Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   29   30   31   32   33   34   35   36   37

 
78
xallı balıqlar çaylarda 6 ilədək yaşayır. Payız aylarında 600-2000 kürü tökməklə çınqıl (qum) içərisində 
gizlədir və kiçik süfrələrlə qidalanır. 
 
16) Tibb zəlisi- (Hirubo medicinalis) Zəlilər sinfindən olan halqavari soxulcana bənzər su qurdudur. 
Uzunluğu 3-8 sm olan qara rəngli hamar soyuqqnlı həşəratlar, yağış soxulcanı kimi dərialtı həlqəsi 
ilə çoxalır. Zəlilər əsasən Cənubi Avropa və Kiçik Asiyadakı şirinsulu gölməçə və bulaqlarda yayılmışdır. 
Azərbaycanda Lənkəran zonası ilə Naxçınan MR-ın Babək rayonundakı  şirinsulu çay və 
gölməçələrində  də yaşayırlar.  Əvvəllər  Əbrəqunis (Culfa) rayonundakı Haçaparaq kəndindəki “Zəli 
bulağında” və Naxçıvan (Babək) rayonundakı Adilağa suni gölündə tibb zəliləri yayılaraq yaşamışdır. 
Haliyyədə Araz çayı dəryaçası sahillərindəki yasaqlıqda nadir tibb zəlisi qurdları vardır. 
Zəlilər əsasən yaşadıqları sulardan su içmək istəyən məməli onurğalıların ağzına (dilinə) yapışaraq 
heyvanın qanı ilə qidalanırlar. 
Zəli qurdunun ağzındakı ifrazat şirəsinin tərkibində  hirudin maddəsi olur ki, həmin ifrazat qan 
laxtalanmasının qarşısını alır. Nəticədə zəli dişləyən yara yerindən uzun müddət qanaxma olur. 
Xalq təbabətində xəstə şişmanlardan qan aldırmaq məqsədilə zəlidən istifadə edilir. 
Müasir tibb elmində isə  zəlidən tromb, hipertoniya və.s xəstəliklərin müalicəsində istifadə olunur. 
Əvvəllər Abşeron rayonundakı süni göllərdən birində  zəli qurdlarını çoxaldaraq saxlayırdılar. Bir neçə 
növ balıqlar zəlilərlə qidalanır. 
 
17) Su ilanı- (Colubridae) İlanlar (Ophidia) dəstəsindən olan sürünənlər fəsiləsi dünyada 1500 növü 
məlumdur ki, Azərbaycanda 18 (Naxçıvan MR-da 3) növü vardır. 
Bədəninin uzunluğu 30-85 sm-dək (tropik ölkələrdə isə 3,5 metrədək) olur. Tünd sarı  və ya ağ-
gümüşü rəngli sürünənlərin baş hisəsində boz-qara ləkələri olur. 
Su ilanının damağında çoxlu xırda dişləri vardır ki, hətta bəzi növləri zəhərli olur. 
Muxtar Respublikanın bütün rayonlarındakı şirinsulu su hövzələrində su ilanları yayılsa da leyləklər 
tərəfindən kütləvi surətdə yeyilir. 
Su ilanı quruda və kolların üstündə sərbəst surətdə cəld hərəkət edir. Onlar əsasən müxtəlif onurğasız 
həşəratlarla, molyusk və soxulcanlarla, hətta kolluqlarda yuva qurmuş su quşlarının yumurtaları ilə  də 
qidalanır. 
Su ilanları göl (çay) sahilindəki isti qumlarda yumurta tökərək, tezliklə uzunsov yumurtalardan diri 
ilan balaları çıxıb suya sürünürlər. 
“İlanın ağına da, qarasına da, görənə də, görüb öldürməyənə də lənət” qədim atalar sözünə görə 
su ilanları əhali tərəfindən məhv edilərək növün azalmasına səbəb olmuşdur. 
Məktəbli gənclər arasında təbiətə  və heyvanların qorunub saxlanmasına qayğı  işləri bilavasitə 
müəllimlərin üzərinə düşür. 
 
18) Çay xərçəngi- (Crustacea) Xərçəngkimilər-buğumayaqlılar tipindən olan su heyvanı 
sinfindəndir. 
Dünyada 20 minədək növü, Azərbaycanda 43 fəsilədən 134 cins və 344 növü vardır. 
Muxtar Respublikanın  şirinsulu hövzələrindən Araz dəryaçasında, Naxçıvançayı  və Arpaçayındakı 
dəryaçada yayılmışdır. 
Çay xərçənginin bədəninin uzunluğu 15 sm-dən 30 sm-dək olaraq baş, döş  və sümükləşmiş 
qarıncıqdan ibarətdir. Rəngi yaşılımtıl-sarımtıl, döşünün yanları isə çəhrayıdır. Hər tərəfdən 5 ədəd (10 
ayaqlı) çıxıntıları vardır. Başında 2 ədəd uzun bığcığı  və 2 çənəsi (maksilası) vardır. Heyvanın bığları 
onun hiss orqanlarıdır. 
Çay xərçəngləri su kənarlarındakı qumluqlarda diri balalar doğurlar. Balaları sudakı kiçik 
orqanizmilərlə, böyük xərçənglər isə bitki və ölmüş balıq  əti ilə qidalandığından su hövzələrində 
“sanitar” işlərini görür. 
Çay xərçəngi brakonyerlər tərəfindən asanlıqla ovlanılır. Beləki ipə bağlanmış 5-10 ədəd polad 
qarmağa iylənmiş balıq əti keçirməklə xərçənglər aldanaraq tilova düşürlər. Közdə qızardılmış xərçəngin 
içalatı yeyilir. 
Xalq təbabətində çay xərçənginin bişirilmiş içalatı vərəm xəstəliklərinə qarşı istifadə olunur. 
Xalq inanclarında xərçəngin qabaq ayaqlarının qısqacları  “gözdəyməyə”  qarşı bilinərək çağaların 
papağına tikirlər. 


 
79
 “Allah hər heyvanı bir sudan yaratmışdır.  
Onların bəzisi qarnı üstə sürünür,  
bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir...”  
Quran “Nur” (24) s.a.46. 
 
Əlavə bilgilər 
 
Torpaq-  Kənd təsərrüfatında istehsal vasitəsi kimi mühüm maddi amildir. Torpaqda yaşayan 
heyvanlar torpaqəmələgəlmə və münbitləşmə prosesində əsas rol oynayırlar. Torpaqdakı orqanizmilər öz 
ifrazatları ilə torpağı üzvi və kimyəvi maddələrlə zənginləşdirir. 
Torpaqların  şum qatında (30 sm-ə  dək) canlı birhüceyrəli bitkilər vardır ki, onlar yaşıl, göy-yaşıl, 
sarı-yaşıl və diatom yosunlardır. 
Torpağın hər 1 sm³ 200 minə  qədər canlı hüceyrələr inkişaf edərək torpaqda hava azotunu 
toplayırlar. 
Torpaqda mikroorqanizmilər vardır ki, onlar torpaqdakı bitkilərin məhsuldarlığının artmasında 
mühüm rol oynayırlar. Hər 1q torpaqda 10mq-a qədər canlı mikroorqanizmilər olur. Torpaqda sporlu və 
sporsuz bakteriyalar, göbələklər, mikroskopik yosunlar və s. vardır. 
Torpaq  əmələgətirən amillər  əsasən təbii mühit amillərindən yaranır. Akademik V.V.Dokuçayevə 
görə əsasən beş sayda təbii amillərin qarşılıqlı təsirindən torpaqlar yaranmışdır. Onlar yerdəki ana süxur, 
iqlim, bitki, heyvanlar aləmi və relyefdir. 
Torpaqların genetik təsnifatının torpaqəmələgəlməsində insanın çox formalı təsərrüfat fəaliyyəti də 
əsas şərtlərdəndir. 
Muxtar Respublika ərazilərindəki genetik torpaq təsnifatından kənd təsərrüfatı sahəsində  fəaliyyət 
göstərən sahibkarlar tərəfindən yerinə yetirilir. 
 
Soxulcanlar- Tüksüz həşəratlar sinfindən olan yağış qurdları bir neçə fəslə ayrılıblar. 
Soxulcanın uzunsov ətli bədəni (halqalarından) seqmentlərdən ibarət olaraq sayı 80-300 arasındadır. 
Qurdların uzunluğu 8-200 sm-dək, yoğunluğu 10-12 mm, rəngləri isə açıq boz və tünd qırmızıdır. 
Soxulcanlar istiliksevən həşəratlardır. Dünyada 1500-dək, Azərbaycanda isə 30 növü məlumdur. 
Soxulcanlar torpaqda 60-80 sm, bəzən isə yumşaq süxurlarda 8 m-dək dərinlikdə yaşayırlar. 
Gündüzlər hər yağışdan sonra torpaq üzərinə çıxıb gəzirlər. 
Soxulcanlar kiçik yaşıl yarpaqları  qıraraq yer altında (yuvasında) yavaş-yavaş yeyib qidalanırlar. 
Onlar torpaqların yumşalmasında, hava və mineral maddələrlə zəngin olmasında əsas rol oynayırlar. 
Soxulcanların çoxalması öz-özünə mayalanmaqla bədənindəki qonur-qara rəngli həlqələrin 
əmələgəlməsinə  səbəb yaradır. Həlqələr qurdun ortasından başlayaraq dərisi altında hərəkət edib anus 
dəliyindən nazik qırmızımtıl balalar şəklində xaric olurlar.  
Soxulcanların düşmənləri sarı qarışqalardır. 
Meyvə bağları  və gül kolluqlarında torpaqda şumlama işləri aparılarkən çalışmaq lazımdır ki, 
torpaqdan çıxan soxulcanlar məhv olmasınlar. 
Kimyəvi zəhərlərlə torpaqdakı  zərərvericilərə qarşı mübarizə  tədbirləri aparıldıqda 
soxulcanlar da məhv olurlar. 
 
Toxum- Bitkiçilikdə torpağa əkiləcək toxumun seçilməsi və əkilməsi ən vacib işlərdən biridir. 
Seçilmiş (yığılmış) əkin materialı olan toxum məmulatı kölgədə və quru yerdə qurudulduqdan sonra 
zəif kimyəvi dərmanlarla qarışdırılıb hava keçirən qab və torbalarda saxlanılmalıdır. 
Toxumların xüsusiyyətindən asılı olaraq bir neçə il saxlanılarkən ana toxumdakı yumurta 
hüceyrəsinin nüvəsi xarab olaraq inkişafına son qoyulur. Toxumçuluqla seleksiyaçılar məşğul olsalar da 
həvəskar təbiətsevənlər də hibrid toxumlardan təkrar istifadə edə bilərlər. 
Toxumlu bitkilər spermatofitlərdir ki, onlar toxum verən ali bitkilərdir. 
Toxum saxlanılan yerdə toxumların saxlanılması üçün əhəmiyyətlidir. Belə ki hər bir növ toxumun 
xüsusi nəmlik temperaturunda saxlanılmalı və 14 %-dən yuxarı olmamalıdır. Nəmlik faizi yuxarı olduqda 
toxumlar cücərmə qabiliyyətini itirirlər. 
Əkinçilik sahəsi ilə məşğul olan təsərrüfatçılar əkin materialı olan toxumları təmizləmək üçün xüsusi 
universal “S U-0,1” markalı toxum təmizləyən maşınlardan istifadə edə bilməzlər. Əkin üçün şumlanmış 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə