Namiq atabəYLİ


Mən Ataşam, qəzəlxanam bu yurda



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   43   44   45   46   47   48   49   50   51

206 
 
                                   Mən Ataşam, qəzəlxanam bu yurda. 
                                   Çiçək  də var bu dünyada, çayır da... 
                                   Sənin kimi gözəl çoxdu bayırda: 
                                  Nöş istərsən sevməyim, ey can, səni? 
                                   Canım, sevir şeyrü-qəzəlxan səni!.. 
 
                                  --Mən sevincəm, bülbüllərin gülüyəm! 
                                   Qəzəlxana, meyxanaya dəliyəm. 
                                   Ürək deyir: Ataşı sevməliyəm! 
                                   Yüz yol desəm, sevəmmərəm, qan, səni... 
                                   Ah! Sevirəm ürəkdən, candan səni! 
                                   Bax! Sevirəm ürəkdən, candan səni! 
                                   Sevir bütün Azərbaycan səni! 
 
PS: qapalı bir məclisdə keçmiĢ  tanıĢın müğənni həyat 
yoldaĢı ilə (2013) bədahətən dialoji olaraq  söylənmiĢdir. 
Anonimlik üçünmüəyyən ixtisar və dəyiĢiklik edilib. 
 
 
MƏNƏ BĠR SĠQARET... 
Mənə bir siqaret yandırın, dostlar, 
Uçsun tüstü-tüstü ömürdən zaman. 
Bu fani dünyada harda ki eĢq var, 
Orda uzun olur ömürdən hicran... 
 
Mənə bir siqaret yandırın, dostlar, 
Kiçik ürəyimin böyük dərdi var. 
Həyatda aĢiqə çox ağlamazlar, 
ġirin  romanların acı ardı var. 
 
Mənə bir siqaret yandırın, dostlar, 
Acı nikotini göz yaĢı olsun: 


207 
 
Nə qədər əhdinə dönük nigar var, 
Sükut  könüllərin sirdaĢı olsun. 
 
Mənə bir siqaret yandırın, dostlar, 
Hər ağrı, acıyla ciyərim dolsun. 
Bir vəfasız yara çəkdim intizar, 
 Dünyada ĠNSANA etibar olsun! 
 
                                      SON  PEġMANÇILIQ 
Daha nə danıĢaq, bitmiĢdir hər Ģey, 
Nöqtəsi qoyulub bu eĢqin, gülüm! 
Sən mənə bir yadsan, mən sənə ögey
Nəyi dəyiĢəcək nifrət, kin, gülüm? 
 
Bürünüb göy üzü çəkdiyim aha. 
Ümidim zərrəcə yoxdur sabaha. 
Mən öz sevgim ilə ölmüĢəm daha, 
YaĢaya bilmərəm səninçin, gülüm. 
 
Çoxdan taleyimdən çıxıb getmisən, 
Gözümdən, könlümdən tamam itmisən. 
Bütün həyatımı bədbəxt etmisən, 
Mənsiz yaĢadığın gününçün, gülüm. 
 
     EĢqin hüzuruna gəlmərəm yenə. 
     PeĢmanam dünyaya gəldiyim günə. 
                                    Bu nakam taleyi sən yazdın mənə-- 
                                    YaĢa doğulmusan kiminçin, gülüm. 
                                            PS: Daşa dəymiş bütün ilk məhəbbətlərə  
                                            (biz də içində). Bakı-1976-cı il. 
 


208 
 
                                       VÜSAL NƏĞMƏSĠ 
                                              (Bu şeiri eşq küslülərinə ithaf edirəm.) 
Mənim kimi ayrılığın badəsin 
ġərbət kimi içibsənsə, gələssən. 
Ġlk eĢqinin, ilk andının vədəsin 
Bir ömür də keçibsənsə, gələssən. 
 
Allahından  imdad dilər qulları. 
Gül solsa da, bülbül gəzər kolları... 
Evinizdən evimizə yolları 
Ürəyindən çəkibsənsə, gələssən. 
 
                                   Gün neyləsin, göyləri çən alıbsa, 
EĢq neyləsin qəlbə hicran salıbsa. 
Bu dünyada bir sevdiyin qalıbsa, 
O dünyaya köçübsənsə, gələssən. 
 
Qiyməti var ömürdə, yar,   hər anın. 
Çox güldürdün gözlərini hicranın. 
Ürəyinə məhəbbətin sultanın  
Sən Namiqi seçibsənsə, gələssən! 
        (Naxçıvan, Qıvraq. 1983-cü il.) 
 
                                              DOST  OLAQ 
         Bu dünya bir qıl körpüsü, 
Keçə bilirsən, dost olaq. 
YaxĢı kəsdən yaman kəsi  
Seçə bilirsən, dost olaq. 
 
Bir var dəyər min yüzünə! 
Üz vermə hər üzsüzünə. 
Dost qapısın dost üzünə  
Aça bilirsən, dost olaq. 


209 
 
 
         Nə mənası, de, kim hardan? 
Kimdi anan, kimdi atan?.. 
Öz könlünü bu dünyadan 
          Qoca bilirsən, dost olaq. 
 
Can bir olsun Söz canınnan! 
Hər bir sözə döz canınnan. 
Öz Sözünü öz canınnan 
 Uca bilirsən, dost olaq. 
 
                ***      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
               
 


210 
 
          Müəllif  haqqında  qısa  məlumat 
 
     Namiq Atabəyli (Fərəcov)— 1958-ci ilin 4 aprelində  
Kürdəmir rayonunun Sığırlı kəndində tanınmış  bir 
ziyalı-jurnalist, siyasi-bitərəf ailəsində doğulub. N.Atabəyli 
  heç vaxt heç bir siyasi təşkilata üzv yazılmamışdır. Heç bir 
dövlət hesabında olan  və ya müstəqil Yaradıcılıq təşkilatına  
üzv deyil və olmayıb. Ədəbi-estetik baxışlarında ilk gəncliyində  
modernizmə, sonralar post-modernizmə meyllənmişsə də, hal-    
 hazırda yalnız klassik ədəbiyyatı üstün tutur və bu yolla gedir.  
 
  Atası—RəĢid Fərəcov veteran-jurnalist, yazıçı-publisisdir:  
6 kitabın, o cümlədən 3 cild ―ġirvannamə‖, ―Aran səlnaməsi‖  
və s. müəllifidir.  Müəllifin atası, özü və kiçik övladı-- Gülnar  
BDU-nun (jurnalistika, filologiya, informatika fakültələrinin)  
məzunudurlar.  
Böyük  qızı  Aynur  Atabəyli  ixtisasca  nono-biotexnoloqdur, 
ADNA-nı  bitirib,  təkrar  Türkiyənin  Ġzmir  Ģəhərində  təhsilini 
artırıb  və  ixtisası  üzrə  çalıĢıb.  Hal-hazırda  orada  dizayn  və 
reklamçılıq  üzrə  əlavə    magistr  təhsili  almağa  hazırlaĢır.  Bədii 
əsərləri ilə  o, qardaĢ ölkədə tez-tez çıxıĢ edir. Kiçik qızı Gülnar 
informatika  (bakalavr--BDU)  və  iqtisadi  kibernetika  (magistr—
ADNA,  Xarici iqtisadi əlaqələr fakültəsi) üzrə mütəxəssisdir. Hər 
iki ixtisası qırmızı Diplomla bitirmiĢdir. 
 
    N.  Atabəyli  “Azərbaycan”,  “Dan  Ulduzu”,  “İlham”,  “Həftə 
içi”,“Yeni  Azərbaycan”  və  s.  qəzetlərdə,  “Ulduz”,  “Region+” 
jurnallarında müxtəlif vəzifələrdə çalışıb. 
 
 
 
     10 il Bakı şəhərində pedaqoji fəaliyyət göstərib. 
 
 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə