Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   43   44   45   46   47   48   49   50   51

190 
 
Oğrular qanundan qalalar qurur
Cinayət cəzaya qandallar vurur, 
Yalan həqiqətin taxtında durur, 
Düzü görən yoxdur göz qarĢısında. 
 
BaĢa da düĢülmür kim--kimdir, nədir?? 
Xalqa kim doğmadır, kim biganədir. 
Qarğalar bülbülə nəğmə öyrədir, 
Kül oddan danıĢır köz qarĢısında. 
 
Ər baĢı namərdlər qoltuğundadır. 
Ac ölkə vədlər bolluğundadır. 
Koroğlu Həmzələr qulluğundadır, 
YaxĢı boyun əyir pis qarĢısında. 
 
Ariflər züllətdə, əskiklər taxtda. 
Geriyə fırlanır tarix də, vaxt da. 
Mizamlar pozuqdur, əyarlar saxta, 
Qızıl qiymətsizdir mis qarĢısında. 
 
Bütün diləyimiz qalır ürəkdə... 
Yarı yuxudayıq, yarı gerçəkdə... 
Həyatı məcburən əyri getsək də, 
DurmuĢuq ölümün düz qarĢısında.  
20.I.1990.Bakı. 
 
                                                    DÜRDANƏ 
          Bir Tanrı sirridir bu yer, bu cahan. 
Bəlkə də, hər Ģeydə dərin məna var. 
Bəzən baĢa düĢmür, anlamır insan 
Dünyaya gəlməkdə, getməkdə nə var... 
 
Buludu içməzsə quruyar dəniz. 
Xanım, xatınlıqdan uzaqdır kəniz. 


191 
 
Arifə, cahilə bölünmüĢük biz: 
Bir dana baĢlı var, bir də danə var. 
 
Oxuduq: çox sirdən olmadıq agah: 
Bəndənin üzünə bağlıdır dərgah. 
Gədədən bəy olmaz, nökərdən də Ģah-- 
―PeĢkan‖ı  ―Ferz‖ edən neçə xanə var. 
 
Həyatdan dərsini almaz hər insan. 
Könlünü mehraba salmaz hər insan. 
Yeyib içməyindən qalmaz hər insan-- 
Hər məscid yanında bir meyxanə var. 
 
Oxuyun qəlbimi kamanda, tarda, 
Bağlıdır taleyim  bu ana yurda. 
Namiqəm, ürəyim dəryadır orda 
Əlli sədəf varsa,  bir dürdanə var. 
 
                                             SƏN QAYITMADIN 
          Mən səni gözlədim sevdalı yazda, 
Çiçəklər qayıtdı, sən qayıtmadın... 
Mən səni gözlədim tənha payızda, 
Küləklər qayıtdı, sən qayıtmadın... 
 
Sən küsüb getmisən--GünəĢim batıb. 
Həyatım zülmətdir, taleyim yatıb. 
Könül harayıma cənnəti atıb, 
Mələklər qayıtdı, sən qayıtmadın... 
 
Bu tənha qəlbimdə sonsuz ümid var: 
Gözlərəm yolunu hər qıĢ, hər bahar. 
QoĢulub səninlə getmiĢ arzular, 
Diləklər qayıtdı, sən qayıtmadın... 


192 
 
 
TanıĢ cığırlarda qərib tək azdım. 
Könül bayrağını ruhuma asdım. 
Daim  ünvanına üzrümü yazdım, 
Vərəqlər qayıtdı, sən qayıtmadın... 
 
Yazan bəxtimizi yazdı əksinə, 
Dağ çəkdi Namiqin məğrur köksünə. 
Dönüb öz getdiyi yolu tərsinə 
Fələklər qayıtdı, sən qayıtmadın... 
 
 
       EġQ HEKAYƏSĠ 
         Hər kəsin könlünün eĢq hekayəsi, 
Hər kəsin baĢının macərası var. 
Hər bağlı qapının açar-cəftəsi
Hər dərdi-bəlanın bir çarəsi var. 
 
Öz qıĢı, öz yazı vardır hər ilin. 
Anası dağlardır ən coĢqun selin. 
Hər tikanlı gülü sevən bülbülün 
ƏrĢə bülənd olan öz naləsi var... 
 
DəyiĢir durmadan qəlbin halları-- 
Əksilməz dövranın qeylü-qalları. 
Hər açıq talanın öz maralları, 
Hər yaĢıl çəmənin öz laləsi var. 
 
Hər zilə çıxmanın bir enən tonu, 
Hər coĢqun əzəlin bir sakit sonu, 
Hər arif Leylanın dəli Məcnunu, 
Hər Ģamın özünün pərvanəsi var. 
 


193 
 
Namiq, ömürdəndir bu gedən anlar... 
(Torpağı doyurmur yediyi canlar) 
Qırmızı mey içdi arif olanlar: 
Hər dövrün CəmĢidi, piyaləsi var. 
PS: müğənni Səkinə Ġsmayılova üçün

 
                      ĠNTĠHAR 
                                      Bəlkə, ünvanımız bir düĢəcəkdi, 
Bizi bizə düĢmən qollar ayırdı. 
Bəlkə, həyatımız birləĢəcəkdi, 
Bizi taledəki yollar ayırdı. 
 
Nifrətinə saxlamadın bir sınır. 
Durur qəlbdə bıçaq kimi izlərin. 
Dərdli könlün boĢ-boĢuna çırpınır, 
Bəs, haraya tikilibdir gözlərin?! 
 
Mən  məhəbbətini itirmiĢ insan, 
SoruĢma həyatda kimin var sənin. 
Sən mənə baxanda xoĢbəxtsən inan, 
Yerin yoxdusa da, göyün var sənin. 
 
Nəyisə gözləyib hey darıxırsan, 
Bəlkə də, səninçin var son mərhələ. 
Uzaq üfüqlərə doğru baxırsan, 
Nəyəsə ümidin qalıbdır hələ. 
 
Sanma ki, son səngər səni bilmiĢəm, 
Keç düĢmən tərəfə, məni dəf elə. 
Həyatda hamıyçın çoxdan ölmüĢəm: 
Öz soyuq qəlbində məni dəfn elə.  


194 
 
                                              O  GÜNLƏR... 
Keçir xəyalımdan yenə o günlər-- 
Qəmli ürəyimə gülüĢün dolur. 
Qoy bilsin təzəcə könül verənlər 
Ayrılıq ömürdən çox uzun olur... 
 
Ayrıldın özün də bilmədən niyə, 
Ġlk eĢqin gözlərin ağladıb, ey yar?! 
Könül ünvanına gəlmədin niyə, 
Ümid yollarımı bağladıb, ey yar?! 
 
Keçir gözlərimdən tənha surətin, 
Ay kimi batırsan, çıxırsan yenə... 
Uçurub divarın ilk məhəbbətin
Könlümün evini yıxırsan yenə. 
 
Dayan!!.  Hər ömürün sonu var axı. 
DüĢüb saçımıza budur dən bizim. 
Çox da etibarlı bilmə torpağı, 
Silinib ordan da səninlə izim. 
 
Ġlk eĢq üzərində ailə olmur: 
Ailə məhv olmuĢ eĢq deməkdir... 
Məhəbbət öldüsə, bir də doğulmur-- 
EĢqdən sonrası əsən küləkdir. 
 
Məhəbbət dəyiĢkən yaz fəsli deyil, 
EĢq--  sevən ürəyə bir dəfə gəlir. 
Məhəbbət  əbədi  təsəlli deyil: 
Könül kimi  sevib, onunla ölür... 
 


195 
 
                                            EY  SEVDALI  YAR! 
Ey  yar!   EĢqimizin evidir dünya, 
Bu yer yerimizdir, göy göyümüzdür. 
Sevgisiz ömürdə yoxdur bir məna-- 
Bu eĢq, bu məhəbbət hər Ģeyimizdir. 
 
          Sığmaz dünyalara könül duyğumuz. 
Ġlk bahar gülləri--sevda ruzimiz. 
Ay bizim hey batıb, doğan arzumuz, 
Ulduzlar əbədi diləyimizdir. 
 
Sevdamız günəĢtək hey nur yayacaq. 
Dünya durduqca bu eĢq yaĢayacaq. 
Sən mənə, mən sənə-- bağlıyıq ancaq: 
Bu bizim ilahi taleyimizdir. 
 
Namiqəm, qəlbimə min avaz gəlir. 
100 illik bir ömür mənə az gəlir... 
QıĢ gedir, dünyaya yenə yaz gəlir-- 
Bu bizim ayrılmaz ürəyimizdir. 
 
                                         MƏNĠM TƏNHA GÖZƏLĠM 
                                    
  (Məhəbbətin 80-ci illərinə ithaf edirəm) 
 
Qırılan sazımsan, sınan neyimsən, 
Ağlayır kamanım, tarım hardasan? 
Sən mənim taleyim, öz ürəyimsən, 
Ey mənim bütövüm, yarım hardasan? 
 
Nəyimə gərəkdir sənsiz can mənim? 
Ayrılıq bərk tutub yaxamdan mənim. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə