Namiq atabəYLİ


-2004-cü  illərdə  Azərbaycan  Respublikası  Prezidentləri



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   43   44   45   46   47   48   49   50   51

211 
 
   1994-2004-cü  illərdə  Azərbaycan  Respublikası  Prezidentləri 
Heydər  və  İlham  Əliyevlərin  Mətbuat  xidmətində  böyük 
məsləhətçi  olmuşdur.    Həmin  illərdə,  əsasən,  “Azərbaycan” 
rəsmi  dövlət  qəzetində  və  d.  iqtidar  yönlü  mətbu  orqanlarda 
siyasi  publisistik  yazılar,  baş  məqalələrlə  çıxış  etmiş,  partiya 
bitərəfliyi  olsa  da,  sözü  gedən  illərdə  hər  iki  prezidentin  siyasi 
kursunu təbliğ etmişdir. 2004-cü ilin 23 aprelindən bəri işsizdir.  
 
 
 
   İlk  kitabı,  “Azadlığın  qədri”  1996-cı  ildə  Bakıda  “İşıq” 
nəşriyyatında 3000 nüsxə ilə işıq üzü görüb. Bu kitabda,  
əsasən, Azərbaycan Respublikasının dövlət siyasətinin  
ilk 10 illiyini əks etdirən dərc edilmiĢ siyasi  publisistik 
əsərləri cəmlənmiĢdir. Əsərlə Prezident kitabxanasının  
elektron səhifələrində: “Namiq Fərəc Sığırlı. Azadlığın  
qədri”  yazmaqla tanış olmaq mümkündür. 
 
 
 
Bədii  yaradıcılığa,  əsasən,  tələbəlik  illərində  başlayıb.  Dərc 
olunmuş  xeyli  şeir,  poema,  esse,  marş,  hekayə  və  tərcümələri 
var.  İlk  şeiri    hələ  orta  məktəb  illərində    rayon  qəzetində 
(“Arzular”),  ilk  poeması  isə  İİR-da  (“Eol  arfası”-şahlığın 
devrilməsi ilə bağlı) tələbəlik illərində dərc edilib. 
 
 
    Müəllifin ikinci  poeması “Azərbaycan Bayrağı”  ordenli  qazi, 
qədim  milli  misgərlik  abidələrimizin  kolleksiyaçısı  Şahid 
Həbibbullayevin  həyat  və  fəaliyyətinə  həsr  etdiyi  “Şahid”  lirik-
fəlsəfi  əsəridir.  Bu  əsər  ilk  dəfə  “TERRORİZM:qan  çilənmiş 
torpaqlar”  adlı  çox  cildliyin  III    Kitabında  (“AVROPA” 
nəşriyyatı,  Bakı—2010,  səh.171-212)  nəşr  olunmuş  və  nəşrlə 
birgə 
Respublika 
Mədəniyyət 
və 
Turizm 
Nazirliyinin  
mükafatına layiq görülmüşdür. 
 


212 
 
 
 
 
   Ötən  il,  2013-cü  ildə  müəllif    oxucuları  ilə  öz    bədii  
səltənətində  “Ana  ürəyi”      lirik-fəlsəfi  hələik  son  poeması  ilə 
görüşmüşdür.  Bu  poema  “Təzəpir”    məscid-ziyarətgahın 
inşasına öz maiyyə vəsaitini sərf etmiş 115 yaşlı ağbirçək, Bakı 
neft  milyonerləri  ailəsindən  Nabat  xanım  Aşurbəyovanın  həyat 
və fəaliyyətinin lirik tərənnümüdür. Kitabda habelə şairin milli-
dini-mənəvi dəyərlərimizi tərənnüm edən bəzi şeirləri, məhəbbət 
poeziyası,  habelə  lirik-fəlsəfi  yaradıcılığı  da,  əsasən,  ilk  dəfə 
oxuculara təqdim olunmuşdur. 
 
     2014-cü  ilin  ilk  ayında  işıq  üzü  görmüş  ”Vahidiyəm 
Azərbaycanımızın...  ”  qəzəllər,  meyxana  və  müxtəlif  şeirlər 
kitabı    bu  il  dahi  şairimiz  Əliağa  Vahidin(18.  II.  1894.-30.IX. 
1965.)  anadan  olmasının  120  İlliyi    (1894-2014)    münasibətilə 
müəllifin oxuculara ilk Yubiley hədiyyəsi olmuşdur. Burada 120 
qəzəl,  bir meyxana və müxtəlif  lirik-fəsəfi,  dini-lirik  və  mahnı 
üçün yazılmış əsərləri oxucuya təqdim edilmişdir. 
 
 
 
 
Nəhayət,    bu  ilin  II  yarısı  (2014)  çapdan  çıxan  yeni—
“Seyidəm, ərseyi-eşq içrə...” qəzəllər kitabı ilə Namiq Atabəyli 
Azərbaycan  klassik  şerinin  M.Füzulidən  sonra  İkinci  Dahi 
Mogikanı—Hacı  Seyid  Əzim  Seyid  Məhəmməd  oğlu  Mir 
Cəfərzadə  Şirvaninin  üzümüzə  gələn  2015-ci  ildə  180  İllik 
Yubileyinə  diqqəti  yönəltmək  üçün  180  qəzəldən  ibarət  öz 
yeni İthaf çələngini dəyərli oxuculara təqdim edir. Əlinizdəki 
bu kiitab və ya onun elektron versiyası dahi şairimizin  
         Yubileyinə qoşulmaq istəyən oxucu üçün əsl şansdır. 
 


213 
 
     N.Atabəylinin siyasi lirikası 90-cı illərə təsadüf edir.    
1991-ci  ilin  2  fevralında  “İLHAM”  qəzetində  dərc  etdiyi— 
nəĢrin  Ģöbə müdiri olub—“Bir  kərə  yüksələn  BAYRAQ”  şeiri 
ilə  İstiqlaliyyətimizin  Üç    rəngli  Bayrağına  sovet  istilası 
şəraitində  ilk  bədii  əsər  yazmış,  həmin  şeir    Arif  Məlikovun 
tövsiyyəsi  ilə  bəstəkar  Ədviyyə  Rəhmətova  tərəfindən 
simfonik  marş  kimi  Müsabiqə  üçün  bəstələnmişdir.  Hazırda 
əsər Dövlət orkestrinin ifasında  müsabiqə əsasında Qızıl Fondda 
saxlanılır. Bu  simfonik marşa    “Yutube”da  və  “Facebook”-da 
“Namiq Atabeyli” axtarışı edib, İnternetdə qulaq asmaq olar. 
 
 
     Elmi  yaradıcılığa  tələbəlik  illərində  başlamışdır.  ADU-da 
filologiya fakültəsində Ədəbi Tənqidçilik Qrupunda ixtisaslaşsa 
da, əsasən, şeir vəznləri ilə daha çox maraqlanmışdır. Elmi 
nailiyyətlərinə və uğurlu Diplom müdafiəsinə görə, BDU 
          Elmi Şurasının qərarı ilə aspiranturada saxlanması  qərara   
           alınıb. Lakin ailə ənənəsinə əməl edərək iki illik zabit kimi  
          həqiqi hərbi xidmətə getmiş və həmin illərdə hərbçi kimi ailə  
          həyatı qurmuşdur. 
 
 Tələbəlik  illərində  elmi  işləri    Respublika  Təhsil  Nazirliyi, 
LKGİ  MK,  Tələbə  Elmi-tədqiqat  işləri  üzrə  Respublika 
Şurası tərəfindən “Qızıl medal” və  Birinci  dərəcəli Diploma 
(VIII  Respublika  elmi  konfransında  müvəffəqiyyətlərinə 
görə:1980/1981-ci illər) və habelə tələbə elmi Müsabiqələrində 
digər  mükafatlara  layiq  görülmüşdür  (  Kitabın  son 
səhifələrində  müəllifin    Verlibr    poetikası  üzrə  qazandığı 
Diplomların  surəti  verilmişdir).  Elmi  yazıları  BDU-nun 
tematik  məcmuələrində  nəşr edilmişdir. Verlibr (sərbəst şeir) 
poetikası  üzrə  Azərbaycanda  yeganə  mütəxəssisdir.  Hazırda 
Əruzun  yeniləşdirilmiş  və  sadələşdirilmiş  modellərini  çapa 
hazırlayır. Bu yeni tədqiqat Azərbaycan əruzşünasları, 
və gələcək klassik şeir yaradıcıları üçün, habelə Muğam 
müsiqisevərləri üçün əsl dəyərli hədiyyə olacaqdır.  


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə