149
Tanrı məhəbbətdir, iman bir barıĢ.
Tale bir oyundur, həyat bir yarıĢ.
Nə iĢə əl atsan ―Allah!‖ de, çalıĢ,
Gözəl əzmi var gözəl Allahın.
Qəlblərin Ģahı ol, Allahın qulu.
Səadət yoludur Quranın yolu.
Yüz iyirmi dörd min nəfər rəsulu--
Gözəl məsumu var çözəl Allahın.
Diriykən ömrünün qazma qəbrini.
Qeybdə yazan var Ģərin cəbrini.
Qoru ümidini, üzmə səbrini.
Gözəl dözümü var gözəl Allahın.
Xızrı, Ġlyasıdır bir an yatmayan.
Nuhun gəmisidir bir an batmayan.
Ġblisin, Ģeytanın əli çatmayan
Gözəl bəzmi var gözəl Allahın.
Arzular ardınca ağıl at çapar.
Könüllər ünvanı Tanrıda tapar.
Ədalət pozulsa, Qiyamət qopar--
Gözəl çözümü var gözəl Allahın.
Müqəddəs Ġslamdır tutduğum tək yol.
Ey könül, hər iĢdə Allahınla ol!
Gözüm Ona heyran, qəlbim Ona qul--
Gözəl rəsmi var gözəl Allahın!
BURDAN QIRATLI KEÇDĠ
Burdan Qıratlı keçdi,
Simurq qanadlı keçdi.
Ömrün cıdır düzündən
Nəmər, nabatlı keçdi.
150
Rəhm umdu rəhmanından,
Dönmədi imanından.
Nacislər zamanından
Əsilli, zatlı keçdi.
Doğdu GünəĢ içindən,
Yer titrədi gücündən.
Dünyanın qəm köçündən
Toylu, büsatlı keçdi.
Azəri torpağından,
Kür, Araz qırağından,
Tarixin sorağından
ġərəfli, adlı keçdi.
Dünyanın yay-qıĢından,
Ömrün hər qarıĢından,
Talelər yarıĢından
Cıdır həyatlı keçdi!
Xızır qanadlı keçdi!
PS:Bu Ģeir-nəğmə böyük bir poemanın Proloqu kimi
nəzərdə tutularaq , Aran elinin ağsaqqalı,
Stalin sürgünlərini yaĢamıĢ, lakinöz mərdlik
və dəyanətini itirməmiĢ, belə çətin bir dövrdə
yetiĢdirdiyi ―Qarabağ‖ cins atlarının Ģöhrətini
Dünya arenasına çıxarmıĢ möhtərəm soydaĢımız
QarakiĢi Qasımovun əziz xatirəsi üçün
qələmə alınmıĢdır. ―Xalqlar atası‖nın
Ġngiltərə kraliçasına bağıĢladığı Dünya Cıdır YarıĢının
çempionu olmuĢ ―Qarabağ atı‖ məhz bu kiĢinin
zəhmətinin və hünərinin nəticəsi idi.
151
ATALARA XĠTAB
Mənə yol göstərin-- Həqiqət yolu:
Sonacan ünvana düz gedib çatsın.
Mənə yol göstərin--Mərifət yolu:
Vətənə, millətə əlin uzatsın.
Mənə yol göstərin--Məhəbbət yolu:
Kimsəyə ayrılıq gətirməsin o.
Mənə yol göstərin--Sədaqət yolu:
Dosta ehtibarı ititməsin o.
Mənə yol göstərin--Ədalət yolu:
Vicdana söykənən qalacıq olsun.
Mənə yol göstərin--Səxavət yolu:
Əl açan olmasın, əlaçıq olsun.
Mənə yol göstərin--Kəramət yolu:
Allahın ruzusu hamıya çatsın.
Mənə yol göstərin--Qiyamət yolu:
ÖlmüĢ ürəklərdə sevgi oyatsın!
PS: Atam tanınmıĢ yazıçı-jurnalist,
ġirvan ağsaqqalı RəĢid Fərəcov üçün.
ALĠMLĠK
Bu dünya Allahın bir Kitabıdır.
Açın vərəq-vərəq, oxumaq üçün!
Elm insanlığın ilk mehrabıdır,
Məktəb-- cənnətin son açarı bu gün!
Elmdən kənarda dünya qaranlıq,
Müəllimsiz məclis--cəhalət xoru.
Açılan sabaha baxın bir anlıq:
GünəĢ də boylanır Kitaba doğru.
152
Tumansız gəlindir imansız alim.
Elm imandandır,-- çoxu deyibdir.
Həyat bir məktəbdir, Vicdan--müəllim:
Allah Quran ilə ―OXU!‖ deyibdir.
Ġmana çağrıĢdır Kitaba çağrıĢ.
Elmsiz həyatın təməli yoxdur.
Haramdır o Ģəxsə Yerdə bir qarıĢ:
Həyatda öz sözü, əməli yoxdur...
Taleyin Dan yeri məktəb çağıdır,
Sönməz əsrlərcə Ağlın Ģəfəqi.
Dünyanın zirvəsi Elm dağıdır,
Ġnsanlığın tacı-- kitab vərəqi.
Çıxmayıb yadımdan ta indiyəcən
Məktəbə ilk dəfə atdığım addım.
Anadan hamı tək doğulsam da mən,
Kitabdan baĢlayıb bütün həyatım!
Addım var—dərənin dibnə aparır,
Addım var--insana dağı aĢdırır.
Addım var—imandan qəlbi qoparır,
Addım var--Allaha yaxınlaĢdırır.
Əsla diri deyil, bir mərhumdur,
Vicdan cüzdanında pul daĢıyanlar.
Azadlıq eĢqindən tam məhrumdur,
Nəfsə, ehtirasa qul yaĢayanlar!!.
Elm nə vəzifə, nə də ad-sandır,
153
Elm--ülviyyətdən asılan Bayraq!
Ağılsız yaĢayıb ölmək asandır,
Ölüm dühalara yaraĢmır ancaq.
Nə qədər paxıllıq ocaqlarında
Qəzzali, Bruno, Koopernik yanır:
Taxtın gecəsində, sabahlarında
Fikrin baĢı üstə Balta dayanır.
Elm düĢüncənin azadlığıdır:
Kitabla açılıb insanın gözü.
Elm insanlığın Haqq çırağıdır,
Ġlk səhər banıdır ALĠMĠN SÖZÜ!
Alimlik sadəcə vəsiqə deyil,
Vicdanı yaĢadan bir həqiqətdir.
Alimlik adicə vəzifə deyil,
Allah qarĢısında məsuliyyətdir.
PS: AMEA-nın prezidenti Akif Əlizadə üçün.
(Pespublika tələbələrinin elmi Konfranslarında tələbə
elmi iĢlərimə görə Qızıl medala, I və II Dərəcəli
Diplomlara layiq görüldüm. ADU Elmi ġurasında
aspiranturada saxlanmağıma qərar verildi.
Universitet elmi məcmuələrində dərc edildim. Lakin
sənədlərimi heç aspiranturaya qəbul də etmədilər.
Bəzən belə də olur... Ġizahı yoxdur?!)
MƏTĠNLĠK NƏĞMƏSĠ
Ey könül, dünyada hazırı qoyub,
BoĢ sözə, nağıla, dilə oynama.
ġahın ətrafında Vəziri qoyub,
Küncləri qoruyan Filə oynama.
Dostları ilə paylaş: |