Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   2   3   4   5   6   7   8   9   ...   51


 
gürcü pedaqoqu A.Zaxarov ―Qafqaz tatarlarında xalq təhsili‖ adlı 
məqaləsində yazırdı: ―O, birinci dərəcəli Ģair kimi tanınmaqdadır. 
Onun  bədii  əsərlərindən  ―Ġlham  dəqiqələri‖  adlı  əsəri  Təbrizdə 
nəĢr  edilmiĢdir.    ―ġirvan  xanlığının  tarixi‖    adlı  bir  əsər  də 
yazmıĢdır ki, hələ də çap olunmamıĢ qalır.‖ 
    53  illik  qısa  ömrü  ərzində  Hacı  Seyid  Əzimin  təkcə  yazdığı 
qəzəlləri hesablasaq, görərik ki, o, 1000-dən yuxarı belə miniatür-
Ģedevrlər yaratmıĢdır. Klassik ədəbiyyatımızın bu son nəhəngi öz 
qısa ömrü ərzində gələcək nəsillərə dəryaca bədii  irs qoyaraq, bu 
dünyanı    yarımçıq  həyatla  tərk  etdi.  Onun  qəzəl,  qəsidə, 
mədhiyyə,  mərsiyə,  növhə,  sinəzən,  nət,  minacat,  rübai,  qitə, 
müxəmməs,  müsəddəs,  tərci  və  tərkibbənd,  həcv,  təxmis,  təmsil, 
mənzum  hekayə,  məktub,  satira  və  s.  yaradıcılığından  hələ 
dəryadan  bir  damla  belə    çap  üzü  görmüĢdür.  Seyid  Əzim  ədəbi 
okeanı hüdudsuz və intəhasızdır... O, zamana, məkana və  kitaba 
sığmayan bir əbədiyyətdir. 
     Hacı  Seyid  Əzim  ġirvaninin  insanĢünaslığının  mühüm  bir 
qanadı  onun  Azərbaycanda  ―Məclis‖  adlandırılan  Qərb  tipli  ilk 
yeni  məktəbdə  müəllimlik  fəaliyyətidir.  BaĢqa  sözlə  desək,  o, 
bizim  ilk  milli  müəllimimizdir.  Əgər  M.F.  Axunadovu  milli 
maarifçilik  hərəkatının  baĢçısı  sayırıqsa,  heç  Ģübhəsiz,  Seyid 
Əzim də həmin məktəbin və hərakatın ilk milli müəllimidir. 
Çox  təəssüflər  ki
,  bu  böyük  pedaqoqun  pedaqoji  irsi  indiyəcən 
tamamən diqqətdən kənarda qalmışdır. Belə ki, şair-pedaqoqun yazıb, 
lakin  nəşr  etdirə  bilmədiyi  “Rəbiül-ətfal  (Uşaqların  baharı),  “Tacül-
kütub” (Kitabların tacı), “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” 
və  s.  adlı  dərs  və  müntaxabat  kitabları  dövrün  rus    və  digər  milli 
ziyalıları  tərəfindən  yüksək  qiymətləndirilmiş,  hətta  Zaqafqaziya 
ibtidai  məktəblər  müfəttişi  A.Çernyayevski  özünün  tərtib  və
 
nəşr 
etdirdiyi 
azərbaycanlılar 
üçün  “Vətən  dili”  kitabında  bu 
materiallardan geniş istifadə etmişdir.  



 
Seyidin hələ 1874-cü ildən də 5 il daha əvvəldən,  (1869-cu ildən)  
Ģəxsi  təĢəbbüsü  ilə  baĢlayan  bu  maarifçilik  yolu  onun  həyat 
odisseyasının ən önəmli bir xəttidir.Yeni tipli məktəb ideyasını o, 
müəyyən  mənada,  dövrün  bir  çox    ġirvanəsilli  münəvvərləri  ilə, 
konkret  desək,  XIX  əsrin  70-90-cı  illərinin  görkəmli  maarif  və 
mətbuat xadimləri Cəlal Ünsizadə (―Ziya,  ―Ziyayi-Qaqaziyyə,‖—
1879-1884,--  qəzetlərinin,  ―KəĢkül‖  jurnalının  redaktoru), 
xüsusən  onun  qardaĢı—Hacı  Səid  Ünsizadə  ilə  birgə 
gerçəkləĢdirmiĢ, beləliklə Azərbaycanda müasir təhsil hərakatının 
əsasını qoymuĢdur. Ruhani Ġdarəsinin üzvü olan Hacı Səid əfəndi 
―Məclis‖  adlı  bu  məktəbi  Ruhani  Ġdarəsinin  təlimatına  istinadən 
yaratmıĢ,  1877-ci  ildə  Tiflisə,  Qafqaz  Sünni  Ruhani  Ġdarəsinə 
ezam  edilərək,  burada  həmçinin  xüsusi  maarif  mətbəəsi  açmıĢ, 
―Ziya‖  (―Ziyayi-Qafqaziyyə‖)    adlı  maarifçi  qəzet  təsis  etmiĢdir. 
Deməli, 
dövrün  milli  mətbuatında  fəal  çıxışlar  edən  Seyid  Əzim 
həmçinin  Azərbaycan  milli  mətbuatının  ilk  korifeylərindən  biridir. 
Onun  “Əkinçi”,  daha  sonralar  “Ziya”,  “Ziyayi-Qafqaziyyə”, 
“Kəşkül” və s. dövri mətbuatımızadakı publisistik çıxışları tariximizin 
öyrənlməmiş qalan ən parlaq səhifələrindəndir. 
   Qısa 53 illik ömrünün 19 ilini (34 yaşından) Azərbaycanda ilk 
yeni (Avropa) tipli məktəbdə  müəllimlik fəaliyyətinə həsr etmiş 
Seyid  Əzim  xalqımız  üçün    M.Ə.Sabir  kimi  satirik  dühaların, 
Soltan Məcid Qənizadə kimi ölməz pedaqoqların... yetişməsində 
də  önəmli  tarixi  rol  oynadı.  Məhz  Ģair-pedaqoq  Seyid  Əzimin 
verdiyi  milli  təhsilin  nəticəsi  idi  ki,  13  yaĢlı  M.Ə.Sabir  onun 
ġamaxıdakı ―Məclis‖ adlı ―üsuli-cədid‖  məktəbində öyrəndikləri 
əsasında  cəmi  bir  ildən  sonra,    1875-ci  ildə  öz  etnik  kimliyi 
barədə  satirik  planda  uĢaq  düĢücələrini  poetik  Ģəkildə  belə  dilə 
gətirmiĢdi: 
Babam sünni, nənəm Ģiə, dürək mən, 
Nə farsam mən, nə hindəm mən, Türək mən! 



 
Muğanda muğbeçə, məsciddə əkbər, 
Təfavüt yox... Həqiqətdə zirək mən!.. 
Ölməz  satirik  M.Ə.Sabir  sonralar  yazdığı  ―Ənin‖  (Ah-nalə) 
Ģeirində milli mətbuatımızım atası Həsən bəy Zərdabiyə 
onun  cənazəsi baĢında üz tutaraq demiĢdi: 
Həsənim, şimdi qıl behiştə xüram, 
Onda Seyyid Əzimə söylə salam: 
Key məhin şairi-bədii-kəlam, 
Bir xəbər tutmazsan vətəndənmi? 
 
         Ürəfa məskəni olan Şirvan 
Cühəla xabgahidir əlan; 
Bizi iğfal edən bu nüktə həmən 
Kəndimizdən deyil, zəmanədənmi? 
 
Ömrün  heç 50 yaşına belə çata bilməyən Sabir öz “ahıl çağında”  
 rəhmətlik Seyidə təkrarən bir  müəllim kimi üz tutub, ondan 
 Vətənin və Zəmanənin (Tarixin) aqibətini soruşurdu. Yalnız  
Seyid Əzim olmaq lazım idi ki, yerli qaragüruhun fəal dəstəyi  
ilə şəxsi məktəbinin bağlatdırıldığıı, 1879-cu ildən çarizmin “siyasi 
 cəhətdən şübhəli şəxs” hesab edərək pedaqoji fəaliyyətdən  
uzaqlaşdırdığı bir tarixi şəraitdə sonacan mücadilə apararaq,  
Vətənin , Xalqın (Türklüyün) və Tarixin qarşısında tam haqlı 
 olduğunu sübut edə biləsən.  
     Azərbaycanımızın  yeni  tipli  ilk  Məktəbinin  ilk    pedaqoji 
xadimi,  ilk  Böyük  Müəllimi  olmaqla,  Seyid  Əzim  ġirvaninin  öz 
oğluna söylədiyi:  “Cəfər,  ey  nuri-  dideyi-Seyyid!”  xitabı bütün 
Azəri  gəncliyi  üçün    əbədi  bir  Atalıq  müraciətidir.  Sözün  hər 
mənasında, bu dahi  Ģair-pedaqoq öz timsalında milli həyatımızda 
ilk Müəllim-Ata obrazının əsl nümunəsi olmuĢdur. 
                                 Cəfər, ey nuri-dideyi-Seyyid! 
Qönçeyi-növrəsideyi-Seyyid! 
Üləma haqqını riayət qıl. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə