Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 

14

mərkəzi İrəvan olmuşdur.



95

 XV əsrdən e"tibarən adı mənbələrdə tez-tez təkrar olunan "Çuxur-sə"d" bu tayfanın 

adı ilə bağlı olmuşdur. 

Q.Qeybulayev heç bir əsas olmadan belə hesab edir ki, XIV əsrin sonunda Qaraqoyunlular Sə"dluların 

guya yaratmış olduğu əmirliyə son qoymuş və Sə"dlu tayfası dağılmış, onların bir hissəsi ayrumlara birləşmiş, 

digər hissəsi isə Azər- 

[29-30] 

-baycana gəlmişdi.

96

  Sə"dlu tayfasının Qaraqoyunluİarla yaxın qohum olduğu 



anlaşılır. F.Sümer yazır ki, qaynaqlar Sə"din övladlarının Qaraqoyunlu hökmdarları ilə  əmiuşağı olduğunu 

göstərir.

97

  Sə"dlu tayfası Qaraqoyunlu dövlətinin yaranmasında mühüm rol oynamış  əsas qüvvələrdən biri 



olmuşdur. 

Qaraqoyunluların əsas dayağını təşkil edən ikinci tayfa Baharlu idi. V.Minorskinin fıkrincə, bu tayfa öz 

adını  Həmədan yaxınlığında yerləşən Bahar adlı bir qaladan almışdır. Qaraqoyunlularla Həmədan bölgəsi 

arasında mühüm əlaqə olmalı idi. Çünki Cahanşahın oğlu Həsən  Əli sonuncu dəfə oraya sığınmış, 

Ağqoyunluların hakimiyyəti zamanı qaraqoyunlu   sülaləsinin   əksər   hissəsi      bu      bölgədə      yaşamışlar.

98 


F.Sümer V.Minorskinin bu fıkrini müdafiə etmişdir. Bə"zi tarixçilər Baharlu tayfasının adının Kürdüstandakı 

Bahar adlı yerdən aldığını güman etməkdədirlər.

99

 M.H.Baharlı Baharlu tayfasının öncə Xorasanda yaşadığını 



və sonralar Azərbaycana gəldiyini, Marağa  ətrafında yerləşdiyini qeyd edir.

100


 Baharlu bəyləri Qaraqoyunlu 

xanədanı ilə qohumluq əlaqələri yaratmış və bu dövlətin ən böyük əmirləri olmuşlar. F.Sümerin qənaətinə görə, 

Münəccimbaşı "Baharlu" adı ilə "Baranlu" adını bir-biri ilə qarışdırdığı üçün Qaraqoyunlu əmirlərinin bu tay-

fadan çıxdığını göstərmişdir.

101

  Həmdüllah Qəzvini "Nüzhətül qülub" əsərində Bahar qalasının XIII əsrin 



əvvəllərində  Yıvə  əmiri Süleyman Şahın paytaxtı olduğunu qeyd edir.

102 


Bu, baharluların oğuzların Yıvə 

boyundan olduğunu güman etməyə   imkan   verir.   Baharlu   tayfası   öz   adını   heç   də V.Minorskinin qeyd 

etdiyi kimi, Bahar qalasının adından almamışdır. Güman etmək olar ki, Baharlu tayfası öz adını tanınmış 

əmirlərindən birinin adından almış  və sonralar bu ad həmin nəslin və ya sülalənin adına çevrilmiş  və hakim 

olduqları bölgə də onların adı ilə adlanmağa başlanmışdı. Baharlu tayfası ilə bağlı olan oykonimlər Şuşada və 

Zəngəzurda indi də qalmaqdadır. 

1

[30-31] 


 

03

 



Qaraqoyunluların başlıca tayfalarından biri də Qaramanlu idi. Qaramanlu tayfası ilə bağlı Azərbaycan 

sovet tarixşünaslığında belə bir fikir mövcuddur ki, guya bu tayfa öz adını Kiçik Qaramanlu bəyliyinin adından 

almış və 1471-ci ildə Osmanlı Türkiyəsinin bu bəyliyi işğal etməsindən sonra Qaramanlular köçüb Azərbaycana 

gəlmişlər.

104

 Bu fıkrin elmi əsası yoxdur. Çünki məsələ bu cür qoyularsa, Qaramanlu tayfasının 



Qaraqoyunlularla əlaqəsinə ehtiyac qalmır. 

Ş.Təkindağ belə hesab edir ki, Qaramanlular XIII əsrin I yarısında, Monqol yürüşləri zamanı digər 

türkman tayfaları kimi Azərbaycana gəlmiş və Şirvan bölgəsində məskunlaşmışlar.

l05


Təhsin Ünal isə Qaramanlu 

tayfasının hələ XI əsrin əvvəllərində Səlcuq yürüşlərindən də öncə Azərbaycanın Aran və Şirvan bölgələrində 

yaşadığını qaynaqlara əsaslanaraq qeyd edir.

106


 Qaynaqların verdiyi mə"lumata görə, Oğuzların Əfşar boyundan 

olan Qaramanlu tayfasının bir hissəsi Monqol yürüşləri zamanı Azərbaycanın Aran və  Şirvan bölgəsindən 

köçərək Kiçik Asiyanın cənubunda, Kilikiyada məskunlaşdı.

107


 F.Sümer, F.Kırzıoğlu, T.Ünal və Ş.Təkindağ da 

Qaramanlulann Kiçik Asiyaya monqol istilası dövründən Azərbaycandan köç etdiyini göstərirlər.

108

 

Azərbaycanda qalmış Qaramanlular dövrün siyasi hadisələrində yaxından iştirak etmişdilər. Fərhad xan 



Qaramanlu Olcaytunun, Əli  Əhməd Qaramanlu isə  Cəlayirilərin tanınmış  əmirlərindən olmuşdu.

109


  Bərdə  və 

Gəncə hakimi əmir Qaraman da Qara Yusifin tanınmış  əmirlərindən idi. Vaxtilə Cavanşir, Göyçay, Şamaxı, 

Cavad qəzalarındakı, hazırda isə  Gəncə, Göycay, Neftçala, Yevlax və  Bərdə bölgəsindəki Qaraman və 

Qaramanlu kəndləri bu tayfanın nişanələridir.

110

 

Alpaut tayfasının adı "düşmənə  təkbaşına hücum edən"



111

  mə"nasını verir. O, Qaraqoyunluların  ən 

mühüm tayfalarından biri olmuşdur. Bu tayfanın adı VIII əsr mənbələrində qeyd olunmuşdur.

112


 F.Sümerin 

fikrincə, Alpaut tayfası  Həmədan bölgəsində yerləşmişdi.  Qaraqoyunlu İsgəndərin 

[31-32] 

 hakimiyyəti 

zamanında Alpautlara Yaqub bəy başçılıq edirdi.

113


 Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə'də Qara Yusifin 

hakimiyyətinin son dövrlərində Qorqan Alpautun Həmədana hakim, Sorqan Alpautun isə onun müavini 

olduğunu qeyd edir

114


. Qaraqoyunlu İsgəndər Mirzənin Sultan Şahruxla  əsaslı döyüşündə Qorqan Alpautla 

Sorqan Alpaut onun solcinahında olmuşdu

115

. Alpaut tayfası sonralar Çuxur-Sə"d, Qarabağ  və  Şirvan 



bölgələrində  məskunlaşmışdı. Bu tayfa ilə bağlı olan oykonimlər Bərdə, Qazax, Göyçay, Laçın və Ucar 

bölgələrində qalmışdır.

ll6

Cənubi Azərbaycanda və İran Kürdüstanında da Alpaut etnonimi saxlanılmışdır."



7

 

Cakirlu tayfası da Qaraqoyunluların  əsas tayfalarından biri olmuşdu. Bu tayfanın öz adını  Cəlayirilər 



dövründə  Əmir Cagirdən aldığı güman edilir.

118


  Əmir Cagir Teymurun Azərbaycana yürüşləri zamanı onun 

hakimiyyətini tanımalı olmuşdu.  Əmir Cagirin ölümündən sonra tayfaya onun oğlu Bəstam Cagir rəhbərlik 

etmişdi.  Ərdəbil bölgəsinin Cagirlu tayfasının qədim yurdu olduğu qeyd olunur.

119


 F.Sümer İbn  Ərəbşaha 

istinad edərək cagirluların kürd mənşəli olduğunu göstərir.

120 

Lakin Z.V.Toğan onların Qıpçaq türklərindən 



olduğunu bildirir.

121


 Q.Qeybullayev Cagirlu tayfasının bolqar tayfası olmuş Çaxar tayfasından olduğunu qeyd 

edir. Onun fıkrincə, bu tayfa ilə bağlı olan oykonimlər  İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində 

"Çaxırlı"  şəklində saxlanılmışdır.

122


 Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay, Cavanşir, 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə