Nəcəfli Tofiq Hümbət oğlu


§2. Ağqoyunluların mənşəyi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 

16

 



§2. Ağqoyunluların mənşəyi. 

 

Azərbaycan xalqının təşəkkülü prosesində  iştirak etmiş  qədim tayfa birliklərindən biri də 



Ağqoyunlulardır. Ağqoyunlular da "türkman" adlanan etnik qrupa daxil olmuşdur. Ağqoyunlu tayfa birliyinə 

daxil olan tayfaların və boyların mənşəyi problemi Azərbaycan tarixşünaslığında araşdırılmamış  və onların 

Azərbaycanın etnik və siyasi tarixində oynadığı rol müəyyən edilməmişdir. Bu əsasən Azərbaycan Sovet 

tarixşünaslığında ölkəmizin etnik tarixinin tədqiqata cəlb 

[35-36] 

olunmaması ilə bağlıdır. Buna görə də Türkiyə 

tarixşünaslığında bu tayfalarla bağlı olan araşdırmalar maraq doğurur. 

Türkiyə tarixçiləri arasında Ağqoyunlu tayfalarına bu adın verilməsi ilə bağlı  fıkir birliyi yoxdur. Bu 

fıkir müxtəlifliyi qədim türklərdə qoyunun (qoç) totem kimi qəbul edılib-edilməməsindən doğmuşdur. 

Məsələnin elmi həlli, bilavasitə bundan asılıdır. Tarixçilərin bir qismi bu adın Ağqoyunlulara qədim totemleri 

ilə bağlı verildiyini göstərir.

149


 M.X.Yınançın fikrincə, Ağqoyunlular qədimdən qoyun toteminə bağlı olmuş və 

islamı  qəbul etdikdən sonra da bu totemə sadiq qalmış, bayraqlarına qoyun (qoç) təsvirləri çəkdirmiş, qəbir 

daşlarını qoç heykəlləri  şəklində qoydurmuşlar.

150


  Ş.Q.Səfəroğlu və  Ə.Müdərrisoğlu da belə hesab edirlər ki, 

"Ağqoyunlu" adı türklərin islamaqədərki dövrün qoyun totemi ilə bağlıdır. Ağqoyunlular  əcdadları olan hun 

türklərinin  ən"ənələrini davam etdirmişlər.

151


  Hər iki müəllif "Ağqoyunlu" adını coğrafi cəhətlə bağlamağa 

çalışaraq qeyd edirlər ki, Qoyunlu (hun) türklərinin Anadolunun cənubunda yerləşmiş boyları "Ağqoyunlu", 

Şimalında məskunlaşmış boyları isə "Qaraqoyunlu" adlandırlmışdır. Azərbaycan tədqiqatçılarından 

E.Q.Mehrəliyev də "Qaraqoyunlu" və "Ağqoyunlu" adlarındakı "qara" və "ağ" sözlərinin coğrafı  cəhət 

bildirdiyini göstərir.

152


 

Osman Turan Ağqoyunluların qoyunun qədim totemləri olduğu üçün bu adı  qəbul etdiklərini və 

bayraqlarına da ağqoyun (qoç) rəsmlərini qoyduqlarını qeyd edir.

153


 Türk tarixçilərinin bir qismi türklərdə 

qoyunun (qoç) totem kimi qəbul olunmadığını qeyd edir. Ağqoyunlulara bu adın bəslədikləri qoyun sürülərinin 

rənginə görə verildiyini bildirir. Həmin tarixçilər bunu, Oğuz boylarına aid onqonların  əti yeyilməyən yırtıcı 

quşlar olması və onqon kimi qəbul edilmiş heyvanın ətinin yeyilməməsi faktı ilə əsaslandırmağa çahşırlar.

154

 

Avropa tədqiqatçılarından D.Dögini və C.Malkolm qeyd edirlər ki, Ağqoyunluların bayraqlarında 



ağqoyun rəsmi olduğu üçün onlara bu ad şamil edilmişdir.

155


 Bu fikir həm  

[36-37] 


bə"zi Türkiyə tarixçiləri

həm də Azərbaycan tarixçiləri tərəfindən qəbul edilmişdir.

156

  Hətta son tədqiqatlarda da bu fıkir öz əksini 



tapmışdır.

157


 Həmin fikirlə razılaşmaq çətindir. Çünki tayfanın, sülalənin öz adını bayrağındakı ağ qoyun rəs-

minə görə alması inandırıcı deyildir. Burada belə bir sual meydana çıxır. Tayfa bayraqlarının yaranmasına 

qədərki dövrdə bu tayfa necə adlanmışdır? Belə  nəticəyə  gəlmək olar ki, Ağqoyunluların  əski təfəkküründə 

qoyun (qoç) onqon olduğu üçün bu adı yaşatmış və bayraqlarına da ağ qoyun rəsmi qoymuşlar. 

Bə"zi türk tarixçiləri Ağqoyunlu bayraqlarında ağqoyun rəsminin olmadığını göstərirlər. Onlar Topqapı 

Saray muzeyində saxlanılan, Uzun Həsənə aid olan ağ bayraq üzərində qoyun rəsminin olmadığını, içərisində 

isə "Sultan Həsən Bahadur" sözləri yazılmış Bayandur damğasının vurulduğunu qeyd edirlər.

158


 Qeyd olunmuş 

fikirlərdən belə nəticəyə gəlmək olar ki, Ağqoyunlulara bu adın qoyunun (qoç) qədim onqonları olmasına görə 

verilməsi fikri tarixi mifoloji qaynaqlarla əsaslandırıldığı üçün haqlı sayıla bilər. 

Ağqoyunlu tayfa birləşməsinə daxil olmuş müxtəlif tayfaların və boyların Azərbaycanda məskunlaşması 

və onların mənşəyi məsələsi ilə bağlı türk tarixçiləri arasında fikir vəhdəti yoxdur. Tarixçilərin bə"ziləri orta 

əsrlərin Osmanlı qaynaqlarına əsaslanaraq, Ağqoyunluların XIII əsrin sonunda Elxani Arğun xanın (1284-1291) 

zamanında Orta Asiyadan Azərbaycana və  Şərqi Anadoluya gəldiklərini göstərirlər.

159 


Həmin fikir bə"zi 

Azərbaycan tarixçiləri tərəfindən də qəbul edilmişdir.

160

 

Ağqoyunlularla bağlı tədqiqat aparmış M.X.Yınanc Osmanlı tarixçilərinin Ağqoyunluların Azərbaycana 



və Anadoluya Oğuz xaının dövründə  gəldikləri qeydindən "Oğuzu" "Arğun" oxumaqla səhvə yol verdiklərini 

göstərir.

161 

M.X.Yınancın fikrincə, "Cahan ara" və "Nigaristan" əsərlərinin müəllifi olan Qazi Əhməd Qaffari 



Ağqoyunluların çox qə- 

[37-38]


 -dim zamanlardan e'tibarən Diyarbəkirdə yerləşdiklərini qeyd etmişdir. 

"Məcmə üt-təvarix" əsərinin müəllifi Heydər Razi də həmin fikri təsdiq edir.

162

 XVI əsr tarixçisi İbrahim Hərir 



də "Tarixi Humayuni" adlı  əsərində  Ağqoyunlu tayfalarının çox qədimdən Anadoluda yaşadıqlarını  və 

bəylərinin Səlcuq sultanlarının əmirlərindən olub Diyarbəkr vilayətinin onlara iqta verildiyin bildirir.

163

 

"Səfəvi  şahzadəsi Sam Mirzə öz təzkirəsində Uzun Həsənin oğlu Sultan Yaqubdan bəhs edərkən, 



Ağqoyunluların əcdadlarının islama qədərki dövrdə İranın əksər vilayətlərini fəth etmiş Oğuz xanın zamanında 

Diyarbəkr tərəflərinə gələrək orada yurd saldıqlarını nəzərə çatdırır".

164

 

Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm mə"lumatı Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani 



"Kitabi-Diyarbəkriyyə" əsərində verir. Müəllif "Uzun Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş 

Qara Yuluq Osmanı bir-bir adlarını saymaqla, Bayandur xan vasitəsilə 52-ci arxa dönənindən Oğuz xana 

çıxararaq Ağqoyunluların Oğuz, ye"ni türkman elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir.

165


 

Mahmud Qaşğari adlarını bir-bir sadaladığı 24 Oğuz boyları içərisində  Kınık və Kayıdan sonra Bayandur 

boyunun olduğunu qeyd edir.

166


 Bayandur xanın, həmçinin onun sərkərdəsi Salur Qazanın və  məsləhətçisi 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə