Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 

17

Qorqud Ata Bayatın, yaxud Dədə Qorqudun Orta Asiyanın Oğuz tayfalarına mənsub olduqlarını  Ağqoyunlu 



Uzun Həsənin 1470-ci ildə  şahzadə  Bəyazidə  məktubundan da görmək olur: "Talenin hüdudlarında yaşayan 

Bayandur xanın qəbilə  və adamları, Bayat və  Oğuzlar bizim xoşbəxt dövlətimizin sahəsi altına sığınıb xilas 

olmuşlar".

167


 

Sülaləyə öz adını verən Oğuz xanın nəvəsi Bayandur xan kiçik qardaşı "Beçənəqı" Sayramda öz yerinə 

Türküstana canişin qoyduqdan sonra, özü Qarabağ qışlağına və Göycə dəniz yaylaqlarına gəldi, ölkəsini oğulları 

arasında bölüb, dünyadan köçdü".

168

 Onun soyundan olan "Sunqur bəy (Qara 



[38-39] 

Osmanın 22-ci arxa 

dönəni) haqqında deyilir ki, o, peyğəmbərin (Məhəmmədin) müasiri olmuş və Orta Asiyadan Dəşti Qıpçaq yolu 

ilə Azərbaycanın Alagöz və Göycə  dəniz bölgəsinə yerləşmiş  və islam dininə girməmişkən düşmənlərlə vu-

ruşduğu zaman bir oxla yaralanıb ölmüşdü".

169


 Əbu Bəkr Tehraninin verdiyi mə"lumatlara görə Əlincə qalası 

Xəlifə Harunun və Hadinin dövründə (VIII əsrin sonunda - IX əsrin əvvəllərində) Qıpçaq xanın, Xəlifə Əmin və 

Mə"munun dövründə (809-833-cü illər) Şəktür bəyin ixtiyarında olmuşdur.

170


 

F.Sümer  Əbu Bəkr Tehraninin Ağqoyunluların  şəcərəsində Tur Əli bəydən öncə qeyd olunmuş tarixi 

şəxsiyyətlər haqqındakı  mə"lumatına  şübhə ilə yanaşır.

171


 Bu münasibətlə O.Əfəndiyev yazır ki, Əbu Bəkr 

Tehrani şübhəsiz ki, Uzun Həsənin nəslinin qədimliyini göstərməyə Bayandurların hakimiyyətinin qanuniliyini 

əsaslandırmağa çalışmışdır. Lakin bu genelogiya tarixilikdən heç də uzaq deyildir.

172


 

F.Kırzıoğlu  Əbu Bəkr Tehraninin verdiyi mə"lumatlara  əsaslanaraq, Oğuzların Bayandur boyuna 

mənsub olan Ağqoyunluların VII əsrdə Türküstandan Qıpçaq ölkəsinə, oradan isə Azərbaycana gələrək Alagöz 

dağı ilə Göycə gölü sahillərində yerləşdiklərini,  Əlincə qalasına sahib olduqlarını  və sonralar Alagöz-Göycə 

gölü - Əlincə bölgəsindən Diyarbəkrə köçdüklərini göstərir.

173


 Həmin fikrə X.Koroğlu da gəlmişdir. O, yazır: 

"Ağqoyunlu birliyinə daxil olan Bayındır qəbiləsi VII əsrdə Qıpçaq çölündən keçib Qafqaza gəlmiş, Alagözlə 

Göycə dəniz arasındakı yaylaqda, Kür və Araz qıraqlarında yerləşmişdir. Sonra onlar Diyarbəkrə köçmüşlər və 

nəhayət, burada güclü Ağqoyunlu dövləti yaratmışlar".

174

 

Oğuzların Bayandur boyundan olan Ağqoyunlular mənbələrdə çox zaman "Bayanduriyyə" kimi təqdim 



edilir. F.Sümerin qənaətinə görə, Bayandurlar XI əsrdə  Səlcuq istilasında iştirak etmişdir.  Əbul Qazidəki 

Türkmən rəvayətlərində Bayandurların XI əsrin II yarısında və ya XII əsrdə İraqda  

[39-40]

 yaşayan türkmən 



qəbilələrinin  ən qüvvətlisi olduğuna aid bir xatirə vardır.

175


 Lakin F.Sümerin fıkrincə, Bayandur boyunun bir 

tayfası olan Ağqoyunlular  Şərqi Anadoluya Səlcuq istilası zamanı deyil, daha sonralar - Monqol yüprüşləri 

dövründə gəlmişlər.

176


 

Ağqoyunluların mənşəyi məsələsində Türkiyə tarixçiləri arasında mövcud olan mühüm fikirlərdən biri 

də onların Hun tayfalarına bağlanılmasıdır. M.X.Yınancın fikrincə, qədimdən qoyun toteminə bağlı olduqları 

üçün bayraqlarına və qəbir daşlarına qoyun (qoç) təsvirlərini həkk edən və islamı qəbul etdikdən sonra da bu 

totemi tərk etməyən Ağqoyunlular erkən orta əsrlərdə böyük rol oynamış qon ("qoyun") türk elindən qalmış 

kiçik bir dəstə olmuş, qədim Qoyunlulardan ayrılaraq Anadoluya gəlmiş  və buradakı  Oğuzların Bayandur 

boyuna daxil olmuşlar.

177


 

Z.V.Toğan "Oğuz dastanı"nın təhlili əsasında belə nəticəyə gəlir ki, Bayandurlular digər Hun tayfaları 

kimi V əsrin 60-cı illərində Qafqaz Dərbəndi yoluyla Azərbaycana daxil olmuş  və Göyçə gölü - Van gölü 

bölgəsində yerləşmişdilər.

178 

Z.V.Toğan IV əsrdə Azərbaycanın cənub-qərb  ərazisində yerləşmiş  Ağ Hunlarla 



Ağqoyunlular arasında yaxın əlaqə olduğunu qeyd edir.

179


 O, Ağqoyunluların bir hissəsinin qədim zamanlardan 

e"tibarən Azərbaycanda olduğunu, bir qisminin isə monqol istilası dövründə Orta Asiyadan gəldiyini göstərir.

180

 

F.Kırzıoğlu da Bayburtlu Osman Əfəndinin öz əsərində istifadə etdiyi "Bəhrül-ənsaba"  əsaslanaraq 



yazır ki, Bayandurlar eramızın ilk əsrlərində Xorasandan gələrək Azərbaycanın cənub-qərbində yerləşmiş, 

Dəmirqapı Dərbəndi ələ keçirmiş, doqquz tümən Gürcüstan bəylərindən xərac almışlar.

181

 

M.Ə.Seyfəddini belə hesab edir ki, Ağqoyunlu tayfa birliyi öz mənşəyini oğuz-türkmən tayfasının 



Səbuktəkin nəslindən almış və Orta Asiyadan XI və XIII əsrlərdə qərbə  

[40-41]


  köç edərək Azərbaycanın qərb 

hissəsində  məskunlaşmışdır

182

. Bə'zi tədqiqatçılar Ağqoyunluların VIII-IX əsirlərdə, digərləri isə XII-XIII 



əsirlərdə Orta Asiyadan Azərbaycana köç etdiyini göstərirlər.

183


 Lakin buna baxmayaraq, tədqiqatlar sübut edir 

ki, Azərbaycan xalqının soykökündə iştirak etmiş türk tayfa birliyindən biri olan Ağqoyunlular VI əsrin sonunda 

və VII əsrin əvvəllərində Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışlar.

184


 

Ağqoyunlu tayfa birləşməsinin başında Bayandur tayfası dururdu və  Ağqoyunlu hökmdarı adətən bu 

tayfadan olurdu. Faruq Sümer yazır ki, Ağqoyunlu sülaləsi Oğuzların Bayandur boyuna mənsub olduğu üçün 

hökmdarları  Həmzə  bəydən e'tibarən pullarına, fərmanlarına, bayraqlarına Bayandur boyununun damğasını 

qoymuşlar

185


. Ağqoyunlu tayfa birliyində müstəqil Ağqoyunlu tayfası olmamışdır

186


. Tayfa birliyində Bayandur 

boyu ilə yanaşı, Oğuzların Bayat, Döğər, Çepni, İnallı boylarının Azərbaycanın cənub-qərbində  və  Şərqi 

Anadoluda qışlaq və yaylaq həyat tərzi keçirmiş tayfaları və sonralar Cagirlu, Ərəbkirlu, Biçən, Düharlu, Bay-

ramlu, Hacılu, Mosullu, Pornək, Qoca Hacılu, Uzun Həsənin Qaraqoyunlular üzərindəki qələbəsindən sonra isə 

Əfşar, Sə'dlu, Ağmalı, Qacar, Alpout, Ağaçəri və Qaramanlu tayfaları daxil olmuşlar'

87

. Qeyd olunmuş 



tayfalarla yanaşı Ağqoyunlu tayfa birləşməsinə Şeyxlu, Əhmədli, Təbanlu, Heydərlu, Emirlu, İzzəddin Hacılu, 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə