Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

160 
 
 
Oyundur məhəbbət, oyundur nifrət: 
Hisslər  taxta üstə fiqur kimidir. 
Qəlbdə həm zəfər var, həm məğlubiyyət-- 
Hər kəsin son ağlı son hakimidir. 
 
Təklənən uduzur, məhv olur gedir... 
Həyat heç kəs üçün  solo deyildir. 
DöyüĢ meydanında oyunçu--əsgər, 
Meydandan  kənarda--adi veyildir... 
 
Ümid vadısındə səmum yelidir 
Yolu  Əzrayıl tək kəsib duranlar. 
Öndəki rəqibdən təhlükəlidir 
Oyunun  içində  oyun quranlar. 
 
Bir raunddur cəmi  Ömür/Oyunlar. 
Qələbə yol açır Əbədiyyətə. 
Yalnız  zəfərlərdə  ALLAH hökmü var: 
Bais,  uğrayandır    məğlubiyyətə... 
 
                                               ƏBƏDĠ CAVAB 
Nə qədər sevsəm də mən dostu, yarı 
Ürəyim Allahın umudundadır. 
Dağın çəmənləri, bağın barları 
Göylərin qaralan buludundadır. 
 
Cənnətlə ödəndi Adəmin səhvi. 
Kimsə qınamasın bununçun Rəbbi. 
Hər bir məmləkətin tarixi məhvi 
Ġnsanın mənəvi süqutundadır. 
 
Aparıb dünyadan axı kim nəyi? 
Artıq tut, ey könül, zərdən çörəyi. 


161 
 
Gavənin azadlıq eĢqi, diləyi 
Xalqa tarix yazan Firudundadır. 
 
Namiqəm, oxudum 1001 kitabı. 
Çəkdim ürəyimdə hər iztirabı. 
Bütün sualların əsil cavabı 
Allahın əbədi sükutundadır. 
PS: dostum  Musəddiq  Məmmədov  üçün. 
 
                                                HƏSBĠ-HAL
 
 KiĢinin vicdanı sekuntantıdır, 
Hər kəsin öziylə son dueli var. 
Olumdan ölümə bircə santıdır, 
Hər kəsin tətikdə duran əli var. 
 
XoĢ həyat hər kəsin öz qıĢ nağılı. 
Hər baĢ bəlalıdır, hər ürək dağlı... 
Tükənməz deyildir insanın ağlı, 
Hər kəsin könlündə yatan dəli var. 
 
Həyat səbirlidir, tale ərköyün. 
Yerdən soruĢulmur nizamı göyün. 
Bəndədən sovuĢan bir namərdliyin 
Allah hüzurunda min bədəli var. 
 
Dövr edir kainat, dönür qərinə
Gedənin bir kimsə ölmür yerinə. 
Əbədi deyildir dünyada  heç nə-- 
Hər Ģeyin öz sonu, öz əvvəli var. 
PS: dostum Əhmədəli Məmmədov üçün 
 


162 
 
               ATABƏKĠYYƏ 
(Bu iki bənd ulu babamız--Atabəy ġəmsəddin  
Eldəniz haqqında  hələ tələbəlik illərimdən üzərində 
 iĢlədiyim,  heç vaxt ardını yaza bilmədiyim və yaza  
bilməyəcəyim eyniadlı poemamın əvvəlidir.) 
                                      Səhra gəmisində üzür qul-uĢaq, 
Önündə fırtına, qasırğalar var. 
Vətən tarixində o, iz salacaq-- 
ġəmsəddin Eldəniz: adil hökmdar! 
 
Bağdad yollarında dəvələr yorğun, 
O yorğun yollarda gedir qul-uĢaq. 
Gözündən qan damır, bənizi solğun
TANRIya dualar edir o ancaq!.. 
  (4 aprel 1978-ci il: 20 yaĢım. BDU-nun 
yataqxanası) 
 
 
                     QARA QÜRBƏT  
                      Bütün mühacirlərimiz üçün
 
        Vətənin  daĢ  yerindən 
        Mən qırılıb getmiĢəm. 
         Kürəyimdən, sərimdən 
         Mən vurulub getmiĢəm. 
 
          Hey soyuldum, talandım,  
          AtəĢlərə qalandım. 
          Ömür boyu bulandım, 
          Mən durulub getmiĢəm. 
 
         ĠĢgəncədir həyatım, 
         Qırıldı qol-qanadım... 


163 
 
          Haqqımı hey aradım, 
          Mən yorulub getmiĢəm. 
 
         Ağ yalanmıĢ bu gerçək! 
         Dözməz buna baĢ-ürək. 
         Ya ölmüĢəm Ģəhid tək, 
          Ya doğulub getmiĢəm... 
 
        ―DAġ YUXULAR‖A CAVAB 
(1990-cı ilin 20 iyununda 
Yazıçı Əkrəm Əylislidən “Azərbaycan 
 müəllimi” qəzeti üçün müsahibə götürdüm: “İnsan  
olduğumuz yerdən...”Bax, 20.VI.1990, N-46/6982/. 
Orada Ə. Əylisli ona Heydər Əliyev barədə sualımı belə 
 cavablandırdı: ”Tərifləyəndə də, pisləyəndə də həddi aşırıq. 
Bəla burasıdır ki, hər iki halda həddi aşanlar adətən eyni  
adamlar olur: bu müdhiş riyakarlığı ifşa etməyə heç tarixin 
 də zoru çatmır... Heydər Əliyev də “həmişəbahar”  
riyakarlığın 1001 sifətini öz gözləri ilə gördü.” 
  Məncə, bu gün Ə. Əylislinin özü tərifdə olmasa 
 da, tənqiddə  həmin ―həddi aĢanlardan‖ birinə çevrildi. 
  Sakit bir gölə atılmıĢ DAġ kimi gündəmə izafi  
gurultu salmıĢ bu əsərə öz  münasibətimi bildirmək 
 istərdim.) 
 
Bəzən boylanıram qara keçmiĢə, 
Gözlərim önündən Ģeytanlar keçir. 
Uca dağ zirvəsi üstən həmiĢə 
Vətənsiz buludlar, dumanlar keçir... 
 
Öldü o keçmiĢdə neçə arzular-- 
KeçmiĢ arzumuzun məzarlığıdır. 
Vicdan daĢa dönsə, yenə sarsılar: 
KeçmiĢ,  duyğuların qəddarlığıdır. 


164 
 
                                     Biz öz-özümüzlə etmiĢik cihad, 
Tale müharibəli film kimidir. 
Qabağa boylansaq, bəlkə də, həyat, 
Geriyə boylansaq, ölüm kimidir. 
 
―DaĢ yuxular‖ qəlbin daĢ uyğusudur-- 
Nə üçün  sabaha aparaq, Əkrəm?.. 
―DaĢ yuxular‖ qəlbin daĢ duyğusudur-- 
 Gəl, daĢı  qəlblərdən qoparaq, Əkrəm!.. 
 
Göylərdə ALLAH var—görər hər iĢi, 
ALLAH nə edərsə, hökmən edəcək! 
Əkrəm, qurdalama Ģeytan keçmiĢi, 
Sabah  hamımızı düĢmən edəcək. 
(12.I.2013. Bakı.) 
 
                                      AZADLIQ VƏTƏNSĠZ OLMUR 
(―Küçə iti olmaq istəyirəm‖ Ģeirini yazmıĢ 
 Ģairə cavab) 
Deyirsən azaddır küçə itləri 
Qapıda yalmanan soydaĢlarımdan. 
Ġtlərin həyatda yoxdur bütləri, 
Yaltaqlıq bilməzlər onlar heç zaman. 
 
Yanından biganə ötər adamlar: 
Yoxdur bir itirib axtaranı da. 
Onda nə vicdan var, nə namus, nə ar... 
Bilnməz hardandır cinsi,  qanı da. 
 
Bir küçə köpəyi ana düĢünməz-- 
Anlamaz dünyada VƏTƏN nə Ģeydir. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə