―Avropa‖ nəĢriyyatı) 
 
                                                   SON QATAR 
(Bu Ģeiri 50 yaĢına yetmədən dünyasını dəyiĢmiĢ  bütün 
 sabiq  orta , texniki peĢə və ali məktəb yoldaĢlarıma,  
dost və tanıĢlarıma ithaf edirəm.) 
                                             
Hər kəsin ömründən bir qatar keçir
Hərənin əlində bir bileti var. 
Kimsə qatarını yanılıĢ seçir, 
Hərdən səhv düĢür tale-ünvanlar. 
 
Heç kəs ilk vağzalda qalmaq istəməz, 
Arzular ürəyi yollara çəkər. 
Qoparar insanın taleyində səs 
Bir qatar, bir vaqon, bir də ki təkər... 


178 
 
                                      Gen dünya insanın baĢına dardır, 
Çoxu doğmaların gözündən uzaq. 
Hər kəsin qəriblik dastanı vardır-- 
Hamı ömür sürür özündən uzaq. 
 
Ölüm  vağzalıdır sonuncu ünvan. 
Bütün həsrətlilər burda görüĢür. 
Hər kəsə son kərə qurulur divan: 
Hər bəxtə, taleyə bir son gün düĢür... 
 
Hər kəsin ömründən bir qatar keçir. 
Hərənin əlində bir bileti var. 
Çoxu ünvanını yanılıĢ seçir-- 
Hamını bir yerə gətirir QATAR! 
 
 
         KADR SĠYASƏTĠ 
Ey ağıldan seyrək, üzdən qəĢənglər, 
Mən sevə bilmədim sizi heç zaman... 
Ömürdən xəbərsiz ötsə də günlər, 
Qəlbində keçmiĢi dəfn etmir insan. 
 
Xaliq boĢ vaxtında yaradıb sizi-- 
Yoxdur hüsnünüzdə bircə kəm-kəsir. 
Dahini görməyir heç kəsin  gözü, 
Hamının nəzəri sizlərdə gəzir. 
 
Çoxunuz oturub vəzifələrdə, 
Bütün iĢ uzunu kef soruĢursuz. 
Taleyin asılı olduğu yerdə 
Günün saatıyla siz vuruĢursuz. 


179 
 
 
Nə düĢmən, nə dostsuz siz həqiqətlə, 
Bir anda hər Ģeylə tez barıĢarsız. 
O yüngül ağılla, yumru sifətlə 
Dünyada hamıdan xürrəm  yaĢarsız. 
 
Sizə can verənə satarsınız naz, 
Gülər üzünüzə qapılar açıq; 
Kövrək  qəlbinizə kimsə toxunmaz
Taleyin özünə verərsiz acıq! 
 
Siz hardan biləsiz satqın dost nədi, 
Nədir yaltaqlıqla vəzifə tutmaq. 
Onların itgisi bir həngamədi,  
Sizəsə Qapılar açar naz ancaq. 
 
 Satqın yoldaĢları az görmədim mən, 
Onları yaxından tanıyarsız Siz... 
Dönüb satqınlara baxıram hərdən, 
Onlardan min dəfə artıq kiĢisiz... 
 
Bəlkə, akademik, rektor olmadız... 
Bəlkə, nazir olduz, nə bilmək olar?.. 
Vəzifə sizinçin yaranıb yalnız, 
Nə qədər dünyada o oğraĢlar var... 
 
Siz hardan biləsiz KiĢilik nədir, 
Biqeyrət yerindən gördüz həyatı... 
Məcbur açdığınız qucaq qədərdir
Alçağın mənliyi, mənəviyyatı. 
 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə