Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

165 
 
Bir qarın çörəkdir anaya əvəz-- 
Qalan hər nə varsa, ona ögeydir. 
 
Atar Ana Yurdun, satar əcdadın, 
Qarnını doyuran hər nəyə gəlsə. 
DəyiĢər cinsini, dəyiĢər adın, 
Hardasa balaca bir iĢ düzəlsə. 
 
Ona vəzifə ver, imtiyaz yarat, 
Satsın atasını, anasını o. 
Tapılsa müf yerdən onunçun manat, 
          DəyiĢər hər Ģeyin mənasını o. 
 
           RüĢvətdir, yalandır, satqınçılıqdır, 
           Həyat idealı bu alçaqların. 
           Görünən sufəti xoĢ üz, qılıqdır, 
           Görünməz tərəfi: müftəxor Qarın. 
 
          Deyirsən azadlıq avaralıqdır: 
Qürur etalonu-- küçə itləri! 
Xeyr! Avaralıq üzqaralıqdır, 
Azadlığın sonu-- küçə itləri! 
 
Ġnsanın ağlıdır əsil hakimi, 
Ġdrak vəziyyətə qul ola bilməz. 
Atasız, anasız, avara kimi 
Azadlıq küçədə doğula bilməz! 
 
 
                ĠNSAN 
                                    Qəlbinə cəlladlıq özü etsə də,    
        Dərdini özgədə uyudur insan. 


166 
 
Nə qədər uzağa varıb getsə də, 
Axırda özünə qayıdır insan. 
 
Nədən tək doğulur, tək ölüb gedir?! 
Təzə-tər gül ikən tez solub gedir. 
Bir anda ulduztək yox olub gedir
Əbədi xatirə oyadır insan... 
 
Ürək zəiflikdir, ağıl qüvvədir. 
 Haqqın Kitabında canlı səhfədir. 
 Cənnətdən qovulmuĢ Adəm-Həvvadır, 
 Allaha qovuĢmuĢ Ġsadır insan. 
 
  Gözləri qəlb yaxan, dili ev yıxan, 
 Ömür pətəyinə kədər, dərd yığan, 
           Allahın görünməz əlindən çıxan 
 Tələsik, ilahi qəzadır insan. 
 
 BaĢı günah edir, döyür dizinə. 
 DoğuĢdan  həyatın gülmür üzünə. 
 BeĢikdən  qəbirə özü-özünə 
 Taleyin verdiyi cəzadır insan. 
 
 
  Ömrünü ümidə xərcləyir əbəs. 
  Ölüncən qəlbindən əksilmir həvəs. 
  Qəpik tapmayanda darısqal qəfəs, 
   Milyonu olanda fəzadır insan.   
 
   Dünyaca bir ruhdur--yaĢar bədəndə. 
   Ġlhamı dolaĢar güldə-çəməndə. 
   Torpağın altına səfər edəndə, 
    Sümükdür, kəmikdir, əzadır  insan. 
 
   Sevincdir  əkdiyi, dərddir biçdiyi, 
   Ölümdür yolunu  tutub getdiyi...  


167 
 
   Həyatın  əbədi Ģikəst etdiyi 
  Taleyin  əlindəəsadır insan. 
 
   Yadla doğma olub, doğması yaddır. 
   Dünyada qoyduğu quruca  addır. 
   Əvvəli –  fəlsəfə, ədəbiyyatdır, 
   Sonda --  qeyri-üzvi kimyadır insan. 
 
  Qəlb  Evi  geniĢdir, dünyası dardır. 
   Onda  yerin, göyün mənası vardır. 
   Ġndiki raketdir, bilgisayardır, 
   Dünənki ehramdır, mumyadır insan. 
 
    Bu üzü abaddır, o üzü viran. 
    Qəlbində  Ġblisdir,  dilində  Quran... 
    Zamanın içindəən kiçik  bir  an, 
    Dünyanın içində dünyadır insan. 
 
    O həm məhəbbətdir,  həm də nifrətdir. 
    Həm qanlı istibdad, həm  ədalətdir. 
    Xülyalar içində bir həqiqətdir, 
    Gerçəklər içində xülyadır insan.  
 
                                          DÜZ DEYĠRSƏN,  YEVGENĠ!! 
                   ― Karyera düzəldirəm özümə, 
                    Onu düzəltməyə-düzəltməyə...‖ 
                                           Y. YevtiĢenko 
 
Doğrudur, Yevgeni! Əsl karyerist 
Bu karyeralara tüpürənlərdir. 
Bu gün vəzifədə oturan hər kəs 
Onların yolunu süpürənlərdir. 
 
Hər hansı vəzifə tutmuĢdu, məgər, 
Nizami, Füzuli, Nəsimi, Vahid?.. 


168 
 
Xalq daim onların qapısın döyər, 
Buna aylar, illər, əsrlər--Ģahid!! 
 
Sinəyə nə qədər orden taxsa da
Kimin kim olduğu bilinib gedər: 
Üzü divar üstdən xalqa baxsa da, 
Adı ürəklərdən silinib gedər. 
 
Zaman vəzifəni havayı verməz: 
Satqınlıq,  xəyanət,  yalan--min dəftər... 
Belə karyeralar əbədi sürməz-- 
Payız yağıĢı tək hey yağıb gedər... 
 
Nazir, akademik, general, ya da... 
Ġnsanlıq olmasa, boĢ təntənədir. 
Aparın basdırın torpağın altda, 
Sonra tarix desin o kimdir, nədir... 
 
Harda qəlb üz tutan ünvan var , orda 
HəmiĢə  Füzuli, Vahid oturur. 
Yüz illik, min illik karyeralarda 
Xalqın qulluğunda dahilər durur. 
                  (23 aprel 2004-cü il. Bakı.)  
 
                                      HAQQ VƏ HƏQĠQƏT 
Hər zaman piyadadır, 
Atsız olur həqiqət. 
Zəqqutum, zəhər dadır, 
Dadsız olur həqiqət. 
 
Çoxdur üzə söyəni
Dalda ağız büzəni... 


169 
 
Yoxdur tərif deyəni-- 
Tostsuz olur həqiqət. 
 
Ayaq çarıq, yol çamır... 
Gözlərindən qan damır. 
Aləm görür, tanımır-- 
Adsız olur həqiqət. 
 
Çəkməz  bir addım geri:  
Heç yerdə yoxdur yeri... 
Saysızdır düĢmənləri, 
Dostsuz olur həqiqət. 
 
                                            BĠR STƏKAN ÇAY 
                                     Dünya dostlar üçün bir çayxanadır. 
GəlmiĢik burada çay içib gedək... 
Ömrün ilk ünvanı-- ata, anadır, 
Ordan dünyalara biz köçüb gedək... 
 
Yardan da irəli dostları seçdik-- 
Həyat  dolayların bir yerdə aĢdıq. 
Gənclik  sınağından birlikdə keçdik, 
Ömür  yollarında birgə dolaĢdıq. 
 
Yüyəni qırılmıĢ atlar kimiydik: 
Ayaq hara getdi--baĢımıza orda. 
Gənclik günlərini birgə xərclədik 
BoĢ ciblər içində çayxanalarda... 
 
Ġndisə yadelli ordular kimi 
Nə qədər yaxınıq, eylə uzağıq. 
Ürəkdə müxtəlif duyğular kimi 
Birimiz  sevincik, birimiz ahıq! 
 
Kim--varlı, kim--kasıb: ayrılıb daha. 
Üz-üzə gəlməkdən üzlər utanır. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə