Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

170 
 
Hərdən bir uzaqdan kəm baxa-baxa 
Hamı bir-birini günahkar sanır... 
 
Dostluq bahasına, borc bahasına 
Hər payız, qıĢ, bahar, yay... içmıĢık biz! 
Baxıb dostlarının  iĢtahasına, 
Bir  vaxt dəryalarca çay içmiĢik biz. 
 
Ġndi bir istəkan çaydan qaçmağa 
Hər kəsin bir aləm bəhanəsi var. 
Evində, iĢində, bağında daha 
Hər kəsin ayrıca çayxanası var. 
 
Hamı bu dünyanı bir gün tərk edir-- 
Dostu haraylayır ürəyin səsi... 
Ömrün qürub çağı ağıl dərk edir: 
Hər Ģeyi təzəsi, dostun köhnəsi. 
 
Əvvəllər bir yerdə olanlar hanı?.. 
Biz ki gözləməzdik bu sonu, dostlar. 
Ölümdür-- sonuncu çay istəkanı: 
Tək-tək içəcəyik biz onu, dostlar. 
 
              BU DÜNYA 
Geci-tezi verməliyik canı ta... 
Nəyimiz var aparacaq bu dünya. 
Min illik bir palıd olsaq, nə fayda?!-- 
Kökümüzdən qoparacaq bu dünya. 
 
QurtuluĢ yox bir kimsəyə əcəldən. 
Yazın dərdin soruĢ sarı xəzəldən. 
Nə bizimlə baĢlayıbdır əzəldən, 
Nə bizimlə qurtaracaq bu dünya. 
 


171 
 
Boz Ġblisin fitnəsini kim duyub? 
Nağdı verib, nağıllara qəlb uyub. 
Ömrümüzdə il üstünə il qoyub, 
Dərdimizi artıracaq bu dünya. 
 
Namiq, bir an unutmayaq məhĢər var: 
Cənnət üçün çoxu çəkib intizar. 
Gedənlərə Nuhu edib xilaskar
Gələnləri batıracaq bu dünya. 
                                               PS: Arif  Zeynalov üçün
 
 
                                    ġĠRVAN  OĞLUYAM!! 
Əvəzliyim, bədəlliyim yox mənim, 
Kəc dünyaya mən piranə gəlmiĢəm. 
Könlüm uca olub, gözüm tox mənim, 
                             ġah yurduma mən Ģahanə gəlmiĢəm. 
 
 Bax Əlvəndin, Baba Dağın yaĢına: 
 Bu gözəllik yaranmayıb boĢuna! 
 Torpağımın hər daĢının baĢına 
                              Dolanmağa mən pərvanə gəlmiĢəm. 
 
 Dəmir-Dərbənd, ġami-əxi canımdır. 
 Xaqanilər, Nəsimilər sanımdır. 
  Pak qəlblərdən axan milli qanımdır, 
  Arifliyə ədəbanə gəlmiĢəm. 
 
Ġsmayıllı,  Ağsu,   Xızı--rübabım. 
Hacıqabul, Göyçay, Oğuz--kitabım. 
Bu--Kürdəmir, AğdaĢ, ġirvan, Zərdabım. 
Qəbələyə, Qobustana gəlmiĢəm.  


172 
 
 
Az düĢmədim ahuların ardına. 
Çox alıĢdım lalələrin oduna... 
Fələkilər, NiĢatilər yurduna 
Mən anadan Ģairanə gəlmiĢəm. 
 
Seyidimi, Sabirimi ad edib, 
 Rəsulumu,  Qabilimi  yad edib. 
Zeynəbimi,  Habilimi Ģad edib, 
Sənətimdə mən zəbanə gəlmiĢəm. 
 
Altıağac, Pirqulumu gəzməyə, 
Çuxuryurddan al lalələr üzməyə, 
Zirvələrdən qartal kimi süzməyə
Könülləri mən seyranə gəlmiĢəm. 
 
Arzularım  ağrıları keyitdi. 
Ormanlarım alp arslanlar böyütdü. 
Sal daĢlarım çox dənləri üyütdü: 
Koroğluyam--dəyirmana gəlmiĢəm. 
 
Bilal, Əhməd, Əvəz, ġakir--mənəm, mən! 
Həsrət oldum: balabanda dinəm mən! 
Alim ilə zilə qalxıb enəm mən-- 
EĢq yurduna aĢıqanə gəlmiĢəm. 
 
Mələkxanım!  Təzələnsin könlümüz. 
Muğam qoxur imanımız, dinimiz. 
Qoy ucalsın Bayrağımız, Himnimiz!-- 
Həm Vətənə, həm rizvana gəlmiĢəm. 
 


173 
 
                                   Dədə GünəĢ ruhumuza nur yayıb! 
Haqq yolunda canın qoyub  ġıx Eyyub!! 
Allahımı, Rəsulumu tanıyıb, 
Əhli-sünnət  mən Qurana gəlmiĢəm. 
 
                                   Çərxi- fələk çoxdan qəlbi xəstədir. 
Könül aldı kim bizdən haqq istədi. 
Bu dünya bir Ģətrənc Fili üstədi, 
At belində mən çövkana gəlmiĢəm 
 
Haqq yoldayam babaların izilə. 
ġirvanlıyam: əməlilə, sözilə. 
Mən  qəlbimin Ģairanə səsilə 
Söz deməyə bu cahana gəlmiĢəm. 
PS:eloğlum  Mikayıl Ġsmayılov  üçün   
 
 
                                                    ĠLAHĠ!.. 
                                            (Bu Ģeir kənddə  ilk pedaqoji fəaliyyətimə son  
                                            qoyulduğu gün yazılıb: 12 iyul 1985-cü il.) 
Dünyanın sinəsi çoxu arandı, 
Ürəkdə nə qədər dağ var, Ġlahi? 
Hər addım baĢında ölümdü, qandı, 
Həyatda nə qədər sağ var, Ġlahi?.. 
 
Nə qədər yolçu var yollar yaĢayır... 
Nə qədər rüĢvət var pullar yaĢayır... 
Nə qədər ayaqda qullar yaĢayır, 
O qədər baĢlarda Ģah var, Ġlahi! 
 
Fərhad, Məcnun öldü qəlbində qübar. 
Kamına yetmədi nə qədər nigar... 


174 
 
Nə qədər sevgi var-- ayrılıq da var, 
Nə qədər ürək var-- ah var, Ġlahi. 
 
Min könül bulanır, bir göz durulur, 
Ədalət axtaran ömür yorulur. 
Nə qədər məhkəmə, divan qurulur
O qədər pozulan haqq var, Ġlahi. 
 
 
Namiqəm. Matəmdir könül aləmim. 
Sığmaz yerə, göyə dərdim, ələmim. 
Göz yaĢı tökəcək Qara Qələmim 
Nə qədər kəfən var, ağ var, Ġlahi. 
 
 
                                             ÖLÜM VƏ NĠFRƏT 
                                      Nifrət ölümdən də qəddar duyğudur, 
Boylanmaz qurbana dönüb bir anlıq. 
Məhəbbət ömürdən uzun yuxudur: 
Əvvəli qaranlıq, sonu qaranlıq... 
 
Nifrət-- bu həyata ölü bir sual, 
Məhəbbət-- Allaha canlı xitabdır. 
―Qalib gələcəkmi cahanda Kamal?..‖ 
Dünya baĢdan-baĢa sirli kitabdır. 
 
Həyat da, ölüm də tam gerçəklikdir: 
Amini verilir Fatihəsində. 
Dünya yaranandan nifrət hökm edir 
Ġnsanla Ġblisin əhatəsində. 
 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə