Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

180 
 
Zatın itirənin getdiyi yolda 
Yaxın  yoldaĢıdır Dosta xəyanət. 
Vəzifə nəməri aldığı halda 
          Görmədim onlarda zərrə ləyaqət. 
 
         Dədələr dedilər: ac ol, kiĢi ol! 
         Ġmperya tulası ol demədilər; 
         EĢĢək axurutək yeməyi gen-bol 
         YaĢanan bir ömrə yol demədilər. 
 
         Ey ağıldan seyrək, üzdən qəĢənglər, 
Sizin gözünüzlə bizə gülürəm: 
BaĢlara tuĢlanır bütün tüfənglər
Həyat ağıllını  sevmir,-- bilirəm!! 
 
         Tarixə nə qədər vursan da yamaq, 
          Hər kəs necə varsa qalacaq yadda.                  
         Siz cəmi bir Ģeyi satdınız ancaq, 
         Onlarsa hamını satdı  həyatda. 
         
PS:  Bu əsər 1989-cu ilin martı yazılıb, 2004-cü 
          ilin  apreliində  tamamlanıb.
 
Ġlk dəfə müəllifin 
          ―Vahidiyəm Azərbaycanımın‖(2014. Bakı) kitabın- 
            da iĢıq üzü görüb.
 
 
                                                        
ġAH  ABBAS  və  
VƏZĠR  ALLAHVERDĠ  XAN 
 
                                      Aldın el gücünə düĢməndən yurdu: 
VƏTƏN  bölünmüĢdü--bir TAM eylədin. 
Elə ki, baĢında qızıl tac durdu-- 
Xalqın Qızıl BaĢın edam eylədin. 
 


181 
 
Sən həm ġah Abbassan, həm ―cənnətməkan‖?! 
Bu xalqa həm düĢmən, həm də oğulsan??. 
Səni daĢ məzara gömsə də, zaman 
Hələ ürəklərdə qorxu-nağılsan. 
 
Ehtiram etmədin elin dilinə-- 
Farsları bağrının baĢına qoydun... 
Qotur Ġsfahanın bircə telinə 
Təbrizin minlərcə gözünü ovdun. 
 
Tikdin karvan-saray, məhbəs və məscid... 
Cəsus Ģəbəkəsi qurdun ölkədə. 
Bu vətən, bu millət, bu dünya – Ģahid: 
Müsbət bir tərəfin yoxdur heç nədə. 
 
Baxıb nadanlarda Ģahsevənliyə 
Bığaltı özünçün güldün, ha güldün... 
Qanlı qılıncını,-Mənəm Ģah!!--deyə 
Güllü ətəyinə sildin, ha sildin... 
 
Nə qədər tac altda alçalır vüqar, 
Vətən nadanlara əsir olacaq. 
Nə qədər Ģahlıq var, Ģahsevənlik var-- 
Hayes ALLAHVERDĠ--vəzir olacaq!! 
 
        FĠL və AZADLIQ
 
      (Bakı. 20 Yanvar 1990-cı il.) 
                                      Filin  ayağını doğulan günü 
Hindli nazik iplə bağlayır tirə. 
Dartınıb, çırpınıb o filin geni, 
Nəhayət,  itaət saxlayır tirə. 


182 
 
 
Bir baĢ çatısıdır müstəbid Xalqa: 
Bir qul əsarəti çıxarmaz baĢdan... 
Ġradə aparır insanı Haqqa, 
Azadlığın yolu keçir savaĢdan!! 
 
Sən də tirə bağlı o Fil kimisən-- 
Hər zülmə, zalıma boyun əyirkən. 
BaĢında oturmuĢ istibdadı sən 
Salıb ayaq alta: əz, qurtar, Vətən! 
 
 
                                              XOVF  (XÖVF) 
(Bu Ģeir beĢ yaĢında olan qızım Aynurun imzası ilə 19 mart 
 1991-ci ildə ―Ġlnam‖ qəzetində,   N-10/18.  dərc edilib. Həmin 
 gün Naxçıvandan Seyid ocağından--ana nənəsinin yanından  
uzun müddət sonra Bakıya dönən qızım evimizdə ilk dəfə kiçik  
NAMAZ xalçasını-- canamazını yerə sərdi.  Bu vaxt kiçik bacısının 
                             onunla səcdəgah üzərində zarafat etməsini xoĢ qarĢılamayıb  
sərt hədələdi. Mən böyük qızıma ona bu hədəyə görə cəza 
 verəcəyimdən qorxmağı söylədim. Qızım: mən bu dünyada 
 Allahdan baĢqa heç kəsdən qorxmuram,--dedi. O gündən mən  
tərbiyə üsulumu dəyiĢdim. Bu Ģeir həmin gün həmin hadisənin  
təəssüratı ilə yazıldı.)  
                                      Xovfdur bu cahan büsbütün: 
Çölümüz, içimiz xovfdur. 
Xovfdur cəmi aĢkarımız, 
Cikimiz, bikimiz xovfdur. 
 
Xovfdur bütün bu istibdad
Ġmanımız, dinimiz xovfdur. 
Xovfdur bu sürülməz gecələr, 
Ömrümüz, günümüz xovfdur. 


183 
 
 
Xovfdur hər gün yediyimiz, 
Hər gün gördüyümüz xovfdur. 
Xovfdur Vətəndən aldığımız, 
 Vətənə verdiyimiz xovfdur. 
 
Xovfdur baĢımız üstündə; 
Qəlbimizdə hər nə var xovfdur. 
Xovfdur hər gün ölənlər
Hər gün doğulanlar xovfdur. 
 
Xovfdur qaldırdığımız bayraqlar, 
Uğrunda öldüyümüz xovfdur. 
Xovfdur üstündə ağladığımız. 
Üzünə güldüyümüz xovfdur. 
 
Xovfdur hər gün yazdığımız, 
 Hər gün oxuduğumuz xovfdur. 
Xovfdur əlindən qaçdığımız, 
Sözünə uyduğumuz xovfdur. 
 
Xovfdur hər zülmü yaĢadan, 
Insanı qul edən xovfdur. 
Xovfdur vicdanı susduran. 
Namusu pul edən xovfdur. 
 
Cahanda ən güclü QÜVVƏ: 
Rüstəm Zal, Qırxquldur, Gavə-- 
Nə güllə, nə tüfəng-topdur. 
Xovfdur! Xovfdur! Xovfdur! 
 


184 
 
           SONUN ƏVVƏLĠ 
(Diktator Səddam  Hüseyn edam edilən gün 
 yazılıb) 
Vaxtdır, hazırlaĢın, gəlib çatıbsız: 
Daha boynunuza kəndiri seçin. 
Uca kürsülərdə xeyli yatıbsız-- 
Durmağa bir xeyli hüdürü seçin! 
 
Boğub ədaləti, tapdayıb haqqı, 
Fırlayıb geriyə fələyi, çarxı... 
Dözümsüz görəndə dözümlü xalqı 
Allah səbrlidir, səbiri seçin!  
 
Torpaq əvəzinə BaĢa turp əkib, 
Vətənə, millətə, haqqa dağ çəkib. 
Daim dəbdəbəli imarət tikib, 
Ġndi də ən kiçik qəbiri seçin! 
 
Siz az vurmadınız Tarixə zərbə. 
Üç badam--bir qozdur bu Neft müharibə. 
Yolunuz bağlıdır ġərq ilə Qərbə: 
YaĢamaq istəsəz Sibiri seçin!.. 
 
 
                                                  ÇƏTĠN YOL 
 Daim çətin olub əyri yollardan 
Ġnsana həyatda düz yolu getmək. 
Nə var:  qayda pozub gəldisə hardan-- 
Gah sağı yerimək, gah solu getmək... 
 
Düz yolun önündə neçə maniə, 
Neçə təhlükə var, duman var, çən var... 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə